Üçüncü fəsil: Cəmiyyətdə elmə təmayül və mədəniyyət yaratmaq ruhunun bərqərar olması
Cəmiyyətdə elmi ruhun bərqərar olması
Belə bir proqramda sizin dediyiniz məqsədlərdən əlavə, başqa bir məqsəd də nəzərdə tutula bilər və o, cəmiyyətdə elmi ruhun bərqərar edilməsidir. Bunun özü mühüm bir şeydir. Daha tələbə məsələsi deyil ki, elmə həvəs göstərsin, elmi fənlərlə məşğul olsun. Bizim yaşadığımız cəmiyyətdə xalqda, hətta bir kəndlidə də elmə rəğbətin olub-olmaması əhəmiyyətli məsələdir. Bu, iki növ həyata səbəb olur. Biz gərək düzgün yollarla, hər bir mümkün vasitə ilə cəmiyyətdə birincisini təmin edək və yaradaq.
Biz nə qədər inkişaf etsək, bu rəğbət cəmiyyətdə elmi ruha daha müsbət və dərin təsirlər göstərəcək. Bu təsirlərdən biri budur ki, hər kəs elm öyrənməyə və elmsizlikdən qaçmağa həvəslənəcək. Misal üçün, bir əkinçini fərz edin. Bilir ki, əkinçiliyi üçün dərmandan, gübrədən və elmi üsuldan istifadə etsə, bu il üç ton əvəzinə dörd ton buğda götürəcək. Bir nəfər var ki, burada ümumiyyətlə, bir elmin, üsulun, qanunun mövcud olmasına inanmır; düşünmür ki, biz bu qanunu öyrənsək, yaxşı işləyərik. Bu əkinçi ilə qanunun olduğuna və bunun ona faydalı olacağına inanan şəxs arasında fərq var. Bu şəxs qanunu öyrənməyə həvəs göstərir, ümumiyyətlə, laqeyd olan, inanmayan və "hamısı boş sözdür" - deyən şəxs kimi etmir. Biz cəmiyyətin müxtəlif səviyyələrində bu elmi ruhu yaratmalıyıq. Elmə rəğbət çox mühüm məsələdir.690
Dostları ilə paylaş: |