Ekstremal şƏRAİTDƏ emosional haləTLƏRİn təzahüRÜ XÜsusiYYƏTLƏRİ Sevər Sərvət qızı Mirzəyeva


Keywords: stress, emotional states, extreme conditions, danger, fear, Giriş



Yüklə 35,63 Kb.
səhifə3/3
tarix01.01.2022
ölçüsü35,63 Kb.
#103137
1   2   3
Keywords: stress, emotional states, extreme conditions, danger, fear,

Giriş

İnsanlar daima müxtəlif şəraitlərlə üzləşirlər. Bunlar müxtəlif təhlükələr, fövqəladə hallar və ekstremal şəraitlərdir. remal şərait anlayışına aydınlıq verməmişdən öncə, təhlükə və fövqəladə hal anlayışlarına aydınlıq gətirək. İnsan hətta ana bətnində olarkən müxtəlif təhlükələrlə rastlaşır.Təhlükə-insanda psixi və fizioloji pozuntulara yol açan, müx­təlif amillərdən yaranan və müxtəlif xarakterlidir.Təhlükələr təbiətə, maddi ehti­yat­la­ra, insanlara zərər vuran müxtəlif elementlər toplusudur ki, bunlar da iki yerə ayrılır: zədələyici və zərərverici amillər.Zərərverici amillər insanda əhval dəyişil­mə­lə­ri­nə səbəb olur, uzunmüddət davam etdikdə isə orqanizmdə müxtəlif cür xəstəliklər ya­ra­dır. Zərər­ve­rici amillərə misal olaraq havada, suda, qidalardakı müxtəlif zərərli maddə­lə­­ri gös­tər­mək olar. Zədələyici amillər isə zərərverici amillərdən fərqli olaraq daha ağır fə­sadlara yol aça, həmçinin də insan ölümünə gətirib çıxara bilər. Ekstremal şərait-in­sanın həyatla ölüm arasında qaldığı situasiyadır. Bu vəziyyətdə insanı yalnız düşün­dü­rən sağ qalma­ğı­dır, bunun üçün isə o, bütün var gücünü səfərbər edir [1, 254]. Dünyadakı milyonlarla in­­sanın hər biri müəyyən ekstremal şərait ilə rastlaşmışdır. Lakin hamının bu situa­si­ya­dan çıxa bildiyini demək yalnışlıq olar, çünki insanların çoxu təhlükə ilə üzləşmədikləri müd­­­dət­də, təhlükə onların bir addımlığında olsa belə də, sanki onu görmürlər və ya gör­sə­lər də gələcəkdə baş verəcək ekstrimal şəraitr üçün demək olar heç bir qabaqlayıcı təd­birlər düşünmürlər. Ekstremal hal eyni zamanda bir çox insanın həyatını əhatə edər­sə, bu za­man o fövqəladə hadisəyə çevrilir, hansi ki, bu hadisələr insanlar üçün daha ağır nəti­cə­lər yaradır. Ekstremal şəraitlər insanların həyatı üçün təhlükəli olan situa­si­ya­lar­­dır. Belə situasiyalar təbiət hadisələri zamanı və insanların öz fəaliyyətlərindən ya­ra­nır.Yəni insan o zaman ekstremal şəraitə düşür ki, onun həyatı üçün təhlükəli ant­ro­po­gen və təbii hadisələr baş versin. Psixoloji ədəbiyyatlara nəzər yetirsək görərik ki, ekst­re­­mal şəraiti yaradan təbii və antropogen amillərin öz növləri də vardır. Ekstremal situa­si­yalardan ən çətini və ən təhlükəli olan təbii fəlakətlərdir, çünki müasir dövrdə qlobal iq­lim dəyi­şil­mə­ləri, texnologiyaların inkişafı ilə əlaqədar qəzalar böyük insan itkisinə sə­bəb olur. Tə­bii fəlakətlər zamanı həmin yerdə yaşayan əhaliyə kömək lazım olur. Təc­rü­bə gös­tə­rir ki, əksər hallarda hamını eyni vaxtda xilas etmək üçün xilasedicilər və xü­su­si texnika ça­tışmır. Ona görə də belə vəziyyətlərdə ekstremal şəraitlə üzləşən insanın əsas və­zifəsi öz-özünü xilas etmək və ya xilasedicilər gələnədək sağ qalmaqdır. Amma özü­­nə və elə­cə də başqalarına kömək etmək üçün baş vermiş təh­lü­kəli hadisəyə hazır ol­maq la­zım­dır. Bunun üçün öncə hər kəs yaşadığı yerdə möv­cud ola biləcək mümkün təh­lükəli və böh­ranlı situasiyalarda özünü necə aparmaq haqqında zəruri biliklərə malik olmalıdır. Çün­ki insan belə ekstremal şəraitlər haqqında məlumatlı olmadıqda tez bir za­man­da qə­rar qəbul etmək imkanları da məhdudlaşır. Mütə­xəs­sis­lə­rin fikrincə, müxtəlif xa­rakterli ekst­remal şəraitlərə hazır olmaqla, əsas amil məhz ha­di­sə ilə bağlı məlumatlı olmaqdır. Hət­ta bu amilin ekstremal şəraitlərə ha­zır­­lığın 80 faizini təş­kil etdiyini də qeyd edirlər. Yə­­ni insanlar müxtəlif tipli fəlakətlər, onların hər birinin tə­biəti, başvermə səbəbləri, əsas xarakter xüsusiyyətləri, mümkün qədər çalışıb zədə al­ma­maq üçün necə dav­ran­maq, hansı hərəkətləri etmək haqqında lazımi biliklərə malik olmalıdırlar [2, 79].

Müxtəlif xarakterli hadisələrin baş verməsi səbəbindən dünyasını dəyişən və ya xəsarət alan insanların sayı ildən-ilə artır.Təbii və antropogen xarakterli fəlakətlər za­ma­nı baş verən maddi itkilər, insan tələfatları və s. yeni ekstremal şəraitlər dalğası yaradır. Belə ki, fəlakətdən xilas olunmuş insan yaşayış yerinin dağılması və ya yaxın insanların it­­kisi və s. ilə bağlı yeni ekstremal şəraitlə üzləşir. Bu vəziyyətlərdə psixi fəa­liy­yətin və dav­­­­ranışın təşkil olunmasına kömək edə biləcək "psixoloji müdafiə"nin ol­ma­sına bax­ma­­­yaraq, belə vəziyyət insanları rasional davranış nümayiş etdirmək və fəa­liy­yət gös­tər­mək qabiliyyətindən uzun müddətə məhrum edə bilər. Belə məh­rumet­mə­nin ağırlıq də­­rə­cəsi çox vaxt insanın hadisəni necə qəbul etməsi və ya onu necə qiymətləndirməsi ilə bağlı olur. Belə vəziyyətin aradan qaldırılması isə səriştəli mütəxəssis köməyi ol­ma­dan mümkün deyildir. Bu məqsədlə həyata keçirilən profilaktika işi mobil qruplarda fəa­liyyət göstərəcək insanlarda psixi möhkəmlik, yəni onlarda cəsarət, iradə, soyuq­qan­lıq, dö­züm, qorxu hissinə üstün gəlməyə qabillik tərbiyə edilməsində böyük əhəmiyyət kəsb edir. Əhali ilə də bu istiqamətdə müvafiq iş aparılmalıdır. Belə ki, insanın ekstre­mal si­tuasiyalara mümkün reaksiyaları haqqında əhaliyə doğru və kifayət qədər tam və dol­ğun informasiya verilməsi ilk zəruri profilaktik tədbir hesab olunur.

Ekstremal şəraitlər baş verməzdən əvvəl əhalinin vaxtında belə şəraitlər haqqında mə­lu­matlandırılması da vacib profilaktik tədbirlərdəndir. Digər tərəfdən, bu istiqamətdə apa­rılmalı olan tədbirlərdən biri də öncədən müdafiə tədbirlərinin operativ və fəal su­rət­də yerinə yetirilməsi ilə bağlıdır. Ekstremal amillərin təsiri kəsildikdən sonra ekstremal şə­raiti doğuran hadisə nəticəsində insanların məruz qaldığı, sinir-psixi pozulmaların və on­ların nəticəsində somatik pozulmaların inkişafının profilaktikası istiqamətində mü­va­fiq tədbirlər həyata keçirilməlidir.

Ekstremal şəraitlərin doğurduğu qorxu hissi insanın həmin ekstremal şərait barədə informasiyasının azlığı və ya yoxluğu, onu əhatə edən mühitə nabələdliyi, öz şəxsi zəif­li­yi, fərdi-psixoloji xüsusiyyətləri ilə bağlıdır. Qorxu – təhlükəyə qarşı təbii reaksiyadır. O, hər bir normal adama xasdır. Psixi cəhətdən elə bir normal insan yoxdur ki, o, qorxu hissi keçirməsin. Qorxunun iki növünü ayırd edirlər: nəzarət olunan və nəzarət olun­ma­yan. İnsan öz qorxusuna nəzarət edirsə, deməli, qarşısına çıxa biləcək təhlükələri dərk edir. Elə hallar olur ki, ekstremal şərait zamanı insanın gücü birə on artır, o, adi şəraitdə edə bilmədiyi işləri yerinə yetirməyi bacarır.

Psixoloqların fikrincə, bizim qorxuya münasibətimizdən çox şey asılıdır. Nəzarət edil­­məyən qorxu stress vəziyyətinə - düşüncə və hərəkətlərdə ləngiməyə, yaranmış şə­rait nəticəsində insan iradəsinin zəifləməsinə gətirib çıxarır. Yaranmış və möhkəm­lən­miş qorxunu aradan qaldırmaq çox çətindir. Çünki hər dəfə insan qorxunu yaradan si­tua­­siyaya düşəndə, bu qorxu yenidən yaranır [3, 569].

İnsan dövrünün və yaradılışının ən kamil varlığı olmasına, bu qədər inkişaf etmə­si­nə baxmayaraq yenə də bu çətin situasiyalar öncədən ya hazırlıq görmür, hazırlıq görsə də həmin tədbirlərdən istifadə edə bilmir, bu isə keçmiş təcrübədə bu situasiya ilə rast­laş­madığını göstərsə də, təfəkkürün yüksək inkişafı müasir insana imkan verir ki, o, is­tə­­nilən çətin situasiyadan adaptiv və effektiv çıxış yolu tapa bilsin. Ekstremal şəraiti ya­ra­dan digər amil elə insanın özüdür desək yanılmarıq, müharibələr kifayət qədər insan tələfatına yol açır, müharibə heç də bütün fəlakətlərdən arxada qalmır, əksinə fəla­kət­lər­də baş verən bütün psixotravmatik amilləri özündə ehtiva edir. İnsan itkiləri, epide­mi­ya­lar, şüalanmalar müharibələrin ziyanlarıdır, müharibələrin maddi, təbii, psixoloji ziyan­ları bəşəriyyətin digər fəlakətlərindən daha çoxdur, səbəb isə ayrı-ayrı fəlakətlərdəki əla­­mətlərin eyni zamanda təzahür etməsidir.

Həyat üçün təhlükəli olan şəraitdə yaranan müxtəlif arzuolunmaz amillərin insanın psixikasına göstərdiyi zədələyici təsiri qiymətləndirərkən insanların ekstremal şəraitə ver­diyi qeyri-patoloji psixoemosional reaksiyaları pataloji hallardan fərqləndirmək la­zımdır. Birincilər üçün reaksiyaların psixoloji baxımdan anlaşıqlı olması, onun si­tuasi­ya­dan birbaşa asılılığı və bir qayda olaraq uzun sürməyən davamlılığa malik olması xa­rak­terikdir. Qeyri-patoloji reaksiyalarda adətən iş qabiliyyəti, ətrafdakılarla ünsiyyət im­kanı və öz davranışlarını təhlil etmək bacarığı saxlanılır. Patoloji psixogen pozulmalar za­manı isə insan digər insan­lar­la ünsiyyətdə olmaq və məqsədyönlü davranış im­kan­la­rından məhrum olur.

Emosiyalar - insan təcrübəsinin hissi fundamenti hesab olunur. Onlar ətraf aləmlə, cəmiyyətlə qarşılıqlı münasibətləri zənginləşdirir və xatirələrə dinamiklik verir. Əksər hallarda emosiyalar insanın indiki anda nəyəsə və ya kiməsə münasibəti ilə əlaqədar keçirdiyi yaşantılar kimi anlaşılır.

Emosiyalar yaranma sürətinə, qüvvəsinə və davamlılığına görə müxtəlif şəkildə keçirilə bilər. Bunları insanın emosional haləti də adlandırırlar. Bunların bir neçəsinə nəzər salaq: əhvallar, affektlər, stress, frustrasiya.

Ekstremal şəraitlər çox vaxt frustrasiya vəziyyəti yaradır. Frustrasiya latın sözü olub, aldanma, nahaq gözləmə, əhval pozğunluğu mənasını verir. Frustrasiyanın daha ge­niş yayılmış iki tərifindən istifadə olunur. Birincisi, frustrasiya hansısa maneə sə­bə­bin­dən artıq aktivləşmiş tələbatın ödənilməsinin qeyri-mümkünlüyü kimi; ikincisi, tələbatın ödənilməsini blokadaya alan əks amillər nəticəsində meydana gələn psixi vəziyyət kimi müəyyən olunur. Hər iki halda frustrasiya situativ hadisələrə aid edilir. La­kin bəzən frustrasiya şəxsiyyətin az və ya çox dərəcədə davamlı kimi başa düşülür. Bə­zi müəlliflər belə hesab edirlər ki, frustrasiyanı situasiya ilə eyniləşdirmək olar. Si­tua­siya adı altında təkcə xarici şərait deyil, həm də daxili proseslər başa düşülür [4, 98].

Frustrasiya anlayışını konkretləşdirmək üçün həmin anlayışı dəqiqləşdirməyə imkan verən bir sıra xarici meyarlar daxil edilir:

1.Frustrasiya yaradan situasiya artıq məqsədə yönəlmiş forma almış aktiv­ləş­di­ril­miş tələbatı blokadaya alır;

2. Frustrasiya yaradan situasiya bilavasitə sosial nəzarətə malikdir;

3. Frustrasiya yaradan situasiya sürətli deyil;

4. Frustrasiya yaradan situasiya frustrasiya ilə deprivasiya arasında sərhəd qoyur.

Deprivasiya psixi vəziyyətindən fərqli olaraq frustrasiya az davamlılığa, ətalətə ma­­likdir. Lakin onlar arasında prinsipial fərq yoxdur. Frustatorun nisbətən uzun müd­­dət təsiri zamanı frustrasiya deprivasiyaya keçir.

Stress- insanın fəaliyyət və ünsiyyət prosesində çətin və mürəkkəb fiziki, zehni iş­lər görərkən, eləcə də təhlükə zamanı təcili və məsuliyyətli qərar qəbul etmək zərurəti qar­­şısında qaldıqda keçirdiyi psixi vəziyyətdir.

Müasir dördə fərd həddindən artıq enerji sərf etməkdə və tükənməkdədir. Həll yolu, hər fərdin öhdəsindən gələ biləcəyi ölçüdə (optimal) stress ilə dolğun və müsbət bir həyat yaşamağı davam etdirə bilməsidir. Stress həyatın bir gerçəyidir. Stressi həmişə pis hal kimi qiymətləndiririk. Əslində isə belə deyil. İki növ stress var. "Müsbət stress" (yaxşı stress) fərdin hər hansı bir məqsədə çatmaq üçün özünə verdiyi müsbət enerji, se­vinc­dən qaynaqlanır və fərd bunları yönləndirə bilir. Bu cür stress fərdi təkmilləşdirir. Müəy­­yən dozada stress davamlı və inamla irəliləmək, uğur qazanmaq üçün la­zım­dır. "Mən­­fi stress" (pis stress) isə fərdin özünə olan inamının itirilməsinə, xəyallarının puça çıx­masına, ümidsizliyə düçar olmasına səbəb olan stressdir. Həddindən artıq stress in­sa­nı iş görə bilməyəcək bir vəziyyətə gətirib, ciddi problemlər də yarada bilər. Pis stressin öl­dü­rücü təsirləri var. Stress insan mövcudluğunun tərkib hissəsidir.

Psixoloqlara görə stress, onu zehnində daşıyan insana aiddir. Stressə cavab vermə fərdin psixoloji xüsusiyyətlərindən asılı olaraq dəyişir. Eyni bir hadisəyə iki şəxs fərqli yanaşa və fərqli reaksiya göstərə bilər. Bəziləri stressə reaksiya kimi geri çəkilər, içinə qapanar, passivləşər, problemləri ilə üz-üzə gəlməkdən qaçar, bəziləri həddindən artıq reaksiya verər, bəziləri stress qarşısında heç bir reaksiya verməyib yaşanan çətinliyi daxilinə atar. Sürətlə dəyişən dünyamızda stressdən şikayət edənlərin də sayı durmadan artmaqdadır.

Stress zamanı bədənimizdə bir çox dəyişikliklər yaranır. Adrenalin və kortizol hormonlarının tarazlığı dəyişir. Stress immunitet sistemini zəiflədərək, hətta çökdürərək asanlıqla xəstəliklərə tutulmağa gətirib çıxarır. Hər bir insan stressə fərqli reaksiya verir. Ov­qatının pis olması insanı özünə qapadır, nəticədə asılılığı olanları spirtli içki, nar­ko­ti­ka düşgününə çevirir. Belələri boşalmağın və rahatlamağın yolunu içkidə, narkotikada tapır. Stress sağlam həyatın düşmənidir [4, 123].

Stressin təzahür xüsusiyyətlərinə aşağıdakı kimi nəzər salaq. Stressdən danışarkən ilk öncə qeyd edək ki, ingilis mənşəli bu sözün tərcüməsi təzyiq, sıxışdırma, gərginlikdir). Stress mənfi və hətta dezorqanizasion təsir göstərə bildiyi kimi, fəaliy­yət­də və sağlamlıqda stimuləedici rolunda da çıxış edə bilər. Bəzi alimlər dezorqanızasion stres­si distress kimi qəbul etsələr də, bəzi alimlər stressi, şok və ya birlikdə ekstremal hal kimi qəbul edirlər.Ümumilikdə desək psixoloji stress daxili və xarici qıcıqlara emo­sio­nal reaksiyadır.

Stressə aid nəzəriyyənin banisi Hans Selye hesab olunur. O, travma, qıcıqlar, in­fek­­­­siya və s. kimi patogen faktorları stressor və bu reaksiyanın özünü stress reaksiyası ki­mi adlandırmışdır. Stress heç də qeyd etdiyimiz kimi patoloji xarakter daşımır, hər fəa­liyyət demək olar ki, stresslə müşahidə olunur.

Qiymətləndirmə stressin özəyini təşkil edir, təhlükənin obyektivliyinin qiymətlən­di­ril­məsi burada əsas deyil, əsas bu təhlükəni necə qiymətləndirməsidir. Çox zaman ha­di­səyə səhv qiymətləndirmə edilir ki, bu da şəxsin keçmiş təcrübəsində oxşar hadi­sə­də ya­şadığı müvəffəqiyyətsizlikdir, məhz buna görə də şəxs yenə də gözləyir ki, həmin uğur­­suzluğu bir daha yaşayacaq və buna görə də hazırki situasiyanı səhv qiymətləndirir. Beləliklə şəxsin hadisəyə qarşı verdiyi stress reaksiyası səhv qiymətləndirmənin nəti­cə­si­dir və bu qiymətləndirmə orqanizmin deyil, şəxsiyyətin reaksiyasıdır.

Qadınlarda və kişilərdə yaş artdıqca stress səviyyəsi artır, yaş artdıqca ailə mənsu­biy­­yəti, irəliləyən karyerada olan addımlar və onların doğurduğu məsuliyyət buna gə­ti­rib çıxarır. Əgər ailəli kişilərdə stress səviyyəsi azdırsa, ailəli qadınlarda bu əksi­nədir, çox güman bu qadınların məsələyə daha emosional yanaşmaları ilə bağlıdır.

Dini inancdan asılı olaraq stress səviyyəsinin müəyyənləşdirilməsinə gəldikdə isə əgər tədqiq olunanları iki qrupa ayırsaq və onların dini inancı olmayan qrupunda daha az stress səviyyəsi və daha çox iqtisadi vəziyyətin yaxşılaşacağına ümid etdiklərini gör­müş olarıq. Dini inanclı insanlarda isə bu əksinədir, yəni onlarda daha çox stress haləti olur və onların iqtisadi vəziyyətin normallaşacağına ümidləri daha azdır.

İtirilən biznes plana görə isə kişilərdə bu amilin daha çox stress yaratdığı məlum olmuşdur. Bu kişilərin daha çox sahibkarlıqla məşqul olduqları müəyyən olunmuşdur. Qadınlarda biznes planla bağlı yaranan stress səviyyəsi isə daha aşağı olmuşdur, bu isə onların sahibkar olmamasından irəli gəlir və digər fərdi səbəblərdən,yəni ailənin iqtisadi təminatı kişilərin üzərinə daha çox düşdüyündən onlarda stress səviyyəsinin orta olması normaldır [5, 94].

Sonda deyə bilərik ki, ölkədəki iqtisadi vəziyyət, devalivasiya hadisəsi insanlarda xüsusən də sahibkarlarda, satıcılarda daha çox stress yaradır. İnsanlarda devalivasiyadan sonra cinsi, dini inanc və s kimi amillər təsirindən stress səviyyəsində dəyişilmələr mü­şa­hidə olunur. Həmçinin bu stress səviyyəsi aparılan münasibət sorğusunda da özünü gös­tərir, yəni ölkənin iqtisadi durumundakı hadisələr birbaşa olaraq insanların şəxsi hə­yat­larının, həyat tərzlərinin, inanclarının da dəyişilməsinə səbəb olur.

Bizim bu tədqiqatı aparmaqda məqsədimiz ekstremal şəraitlərdə in­san dav­ra­nı­şı­nın idarə olunması ba­xı­mından emosional halətlərin təzahür xüsusiyyətlərini öyrənmək ol­muşdur. Tədqiqatın gedişində Ç.D.Spilberqin “Həyəcanlılıq səviy­yə­sinin müəy­yən­ləş­di­rilməsi” metodikasından, Y.İ.Roqovun “Qorxu hissinin diaq­nos­ti­ka­sı” meto­di­ka­sın­dan və E.Bekin “Depresiya şkalası” metodikasından istifadə olun­muş­dur. Apar­dığımız təd­qiqat bizi belə nəticəyə gətidi ki, emosional halətlərin və onların tə­za­hür xüsusiy­yət­lə­­ri­nin öyrənilməsi ekstre­­­mal şəraitlərdə in­sa­nın davranışının düzgün ida­rə edilməsinə zə­­min yaradır. Bu da psixoloji tarazlıq şəraitinin yaranması ilə xa­rak­te­ri­zə olunur. Fay­da­lı işlə məşğul olmaq, fiziki və ruhi kamilliyə çalışmaq psixoloji taraz­lı­ğın ya­ra­dıl­ma­sı­nın əsas şərtidir.

Emosional halətlərin öyrənilməsi ekstremal şəraitlərdə in­san davranışının idarə olunması baxımından çox əhəmiyyətlidir.


Kaynakça

1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, 2002, 355 s.

2. Allahverdiyeva İ.R.,Tağıyeva G.B., Cavadov R.Ə.Ekstremal şəraitlərdə davranışın bəzi psixoloji məsələləri. BDU-nun Elmi Xəbərləri. Sosial-siyasi elmlər seriyası, №3-4, 2000, s.77-81.

3. Cavadov R.Ə., Tağıyeva G.B. Uşaqların ekstremal şəraitlərə hazırlığının bəzi məsə­lə­ləri. II Beynəlxalq Simpoziumun materialları. Bakı, 2002, s. 568-571.



4. Cavadov R.Ə.,Tağıyeva G.B.Ekstremal şəraitlərdə psixoloji xidmət. Bakı, 2010, 259 s.

5. Qaragözov R.R., Qədirova R.H. “Psixoloji stress: özünü və uşağını xilas et!”. Bakı 1997, 123 s.
Yüklə 35,63 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin