Əlavə 3 azərbaycan respublikasi



Yüklə 465,34 Kb.
səhifə7/34
tarix05.01.2022
ölçüsü465,34 Kb.
#111963
1   2   3   4   5   6   7   8   9   10   ...   34
Tədqiqatın elmi yeniliyi: İngilis və Azərbaycan dillərinin söz prosodiyası problemi və onun xüsusiyyətləri, danışıq aktında prosodik vasitələrdən istifadə olunması mexanizmi ilk dəfə olaraq ayrıca tədqiqat obyekti kimi tədqiq edilmişdir.

İşdə hər iki dilin fərqli və oxşar prosodik sistemə malik olması, iki dil arasında bu sahədə mövcud diferensial əlamətlərin milli dil xüsusiyyəti ilə bağlılığı, aparılan təhlillər vasitəsilə sübuta yetirilmişdir. Bu dissertasiya işinin əsas yeniliyi ilk dəfə olaraq, mövzunun eksperimental-fonetik təhlilə cəlb edilməsi və riyazi hesablamanın aparılmasıdır. Burada eksperiment aparılaraq ingilis və Azərbaycan dillərində söz prosodi­kasının işlənmə xüsusiyyətləri, sözlərin formalaşmasında prosodik vasitələrin rolu məsələləri araşdırılmış və qarşılıqlı müqayisə edilmişdir. Dissertasiya işində aparılan bu kimi eksperimental təhlil son illərdə dünyada tədqiqat işlərinin qarşısında qoyulan əsas tələblərdən biridir. Burada eksperimental-fonetik araşdırma sayəsində əldə edilən nəticələr ingilis dilini xarici dil kimi öyrənən azərbaycanlılara bu sahədə qarşılaşdıqları interferens səhvləri dəqiq müəyyənləşdirməyə və bunların səbəblərini dəqiqləşdirməyə, eləcə də onların aradan qaldırılması yollarını göstərməyə imkan vermişdir. Dissertasiyada sözlərin prosodik xüsusiyyətlə­ri və dildə tələffüz normaları canlı dil materialına əsaslanaraq xüsusi proqram və müasir texnologiyanın nailiyyətlərindən istifadə edilərək müəyyənləşdirilmişdir. Dissertasiya işində əldə etdiyimiz nəticələr sözün prosodikasına dair yeni elmi fikirlərin formalaşmasını təmin etmişdir. Bütün bunlar, şübhəsiz ki, dissertasiya işinin yeniliyini təmin edən əsas amillərdir.




Yüklə 465,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin