Elm və ruhaniliyin minillik imici
Mən dəfələrlə demişəm ki, indiki ruhani nəslinin hörmətinə görə xalqın İslam inqilabına meyl göstərdiyini düşünməməliyik. Bu, səhvdir. Əslində ruhaniliyin tükənməz bir ehtiyat olan minillik hörməti bu qələbə və uğurlara səbəb oldu. Bu minillik hörmət uzun əsrlər boyu böyük alimlərin elm və təqvası sayəsində qazanılan imicdən ibarətdir. Yəni bu işdə Əllamə Hillinin rolu olub, Mühəqqiqin rolu olub, Məclisinin rolu olub, Birinci və İkinci şəhidlərin rolu olub, Şeyx Tusinin rolu olub, Seyid Mürtəzanın rolu olub, Şeyx Ənsarinin rolu olub, uzun əsrlər boyu Nəcəfdə çalışan böyük alimlərin rolu olub, Qum böyüklərinin rolu olub, mərhum Hacı Şeyx Əbdülkərim Hairi Yəzdinin rolu olub, mərhum cənab Bürucerdinin rolu olub; yəni minlərlə görkəmli insan ömürlərini paklıq və təqva içində keçirdilər, yüksək səviyyəli alimlər yetişdirdilər, elmi əsərlər yaratdılar və bir cəmiyyəti, bir xalqı tədricən köklü formada ruhaniliyə inandırdılar. Belə deyil ki, bir dövrün və nəslin xalqı bir şəxsi istəsin, amma sonrakı nəsil istəməsin. Bir sevgi köklü və dərin olduqda insani xislətlər kimi bir nəsildən digər nəslə ötürülür; Hüseyn ibn Əlinin (ə), yaxud Əhli-beytin məhəbbəti kimi.428
Dostları ilə paylaş: |