Bizim universitetimizin əsası qeyri-dini təməllər üzərində quruldu!
Qərb dünyasında elmi tədqiqatın zirvəsi sayılan on doqquzuncu əsr dindən ayrılmaq və dinin həyatdan çıxarılması əsridir. Bu təfəkkür ölkəmizdə də təsirini buraxdı və bizim universitetlərimizin bünövrəsi qeyri-dini təməllər üzərində quruldu. Din alimləri universitetdən üz çevirdilər, universitet də onlardan və elm hövzələrindən. Bu acınacaqlı hal həm elm hövzələrinə, həm də universitetlərə mənfi təsir göstərdi.327
İslam əxlaqından və milli vicdandan uzaq şəxslərin universitetlərə rəhbərlik etməsi
Xəmiri dindən və elm hövzələrindən ayrı yoğrulan universitet nə dini, nə İslam əxlaqı, nə siyasi əxlaqı, nə də ölkəsinə və xalqına hörməti olan bir ovuc insanın əlinə düşdü. Son yetmiş ildə Əmir Kəbir kimi bəzi insanlardan və ondan sonrakı çox azsaylı bir neçə nəfərdən başqa bu ölkədə ali təhsil işlərinə rəhbərlik edənlərin çoxu öz xalqlarının maraqlarını üstün tutmayan, bu xalqın və ölkənin gələcəyindən daha çox başqa məsələlər haqda fikirləşən insanlar idilər.
Təsadüfi deyil ki, İran xalqı öz elmi keçmişi, parlaq istedadı, zəngin və dərin İslam mədəniyyəti, əsrlər boyu meydana çıxmış çox böyük alimləri, oxumağa və öyrənməyə olan təbii həvəsi ilə yanaşı, dünyanın elm və bilik zirvələrinə sarı dördnala hərəkət etdiyi 150-200 ildə geriqalmış xalqlardan olmuşdur.
Əgər bu xalqı öz ixtiyarına buraxsaydılar, elmdə öncül olardı, əvvəldən cəmiyyətlərin daxilindən baş qaldıran və çiçəklənən elmlərin çoxunda inkişaf edərdi, dünya ilə birgə irəliləyər və bu qədər geri qalmazdı.328
Dostları ilə paylaş: |