WikiLeak’s Russian Cables: Bad for the Reset, Good for Putin?” [207]
“WTO to help Russia’s image, hurt its manufacturers” [210].
“START soon, but not yet” [200].
Antiteza qarşılaşdırılmasının əsas struktur tiplərindən biri sadə genişlənmiş cümlələr, bağlayıcısız tabesiz mürəkkəb cümlələr, mürəkkəb genişlənmiş cümlələrdir.
“Russia acts like a foe, but needs us as a friend” [207].
“Deficit Denial” Ends, Tram Service Resumes” [207].
“US banks to post rise in profits, but investment income slumps” [205].
Antiteza yalnız struktur-semantik baxımdan deyil, həm də mətnin üslubi və kompozisiya təşkili cəhətdən də əhəmiyyət daşıyır. Nitq qarşılaşdırılmasının əsas tipləri kimi bu zaman leksik, qrammatik və kompozisiya elementləri çıxış edir və onlar mətnin bütün səviyyələrdə təşkilində istifadə olunur.
Publisistikada antiteza diqqətin cəlb edilməsi, problemin hərtərəfli nəzərdən keçirilməsi, actual olanın daha dərindən dərk edilməsi üçün istifadə olunur. Publisistikada başlıq yazının oxunmasında və ya oxunmamasında həlledici rol oynayır.
Başlıq mətn haqqında ilkin, vacib informasiyanı ötürür. Başlıq emosional çalar daşıyır, oxucuda maraq oyadır, onun diqqətini cəlb edir. Başlıq antiteza əsasında qurulduqda onun təsir dərəcəsi güclənir.
Antiteza başlıqların bir sıra növlərində çox istifadə olunur. Başlıq-sual, başlıq-intriqa, başlıq-xronika, başlıq-rezüme formalarında antiteza daha çox rast gəlinir.
“Is your dog’s bowl half full or empty? How to tell a pessimist pet from an optimist” [205].
“The ugly truth about the beautiful game” [205].
“Deficit Denial” Ends, Tram Service Resumes” [207].
“Obama’s double-or-nothing moment in the Middle East” [206].
Antonimlik oksümoron üslubi fiqurunda istifadə olunur. Bu fiqurun mahiyyətini əksmənalı sözlərin birləşdirilməsi və ya qarşılaşdırılması təşkil edir. Məsələn. Ölü canlar.
Yetər, qocalıqdan gənclik istəmə
Sevənlər payıza, qışa bürünməz.
Əsl güllər ilə kağız güllərin
Uzaqdan baxmaqla fərqi bilinməz [42, s. 45 ].
Oksimoron başlıq və adlarda çox istifadə olunur. Antonimlik hadisəsi oksimoron üslubi fiqurunun da nüvəsini təşkil edir. Bu zaman əks sözlər birləşərək yeni anlayış əmələ gətirir.
“And faith unfaitful kept him falsely true” [145]
İngilis poeziyasında oksimoron XVI əsrdə E.Spenserin şerlərində yer almışdır.
“And painful pleasure turns to pleasing pain”.
V.Odenin şeirlərində də bu üslubi fiqura müraciət edilmişdir.
With the farming of a verse
Make a vineyard of the curze
Sing of human unsijjess
İn a rapture of distress [198].
Burada a rapture of distress oksimorondur. Leksik birləşmənin pozulması təzadlı semantik qarşılaşdırma yaradır. Rapture…distress ümumi semə malik olduğu kimi, eyni zamanda əkslik semi yaradır. Hər iki söz yüksək emosional gərginliklə səciyyələnir. Birinci halda bu, heyrət və fərəhlə bağlıdırsa. İkinci tərəf üçün dərd və bədbəxtliklə əlaqələnir. Hər iki söz bir-birinə maksimum zidd olan emosiyaları ifadə etməklə bir-birinə yanaşır.
Antifrazis antonimlərin istehzalı çalar məqsədi yaratmaq üçün istifadə edildiyi üslubi fiqurdur.
“Danışıq dilində işlənən terribly smart, awfillü beautiful tipli oksimoronlarda birinci komponentin leksik denotativ mənasını itirib ekspressivliyi gücləndirmə vasitəsinə çevrildiyinə görə semantik uzlaşma olmur” [65, s.124].
Məntiqi və leksik əksliklərin birlikdən qarşılaşdırılması üslubiyyatda təsirli vasitələrdən biridir. Bu vasitələr oxucunun ziddiyyətli, təzadlı hadisələri qavramasına kömək edir.
Antonimlərin üslubi funksiyaları təzadın ifadəsi ilə məhdudlaşmır. Bu vasitələr bir halda mətni struktur cəhətdən təşkil edir, başqa halda əsərin qəhrəmanlarının xarakterini açır, üçüncü halda dəqiqləşdirici funksiyanı yerinə yetirir. Məsələn, Mətndə inside-outside, right-left məkan münasibətlərini ifadə edir. Zaman mənalı antonimlər hadisələrin ardıcıllığını bildirir: at the begining –in the end.
Qəhrəmanların xarakterini açarkən keyfiyyətcə əks anlayışlardan istifadə olunur: dost-düşmən, kasıb-varlı.
Əks hadisələrin başlanğıcının bildirən antonimlər daha geniş dairəni əhatə etməyə imkan verir.
“İt was the best of times, it was the worst of times, it was the age of wisdom, it was the age of folishness, we had everything before us, we had nothing before us…” [145].
Bəzi antonim cütlər nitqdə leksik birləşmə kimi, istifadə olunurlar. Məsələn, uşaq da, gənc də, böyük də, balaca da, tez ya gec və s. Onların nitqə işlənməsi nitq konnotasiyası yaradır. Nitq antonimlərinin qarşılaşdırılması zamanı bəzən istehza çaları əmələ gəlir. Antonimlər başqa üslubi fiqurlar da yaradır.
“Where it the beginning of that end by which the beginning ends?”
Antonimlərin bədii mətndə üslubi məqsədlə istifadə olunması yalnız antonim cütə daxil olan hər iki sözün mətnə gətirilməsində özünü göstərmir. Bəzən antonim cütün bir elementini işlənməklə üslubi funksionallıq əmələ gəlir.
Antonimlərin mətndə istifadə olunması üslubi motivləşməlidir.
Beləliklə, antonimlərin üslubi funksiyalarının rəngarəng və müxtəlif olması aydınlaşır. Antonimlər əksliyi ifadə edir, hadisələrin zidd mahiyyətini və danışıqda işlənməsi ifadəliliyi, obrazlılığı, emosionallığı gücləndirir. Antonimlərin qarşılaşdırılması əsərin qəhrəmanlarının xarakterini açır, mətni təşkil edir, hadisələr ardıcıllığını, məkan və zaman miqyasını göstərir.
Dostları ilə paylaş: |