DüŞMƏn nüfuzu


Düşmən nüfuzunun formaları



Yüklə 0,61 Mb.
səhifə11/30
tarix29.06.2018
ölçüsü0,61 Mb.
#55191
1   ...   7   8   9   10   11   12   13   14   ...   30

Düşmən nüfuzunun formaları


1. İqtisadi sahədə nüfuz etmək və iqtisadi təxribat

Təqva nədir? Təqva ardıcıl şəkildə özünə diqqət etmək, özünü qorumaqdır. Təqva sayəsində insan büdrəmələrdən özünü qoruyur, tikanlar əl-ayağını dalamır. Təqva əslində bir zireh, sipər kimidir. Təqva libası geyinmiş insan zəhərli oxlardan qorunur. Burada təkcə mənəviyyat məsələləri nəzərdə tutulmur. Qurani-Kərimdə buyurulur ki, kim ilahi təqva yolunu seçsə, Allah onun üçün qurtuluş yolu açar; ona güman etmədiyi yerdən ruzi verilər.1 Dünya işlərində də təqvanın mühüm təsirləri var. Fərdə aid edilən bu məsələlər cəmiyyət və məmləkətə də aiddir. Bəs bir ölkənin, bir cəmiyyətin təqvası nədir? Yüksək idealları olan İslam Respublikası kimi bir cəmiyyət zəhərli oxların hücumundan necə qorunmalıdır? İctimai təqvaya təriflər verə bilərik. İqtisadiyyat sahəsində təqva müqavimət iqtisadiyyatından ibarətdir. Əgər iqtisadiyyatımızı dünyadakı böhranlardan, düşmən siyasətlərindən qorumaq istəsək müqavimət iqtisadiyyatını işə salmalıyıq. Müqavimət iqtisadiyyatı bir istehkam, səddir. Bütün iqtisadi və siyasi gücünü, media vasitələrini işə salıb hücuma keçənlər qarşısında müqavimət iqtisadiyyatı sədd çəkir. Çünki düşmənin nüfuz yollarından biri iqtisadi böhran yaratmaqdır. Bu barədə uzun illərdir xəbərdarlıq edirik. Məsullar da hərəsi öz gücü həddində çalışır. Amma biz müqavimət iqtisadiyyatına bütün vücudumuzla sərmayə yatırmalı, potensial imkanlarımızı işə salmalıyıq. Müqavimət iqtisadiyyatını iqtisadiyyat sahəsində təqva saya bilərik. Bu təkcə bizə aid deyil. Bir çox ölkələrdə müqavimət iqtisadiyyatının nümunələrini görə bilərsiniz. Onlar müqavimət iqtisadiyyatından istifadə edib və bəhrə götürüblər.2 Bizim iqtisadi qərarlarımızda, iqtisadi proqramlarımızda zəif nöqtələr olub. Həmin zəif nöqtələr düşməndə elə bir fikir yaradıb ki, sanksiyalar vasitəsi ilə bir iş görə bilərlər. Bu bizim üçün də zəif nöqtələri tanımaqda kömək olub. Biz bu nöqtələri Allahın köməyi ilə aradan qaldıracağıq. Amerika üçün sanksiyalar da faydasız oldu. Düşünürəm ki, özləri də bunu başa düşürlər. Sanksiyaların təsirsiz olduğunu görmələrinə dəlil arabir hərbi təhdidə üz tutmalarıdır. Əgər iqtisadi sanksiyalar təsirlidirsə, nə üçün hərbi müdaxilə ilə hədə-qorxu gəlirsiniz?! Aydındır ki, iqtisadi sanksiyalar təsirli olmayıb.

İqtisadi sanksiyalar cavab verməyəndə hərbi müdaxilə ilə hədələməyə məcburdurlar. Əlbəttə ki, hərbi təhdidləri çox ikrah yaradır. Prezidentlər bir-birinin ardınca hərbi müdaxilə ilə qorxudur. Eyni sözü hər prezident təkrarlayır. Hərbi təhdid əvəzinə gedin dağılmış iqtisadiyyatınızı dirçəldin. Bir tədbir görün, dövlətiniz 15-16 gün işdən düşməsin. Gedin dövlət borclarını ödəyin. İqtisadiyyatınızı böhrandan qurtarmaq barədə fikirləşin. Biz demişik ki, İran xalqı dünyanın bütün xalqlarına ehtiramla yanaşır. Əmirəlmömininin (ə) təbirincə onlar sizin ya din qardaşlarınızdır, ya da yaranış qardaşlarınız.1 Amma İran xalqının reaksiyası da sarsıdıcı olur. Həddini aşana elə bir sillə ilişdirir ki, bu sillə heç vaxt yadından çıxmır. (Bəsic - könüllülərin komandanları ilə görüş, şəmsi 1392)

İqtisadiyyat sahəsində məsulların gözü açıq olmalıdır. Düşmən nüfuzuna yol verməməlidirlər. Düşmən nüfuzu iqtisadiyyatın sütunlarını silkələyir. Hansı ölkədə iqtisadiyyata nüfuz edə bildilərsə kabus yaratdılar, ölkəyə müsibət yaşatdılar. Onların iqtisadi nüfuzundan zərbə almış ölkələrdən birinin prezidenti Tehrana səfərində mənə dedi ki, bizi bir gecədə dilənçiyə çevirdilər. Həm də bu ölkə inkişaf etmiş ölkələrdən idi. Tanınmış bir kapitalist bir ölkəni dizə çökürməyə qərar verir, öz sərmayələrini geri götürür. Belə hallar çoxdur. Amma mədəniyyət, siyasət sahəsində düşmən nüfuzu daha təhlükəlidir.

2. Mədəniyyət sahəsində düşmən nüfuzu və təxribat

Mədəniyyət sahəsi iqtisadiyyatdan çox əhəmiyyət kəsb edir. Çünki mədəniyyət bizim nəfəs aldığımız fəzadır. Siz nəfəs almağa borclusunuz. İstəsəniz də, istəməsəniz də bu işi görməlisiniz. Əgər hava təmiz olsa, təmiz hava ilə nəfəs alırsınız. Əgər hava çirkli olsa onun çirkabı orqanizminizə daxil olur. Bir ölkənin mədəniyyəti də hava kimidir. Mədəniyyət saf olanda onun təsirləri də müsbətdir. Tez-tez daxili istehsaldan danışırıq. Əgər doğrudan da daxili istehsalı işə salmaq istəyiriksə xalqda yerli məhsullardan istifadə mədəniyyəti formalaşmalıdır. Əgər xalqı israfdan çəkindirmək istəyiriksə, xalqda bu etiqadı yaratmalıyıq. Bu mədəniyyətdir. Mədəniyyət xalqın etiqadlarından ibarətdir. Xalqın gündəlik həyatdakı adətləri mədəniyyəti təşkil edir. Demək, mədəniyyətin əhəmiyyəti böyükdür. Cəmiyyətin qanuna ehtiramla yanaşması bir mədəniyyətdir. İctimai fəaliyyətlər, ailə təşkili, övlad sayı mədəniyyətə aiddir.

Əgər mədəniyyət sahəsində xalqın baxışı düzgün olsa ictimai həyat da müsbət şəkil alacaq. Allah eləməmiş, mədəniyyətdə büdrəmə olsa bu özünü ictimai həyatda da göstərəcək. Baxın ailə institutunun dağıldığı, şəhvətin hakim olduğu cəmiyyətlərə. Qurani-Kərimdə buyurulur ki, şəhvət ardınca getdilər və tezliklə öz azğınlıqlarının cəzasını görəcəklər.1 Demək, düşmən daha çox mədəniyyət sahəsinə nüfuz etmək üzərində diqqətini cəmləyib. Çünki bunun təsiri böyükdür. Mədəniyyət sahəsinə nüfuzda düşmənin hədəfi xalqın imanı, etiqadlarıdır. Mədəniyyət sahəsinin məsulları diqqətli olmalıdır. Mədəniyyətdə böhran çox təhlükəlidir. Həssas, ayıq olmaq lazımdır. Demək istəmirəm ki, bütün ideoloji problemlərimizin günahkarı biganələrdir. Xeyr, özümüz də müqəssirik. Müxtəlif sahədə məsullar o cümlədən mədəniyyət sahəsinin məsulları lazımi səviyyədə işləməyiblər. Nöqsanlara yol verilir. Hər problemi düşmənin boynuna atmırıq. Amma düşmənin mədəniyyət sahəsinə nüfuz etmək planlarını da yaddan çıxarmamalıyıq. İnqilabın əvvəllərindən təbliğat qurumlarımız fəaliyyətdə olub. Amma düşmən təbliğat aparatı da xalqı rahat buraxmayıb, onu inqilabi ideallara biganələşdirməyə çalışıb. İnsanların qəlb inancını hədəfə alıblar. Buna biganə qalmaq olmaz. Sual oluna bilər ki, məsullar hansı həddə həssas olmalıdır? Bu həssaslıq inqilabın şüarlarından olan azadlıqla zidd deyilmi? Xeyr, bunun azadlıqla heç bir ziddiyyəti yoxdur. Azadlıq anarxiya deyil. Azadlıq bütün ənənələri kənara qoymaq deyil. Azadlıq böyük ilahi nemətdir, onun da öz şərtləri var. Qayda-qanunsuz azadlıq faydalı sayıla bilməz. Əgər bir qrup ölkənin gənclərini hədəfə alıbsa, onların imanının kökünü qazmaq istəyirsə, azadlıqdır deyə seyirci mövqe tutmaq olmaz. Müxtəlif narkotik maddələr, heroinlə gənc nəsli zəhərləyirlərsə, ailə əsaslarını dağıdırlarsa buna biganə qala bilmərik. İncəsənətdən, müxtəlif sənəd növlərindən sui-istifadə edib cəmiyyətin imanını süstləşdirirlərsə buna göz yuma bilmərik. Düşmən nə istəyirsə etsin, biz də azadlıq deyə susaq?! Belə bir azadlıq dünyanın heç yerində yoxdur. Azadlıq şüarları ilə çıxış edən bütün ölkələrdə qırmızı xətlər mövcuddur. Görün Avropada bir nəfər Holokast haqqında danışa bilərmi? Bir hadisənin gerçəkdən olub-olmadığı məlum deyil, amma bu barədə danışmağa qadağa var. Hətta bu hadisəni şübhə ilə qarşılamaq cinayət sayılır. Qanun Holokasta qarşı olanlara cəza təyin edir. Amma azadlıq şüarları verir, özlərini azad ölkə sayırlar. Özləri qırmızı xətt çəkdikləri halda bizdən qeyd-şərtsiz azadlıq umurlar. Necə ola bilər ki, dəyərlərimizlə bağlı qırmızı xətlərimiz olmasın.1

Düşmən təlaş göstərir ki, mədəniyyət sahəsində cəmiyyətin etiqadlarını dəyişsin. O etiqadlar ki, bu cəmiyyəti ayağa qaldırıb, həmin etiqadları hədəfə alırlar. Milyardlar xərcləyirlər ki, bu ideallara zərbə vursunlar. Bu mədəniyyət sahəsində düşmən nüfuzudur. (İnqilab Keşikçiləri komandanları ilə görüş, şəmsi 1394)



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin