Mustafa Şokayın Fransada ucaldılmış büstü. Heykəltaraş Amangəldi Kenenbayevdir.
Mustafa Çokaydan söz açarkən onun xanımı, milliyətcə rus olan Mariyanın xidmətlərini unutmamaq lazımdır. Mus-tafa Çokay mənalı ömrünü rus müstəmləkəçilərinə qarşı mü-barizəyə həsr edəndə Mariya xanım həmişə onunla birlikdə olmuşdur. Mariya Mustafa Çokayı müsəlman adətlərilə dəfn etməklə yanaşı, onun irsinin qorunmasında da mühüm rol oynamışdır. Mustafa Çokayın ölümündən sonra onun arxivini Parisdəki Şərq Dilləri və Mədəniyyətləri İnstitutuna vermişdir. Orada M.Çokayın şəxsi sənədlərindən ibarət bir arxiv yaradılmışdır. Mariya M.Çokayın zəngin kitabxanasını da M.Çokayın adı veriləcək bir bölüm yaradılmaq şərtilə İnstituta bağışlamışdı. Bununla yanaşı, Mustafa Çokay haq-qında xatirələrini yazaraq çap etdirmişdir. Almatıdakı Qazaxıstan Dövlət Arxivi Parisdən Mustafa Çokayın arxivinin mikrofilmlərini apararaq qazax araşdırıcılarının istifadəsinə vermişdir. Buna görə də Qazax xalqı Mariya Çokayı da həmişə hörmətlə xatırlayacaq.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türküstan bir-liyi yaratmaq ideyasını ortaya atdıqdan sonra Mustafa Çokaya diqqət yenidən artmışdır. Belə ki, Qazaxıstan BTA Bankının sponsorluğuyla 2008-ci ildə Mustafa Çokayın həyatını əks etdirən sənədli film çəkilmişdir. Bu filmin bir çox kadrları Özbəkistanın Daşkənd, Kokand, Qazaxıstanın Qızıl Orda, Rusiyanın Peterburq, Azərbaycanın Bakı, Gürcüstanın Tiflis, Türkiyənin İstanbul şəhərlərində, Fransa və Almaniyada çəkilmişdir. Onun adının əbədiləşdirilməsi, ideyalarının təbliği sahəsində də işlər davam etdirilir.
Dostları ilə paylaş: |