Tədqiqatın metodları – Anamnestik, ümumi klinik-labarator və instrumental (KT, MRT, kolonoskopiya, urofloumetriya, morfoloji), statistik.
Əməliyyatdan əvvəl aparılan MRT müayinələrin nəticələrinə əsasən xəstələrin əməliyyat olunub yaxud oluna bilinməməsinə görə xəstələr 3 qrupa bölünürlər.
Rezektabel xsətələr – xərçəng mezorektal fassiyadan kifayət qədər uzaqdır. SRS pozitivlik riski yoxdur (T1-T3a)
Rezeksiya olunma ehtimalı məhdud olan xəstələr – mezorektal fassiyaya minimal invaziya var, yaxud da xərçəng 1mm məsafəyə kimi yaxınlaşmışdır (T3b-d).
Rezeksiya oluna bilinməyən xəstələr (qeyri-rezektabel) SRS median sıfırdır, yaxud qonşu orqanlara invaziya var (T4a-b)
Xəstəliyin mərhələsini əməliyyatdan əvvəl və əməliyyat daxili müayinə metodları ilə(patohistologiya bura aid deyil) qoyulursa “c” (klinik) prefiksindən, histoloji müayinələrin nəticələri də bəllidirsə, “p” (patohistoloji) prefiksindən istifadə edilir. Çıxarılmış materialın patohistoloji müayinəsi zamanı sərhədlərdə şiş hüceyrələri tapılmırsa RO rezeksiya, tapılırsa, R1 rezeksiya kimi qiymətləndirilir. TME-nin keyfiyyətinə görə 3 hal göstərilir. 1) yüksək keyfiyyətli (Grade 3) mezorektal fassiyanın tamlığı demək olar ki, pozulmamışdır. 2) orta keyfiyyətli (Grade 2) mezorektal fassiya bir neçə yerdən zədələnmişdir. 3) aşağı keyfiyyətli TME (Grade 1) mezorektal fassiya kifayət qədər zədələnmiş, mişar kimi didilmişdir, bağırsağın əzələ qatı görünür.
Əməliyyatların yaxın nəticələrini qiymətləndirən zaman, əməliyyatların davam etmə müddəti, əməliyyatdaxili itirilən qanın miqdarı, enteral qidalanma vaxtı, ilk defekasiya vaxtı, narkotik analgetiklərə ehtiyac, fiziki aktivlik dərəcəsi, ağrı sindromu və s. araşdırılmışdır.
Əməliyyatların uzaq nəticələrini qiymətləndirmək üçün aşağıdakı göstəricilər təhlil edilmişdir.
Lokal residiv -əməliyyat sahəsində və ya proyeksiyada olan limfa düyünündə meydana çıxan şişin inkişafı. Bu tip ağırlaşmaların vaxtında MRT, USM, endoskopik qanda onkomarkerlərin (CEA, CA 19-9) köməkliyi ilə diaqnostikası mühüm əhəmiyyət kəsb edir.
Ümumi sağqalım - əməliyyat günündən hal-hazırki günə kimi qalan xəstələr (bura residiv baş vermiş xəstələr də daxildir).
Residivsiz sağqalım - əməliyyat günündən qeyd olunmuş günə kimi residiv olmadan sürülən həyat.
Letallıq – xərçəngdən ölmüş xəstələrin faizlə nisbəti
Dostları ilə paylaş: |