Tədqiqatda kəmiyyət və keyfiyyət dəyişikliyi
(Universitet cihadı təşkilatı) tədqiqatı rəhbər tutmaqla imkanı həddində universitetləri durğunluq, donuqluq, əzbərləmələrə əsaslanmaq və tədqiqatdan uzaqlaşmaq halından çıxara bilər. Biz universitet orqanlarının, möhtərəm universitet müəllimlərinin və tədqiqat müdirlərinin işini əsla görməzdən gəlmək istəmirik. Lakin Universitet cihadı xüsusiyyətlərinə malik olan - gənc, inqilabçı və dindar olan, idarə vəzifəsindən çox etiqad, iman və inqilab vəzifəsinə arxalanan bir orqan və qrup tədqiqat işini öhdəsinə götürdükdə prinsipcə onun xüsusi keyfiyyəti olmalı, misilsiz şəkildə inkişaf etməlidir.
Buna əsasən, ölkə universitetlərini elm və tədqiqata yönəltmək istiqamətində hərəkət bu sərlövhədə yerləşdirilmişdir. Universitet cihadında da əvvəldən universitetlərin elmi keyfiyyətini yüksəltmək nəzərdə tutulmuşdu. Hamı bilir ki, inqilabdan öncəki universitetlərdə daha çox üzündən oxumaq vardı, nəinki yaradıcılıq, yenilik və özünəinam. Onda hətta dərinlik də az idi. Düzdür, müəllimlər vardı, alimlər yetişirdilər, lakin onları universitetin sistemi yetişdirmirdi. Bir zaman bir yaxşı elmi rəhbər, bir qayğıkeş pedaqoq, yaxud bir həvəskar şagird işi davam etdirib bir şeyə nail olurdu.
İnqilabdan öncəki universitetin ümumi sistemi əsla tədqiqatçı yetişdirən, dərin, yaradıcı və yenilikçi tədqiqatlar aparan və elmi dalanları açan deyildi, belə bir işi təbliğ etmirdi. Siz isə bu işi görə bilərsiniz. Allaha şükür olsun ki, ölkənin inqilabdan sonrakı universitetləri çox yaxşı inkişaf etmişdir. Bu, əsla öncəyə aid deyil.348
Dostları ilə paylaş: |