Yeddinci bölmə: Müxtəlif məsələlər Birinci fəsil: Qadınlar və elm
Qadınların elm və bilgidən uzaq saxlanması
Bizim cəmiyyətimizdə acı bir həqiqət var. Qadınlara dair acı həqiqət budur ki, ötən əsrlər ərzində və hətta təlim-tərbiyənin Avropadan yeni üsulla İrana daxil olduğu və yamsılandığı dövrdə də qadınlar elmə sarı hərəkətdə kişilərdən uzaq saxlandılar və məhrum qaldılar. Sözsüz ki, bu, inqilabın qələbəsindən öncəyə aiddir və indiki vəziyyətimizə dəxli yoxdur. Lakin keçmiş dövrün acı təsirləri təəssüf ki, hələ də qalır. Əlbəttə, bir qədəri təəssübkeşliklərin, cəhalətlərin və bilməzliklərin təqsiridir. Lakin Avropa təlim-tərbiyə sisteminin ölkəmizə daxil olduğu zamandan qadınların təhsildən uzaq qalmasının əsas təqsirkarı zorla idxal olunan həmin mədəniyyətdən təsirlənən xəbis siyasətlər olmuşdur. Mömin ailələr qızlarını elm öyrənmək üçün məktəblərə, universitetlərə və o zaman mövcud olan elmi-mədəni mərkəzlərə göndərməyə həqiqətən cürət etmirdilər. Və bunda haqlı idilər.
Əgər keçən nəslin və Pəhləvilər dövründən bu yana, hətta əcnəbi mədəniyyətinin ölkəmizə daxil olduğu bir qədər qabaqkı nəsillərin qızlarının maarifdən, elmdən, məlumatdan, təhsildən və hətta dövrlərinin bir çox nəşriyyə və mətbuatından məhrum və geri qalmasını görürüksə, günahı qadınların iştirak etdiyi elmi-mədəni mühitləri bulaşdıranların boynuna düşür. Belə ki, müsəlman ailə və ata öz namusunu - həyat yoldaşını və qızını elə mühitlərə göndərməyə cürət etmirdi.
Bizim bu geriliklərimiz var. Əlbəttə, ondan öncə də qızların təlim-tərbiyəsinə əhəmiyyət vermirdilər; məktəbə gedib dərs oxuyan qızlar oğlanlar qədər deyildi, atalar bu barədə düşünmürdülər. Bəzi dövrlərdə geniş yayılmış təəssübkeşliklər yanlış idi və bəzən ehtiyat edirdilər.
Danışan dinlərin, düşünən və fəal beyinlərin düzgün İslam maarifini bəyan etməyə başladığı zaman da həmin şəraitə görə qızlar düzgün və dərin təbliğatdan bir qədər kənarda qaldılar. O zaman beş yüz tələbə bizim sözlərimizdən qeydlər götürürdüsə, beşdə biri də qız deyildi. Bunun günahı onların boynuna düşür. Çünki elə şərait yaratmışdılar ki, bundan başqa cür ola bilməzdi. Rza xan, oğlu və ondan qabaqkılar kimlər idilər? Bir qrup savadsız, mədəniyyətsiz, mərifətsiz insanlar, zorla hakimiyyətə gəlmiş quldurlar, yaxud dövrlərinin bilgilərindən uzaq ərköyün və məqsədsiz bəybalalar idilər. Onlar nə bilirdilər ki, mədəniyyət nədir, yaxud dini elmlər və həqiqi bilgilər nədir. Sağlam alimlərin, xeyirxahların və ziyalıların sözlərinə də qulaq asmırdılar. Nəticə baş verdi, o işlərin təsirləri uzun illər qaldı, cəmiyyətimiz və siz qadınlar bu gün də onların acısını çəkirsiniz. Təsiri budur ki, qadınlarımızın elmi və mədəni inkişafı kişilərdən azdır.828
Dostları ilə paylaş: |