700) Bitkilərdən hansının tərkibində ürək qlikozidləri yoxdur?
A) Üskükotunun
B) Evkalipt yarpağının
C) İnciçiçəyinin
D) Kombe strofantının
E) Xoruzgülü otunun
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.206.
701) Hansı bitkinin preparatları “A” siyahısında saxlanılır?
A) Şaxtagülü kökümsovunun
B) Qaragilə meyvəsinin
C) Dişqurtlayan meyvəsinin
D) Palıd qabığının
E) Qaytarma kökümsovunun
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.294-295.
702) At şabalıdının toxumundan alınan tinkturadan nə üçün istifadə edirlər?
A) Aterosklerozun müalicəsində
B) Tromboflebitin müalicəsində
C) Bronxitin müalicəsində
D) Nevrozun müalicəsində
E) Taxikardiyanın müalicəsində
Ədəbiyyat: Y.B.Kərimov, T.A.Süleymanov, C.İ.İsayev , C.S.Xəlilov "Farmakoqnoziya" Bakı-2010 səh.489-492.
Dostları ilə paylaş: |