ƏLİ ŞAMİL Çildirli аşiq irfani


AŞIQ İRFANİNİN ÖMÜR YOLU VƏ ŞEİRLƏRİNİN YARANMASI HАQQINDА SÖHBӘTLӘR



Yüklə 0,78 Mb.
səhifə58/64
tarix01.01.2022
ölçüsü0,78 Mb.
#104116
1   ...   54   55   56   57   58   59   60   61   ...   64
AŞIQ İRFANİNİN ÖMÜR YOLU VƏ ŞEİRLƏRİNİN YARANMASI HАQQINDА SÖHBӘTLӘR
İRFANİ VƏ SƏNƏM XANIM
Əsil adı Süleyman olan Aşıq İrfani Çıldırın indi xaraba ha­lın­da olan Kunduzev köyündəndir. Doğum və ölüm tarixləri bi­lin­məsə də, XVIII əsrdə yaşadığı bəllidir. Kiçik yaşlarında ata­sı­nı itirən İrfani bir müddət Karsın süvari paşalarından Səbri pa­şa­nın yanında qalmışdır. Səbri paşanın Aşıq İrfaninin əmisi olduğu de­yilir. Əmisinin ölümündən sonra yenidən doğma köyünə qa­yı­dan Aşıq İrfani atasının da sənəti olan əkinçiliklə məşğul ol­muş­dur. Əmisinin yanında mədrəsə təhsili görən İrfani köylərində imam­lıq da etmişdir. Buna görə də bəzi şeirlərində İrfani Xoca ləqəbindən istifadə etmişdir.

Yuxarıda haqqında verdiyimiz bilgilərdən başqa, indiyə qə­dər sadəcə bir neçə parça şeiri bilinməkdədir. Yaşadığı bölgədə isə İrfaninin həyatı haqqında da rəvayətlər söylənilməkdədir. Bu rə­vayətlərdən aşığın bir neçə eşq macərası yaşadığını və buna görə də diyar-diyar gəzdiğini öyrənirik. 1974-cü ilin iyun ayında Çıldırlı Aşıq Şərəf Taşlovadan qeydə aldığımız hekayə belədir:

Çıldırın Kunduzev köyündən olan İrfani 17-18 yaşlarına gəl­di­yi zaman röyasında gördüyü Ardahanın Harmandar köyündən olan bir türkmən bəyinin Sənəm adlı qızına aşiq olur. Eyni rö­ya­nı Sənəm də görür və o da İrfaniyə aşiq olur. İki sevgili bir-bir­lə­rin­­dən xəbərsiz aylarca iztirab çəkirlər. Durumu öyrənən türk­mən bəyi qızının dərdinə çarə aramağa başlar. Bir kəcavə hazır­la­daraq qızını mindirir, yanına bir neçə mühafizlə bir də rəmmal qataraq yola çıxarır.

Bir müddət yol getdikdən sonra rəmmal rəml ataraq Sə­nə­min sev­gilisinin Çıldır tərəfdə olduğunu təsbit edir. Qafilə yö­nü­nü Çıl­dıra çevirir. O çağda ormanlarla qapalı olan Çıldır-Ar­da­han ara­sın­dakı dağlıq ərazidə günlərlə yol getdikdən sonra Çıl­dı­ra va­rır­lar.

Bir bulaq başında qonaqlayıb istirahət edirlər. Bu sırada rəm­mal bir rəml daha ataraq qızın sevgilisinin Kunduzev köyün­dən olduğunu söylər. Çıldırdan yola çıxan qafilə səhərə Kun­duzev kö­yünə varır. Rəmmal yenə rəml ataraq Sənəmin sev­gili­sinin adının İr­fani olduğunu bildirir. Bununa üzərinə İrfaninin evini soraraq mü­safir olurlar.

Bu sırada İrfani evdə yoxmuş. Durumu ixtiyar anasına an­la­dırlar. Türkmən bəyinin bir tək övladını əlindən alıb götürəcə­yin­dən qorxan ana, oğlunun bir ay qədər öncə öldüyünü söylər. Ger­çək­də İrfani bu sırada çalışmaqdan yorğun düşmüş və bir ot yığı­nının altında uyumaqda imiş.

Sənəm rəmmala rəml atıb İrfanidən bir xəbər verməsini is­tər. Rəmmal İrfaninin vücudunun bu anda torpaqda olduğunu və dün­ya aləmlə münasibəti olmadığını söylər. Rəmmalın sözlərinin doğruluğuna qənaət gətirən Sənəm qafiləsini toplayaraq təkrar atasının evinə doğru yola çıxar.

Axşam işdən evinə dönən İrfani anasından Sənəmin onlara gə­lib getdiyini öyrənincə dəliyə dönər. Sazını alaraq dərdli halını be­lə anladar:

Əl çək təbib, əl çək dərdli sinəmdən,

Sən mənim dərdimə çara bilməzsən.

Sən necə təbibsən yoxdur ilacın,

Yaram içərdəndir sara bilməzsən.


Yıxılsın fələyin tacıyla-taxdı,

Ox vurdu sinəmə, al qanım axdı,

Əzəl verməsəydin ikrarı, əhdi,

O ki ikrarında dura bilməzsən.


Dinlə Sənəm Qul İrfanı sözlərin,

Yaxdı ciyərimi ataş-közlərin,

Ağlasana, nə durursan gözlərim,

Daha yar üzünü görə bilməzsən.

Türküsünü bitirdikdən sonra sevgilisinin arxasınca getməyə qə­rar verir və Ardahana doğru yola çıxır. Sabah vaxtı, indiki Urta kö­yünün yanındakı Şahin yurdu deyilən yaylaya varır. Yayalada qo­yun otarmaqda olan çobanlardan dün gecə bir qafilənin keçib get­diyini öyrənincə, sazını alaraq şu türküyü söylər:

Hanı yaylam, hanı sənin əzəlin,

Güz gələndə bağlar dökər xəzəlin,

Səndə mehman olmuş mənim gözəlim,

Yarım köçmüş, viran qalan yaylalar.
Yaylada yayarlar qoyunla-qoçu,

Dalında örmüşdür qırx örük saçı,

Yüklənmiş qafilə, getmişdir köçü,

Gözümə görünür talan yaylalar.


Güz gələndə bağlar çıxar xəzəldən,

Mən onu sevmişdim əzəl-əzəldən,

Həsrət qaldım sevdiciyim gözəldən,

Lalası, sümbülü solan yaylalar.

Sözləri bitdikdən sonra təkrar yola qoyulan İrfani günlərin bi­rində Ardahanın Alagöz köyünə gəlir. Köyün çeşməsində gözəl bir qızın su doldurmaqda olduğunu görür. Bu qızı türkmən qızı Sə­nəmə çox bənzədir. Qızın arxasından evinə gedər və müsafir olur. Qızın atası İrfaniyə kim olduğunu, nerədən gəlib, nerəyə get­­diyini sorar. İrfani də macarasını bunlara anlatır. İrfani burada xəstələrək yatağa düşər. Bu arada qız İrfaniyə aşiq olur və İrfani də qızı sevməyə başlar. Bunlar anlaşaraq bir gecə qaçarlar. Arxa­la­rından gələn qızın atası İrfanini Çıldır paşasına şikayət edər. Paşa İrfanin əlindən qızı alaraq atasına təslim edər. İrfaniyi də Çıldır gölündəki Ağca qalaya həbs etdirir.

Bir müddətdən sonra bu adadan qaçmağa müvafiq olan İr­fa­ni Alagöz köyünə gedərək sevgilisini qaçırıb Çıldıra gətirir. Bu olay­lardan sonra İrfaninin adı dillərə dastan olur. Hər tərəfdə ma­ca­raları anlatılır, türküləri söylənilir. Çıldır paşası daha öncə cə­zalan­dırdığı bu qəhraman aşığı maraq edər və yanına gətirdir. Paşa İrfaninin macaralarını dinlərkən paşanın gənc və gözəl ar­vadı Xürrəmzay yanına gəlir. Xürrəmzayı görən İrfani bu qadına aşiq olur və sazını alaraq duyğularını şu sözlərlə ifadə edər:

Yeni başdan dərdə düşdüm oxlandım,

Dəli könlüm bir sevdaya bağlandı.

Özü şirin, sözü şirin, şux gözəl,

Qımzəsi ox, qaşı yaya bağlandı.


Şirin gülər, şirin söylər, naz eylər,

Hər kəmiyi yüz min dürlü saz eylər,

Çarqatın çevirirŞ tel pərvaz eylər,

Sanarsan buluddu, aya bağlandı.


İrfani yenidən buldu bir dövlət,

Daha hərcayıyla eyləməm ülfət,

Əski beynəvadan qahdı məhəbbət,

İndi könlüm Xürrəmzaya bağlandı.

Bu sözləri eşidən paşa çox qızar və İrfaniyi həbsə atar.

Bir ilə qədər həbsdə qalan İrfani aşağıdakı qoşmanı yazaraq pa­şaya göndərir və ondan əffv diləyir:

Daha pünhan tutma mənim dərdimi,

Min dərdim var, bir dərmana gəlmişəm.

Çevir Şərif, Məhəmmədin başına,

Duacıyam, qədd-imana gəlmişəm.


Dedim yüz min qafiyədən, qəzəldən,

Mənim dərdim pünhan tutma tez eldən,

Bir sevdanın cünunyum əzəldən,

Alışıban yana-yana gəlmişəm.


İrfani məhrumdur, beynəva quldur,

Eşqin qədimidir, avizdə güldür,

Ya çıxar at, ya bağışla, ya öldür,

Möhür dəsti Süleymana gəlmişəm

Şeiri oxuyan paşa İrfanini həbsdən çıxararaq qaçırdığı sev­gi­li­­­siylə birlikdə, Arpaçay qəzası yaxınlarında, indi xaraba halında olan, əski Dəmirçilik köyünə sürgün edər.

Dəmirçilik köyündə yeni həyata başlayan İrfani, ilk badəli sev­gilisi türkmən qızı Sənəmi unutmamışdır. Bir səhər vaxtı bir qa­tar durnanın Çıldır və Ardahana uçub getməkdə olduğunu gö­rür. Sevgilisini, doğulub böyüdüyü köyü, yurdunu və məkanını xa­tırlar. Durnalara belə səslənir:

Sabah namazında Zarşat düzündən,

En, Qaraçayırı bulasan durnam.

Aş Lavaş gədiyin, bağla qatarın,

Məkan-ı Daşbaşı görəsən durnam.


İrişidi, Külverən qalır sağ yana,

Çıx Qızılverana, en Kamervana,

Albız ıssızlıqdır, Cala virana,

Orda da bir zaman qalasan durnam.


Səfil Ağçaqala döndümü yaza,

Uğrama Kakaça, bəlkə yol aza,

Oralar susuzdur, keç get Cambaza,

Qarasuda qərar qılmasan durnam.


Zinzallar çəkildi ucadan-uca,

Xəbər al Çamdırı, gör halı necə,

Suxara mamurdur barı bir gecə,

Dost köyündə mehman olasan durnam.


Köyhas süvaridir, Purut piyada,

Urtayla, Meredis qalmasın yada,

Qırx Cedaxbaşını, keç Zurzunada,

Künduzhev öz köyüm, biləsən durnam.

Yolun düşər Otağvanın sağına,

Uğra Ardahana öylə çağına,

İkindi namazı çıx Cin dağına,

Qarış Qəmərəyə, bina sal durnam.

Yeri durnam, yeri dönmə izindən,

Aləmi mat etdin xoş avazından,

Əsli türkmən qızı, Xırmandalıdan,

Yarımdan bir xəbər alasan durnam.

Tez pərvaz eyləyin, tez qanad çalın,

O nazlı yarımdan bir xəbər alın,

İrfani xoca da bekliyor yolun,

Bəlkə bu günlərdə gələsən Yarımdan bir.

İrfani xoca həyatının sonuna qədər Dəmirçilik köyündə ya­şa­mışdır, məzarı da buradadır.
Söyləyən: Aşıq Şeref Taşliova,

iyun 1974-cü il.



Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin