ƏBDÜllah məHƏMMƏd vəhhabiLƏRİ belə GÖRDÜM



Yüklə 498,93 Kb.
səhifə41/55
tarix10.01.2022
ölçüsü498,93 Kb.
#108869
1   ...   37   38   39   40   41   42   43   44   ...   55
İTAƏT, YOXSA BƏNDƏLİK?
Cümə axşamı günbatan çağı (bu vaxt qəbirləri ziyarət etmək müstəhəbdir, amma vəhhabilər «Bəqi» qəbiristanlığının qapısını qıfıllamışdılar) Peyğəmbərin əmisi Həzrət Həmzə və «Ühüd» döyüşünün sair şəhidlərinin qəbirlərini ziyarət etməyə getdim. Yolda bir kişi ilə tanış oldum və ondan məşğuliyyəti haqda soruşdum. Dedi: - Məsciddə imam-camaatam.

O da məndən adımı soruşdu. Mən onunla söhbətə başlamaq istəyirdim. Ona görə də dedim: - Mənim adım Əbdül-Hüseyndir. (Bilirdim ki, vəhhabilər bu cür adları haram bilirlər.)

Dedi: - Bu ad haram və şirkdir və...

Sözünü kəsib dedim: - Nə eybi var ki?

Dedi: - Bəndəlik yalnız böyük Allah müqabilində caizdir. Hüseyn özü Allahın bəndələrindən biridir.

Dedim: - Düzdür, ibadət və bəndəlik yalnız Allaha məxsusdur və Allahdan qeyrisinə bəndəlik etmək olmaz. İmam Hüseyn (ə) da Allah bəndələrindən biridir. Kim bu məsələni inkar edir ki?!

Dedi: - Əbdül Hüseynin mənası Allah üçün yox, Hüseyn üçün bəndəlikdir.

Dedim: - Yanılırsınız! «Əbd» kəlməsi burada heç də kiməsə pərəstiş, ibadət etmək mənasında deyil. Əksinə burada bu sözdən məqsəd onun müqabilində təvazökarlıq və itaətdir. Necə ki, övlad ata-anasına və ya şagird müəlliminə itaət edir.

Ata-ana və ya müəllim qarşısında təvazökarlıq edib, itaət etmək küfr və şirk deyil!

Buna görə də Əbdür-Rəsul, Əbdüz-Zəhra, Əbdül-Hüseyn və bu qəbildən olan adlar şirk və küfr deyil. Belə adlardan istifadə etməyin şəriət nöqteyi-nəzərindən heç bir maneəsi yoxdur. Çünki «əbd» burada təvazökarlıq və itaət mənasındadır. Əgər siz lüğət kitablarına baxsanız, görərsiniz ki, «əbd»in mənalarından biri müti və itaət edən deməkdir. Buna görə də hər kəs başqa bir kəsə iqtida edərək itaət etsə, onun əbdi olur yəni, onun müqabilində təvazökar olur. Necə ki, hədisdə gəlibdir ki, «Hər kəs başqasının sözünə qulaq assa, onun əbdi olmuşdur».

Biz Allah, Peyğəmbər və Əhli-beytin ardıcılları olub onlara itaət edirik və onların qarşısındakı bu mənada bəndə olmaqla da iftixar edirik.

Əslində, onlara itaət etmək elə Allaha itaət etmək deməkdir. Çünki, Allah-Təala buyurur:


يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ


Yüklə 498,93 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin