Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,76 Mb.
səhifə37/52
tarix04.01.2022
ölçüsü0,76 Mb.
#54463
1   ...   33   34   35   36   37   38   39   40   ...   52
Qızıl Qül Abbasova

Bakı Dövlət Universitetinin sosiologiya

kafedrasının dosenti, f.e.n.
Tələbənin dünyagörüşündə əxlaqi və estetik dəyərlər
Ali məktəb sosiologiyasında tələbə şəxsiyyətinin formalaşması problemi böyük aktuallıq kəsb edir. Bu prosesi gender baxımından izləmək üçün Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsində 100 nəfər tələbə arasında sorğu keçirilmişdir. Onların bu fakültəyə meyl salmağının səbəbləri əsasən böyüklərin, yoldaşların məsləhəti olub; oğlanlardan 3 nəfəri səbəb kimi təsadüfü göstəriblər. Qeyd edək ki, sorğuda 59 qız (19-r/b) və 40 oğlan (6-r/b) iştirak etmişdir (bir anket qayıtmadı), 18-24 yaş həddlərində.
Əxlaqi dəyərlər və tələbatları müəyyən edən bir sıra suallara verilən cavablar göstərir ki, burada əxlaqi normalar əsasən mövcud şəraitə adən-ənənəyə uyğundur. Mərhəmət hissini bildirən (dilənçiyə pay vermək adəti) sualı mənfi cavabı 30% qızlar və 32% oğlanlar qeyd etdilər. Pay əsasən yaşlı, yoxsul, şikəst, bütün yardıma möhtac olanlara verilir; dilənçi uşaqlar xüsusilə qeyd edilir, eyni zamanda göstərilir ki, yalançı dilənçilər də var. Küçələrdə xırda alverlə məşğul olan adamlar haqqında qızlar belə düşünür: oğurluq, tənbəllikdən bu yaxşıdır; lakin bu yolla işsizliyi aradan qaldırmaq olmaz. Oğlanlar da bu fikirlə razılaşaraq qeyd edirdilər ki, ölkədə iqtisadi islahatlar keçirilməlidir ki, bu problem həll edilsin.
Müstəqil həyata qədəm qoymaq, işləmək arzusunu qızlar daha çox ifadə ediblər (36 nəfər) ixtisas üzrə və yaxud hökümət idarələrində, arzuladıqları maaş 40-500 dollar radələrindədir; 22 oğlan da işləmək və oxumaq arzusunda olduğunu qeyd ediblər (əgər dərs vaxtı ilə üst-üstə düşməsə); bəziləri bunu məcburiyyət qarşısında olduğunu qeyd ediblər; maaş minimum ehtiyacı ödəyəcək qədərindən tutmuş - 400 dollara qədərdir. Belə arzunun həm qızlarda, həm də oğlanlarda güclü olması, onların özünütəsdiqləmə yollarını axtarışında olduğunu göstərir.
Əxlaqi dəyərlər sırasında (tədrislə bağlı olan) qızlar BDU-nun prestijli ali məktəb olmasını, gənclərə, müəllimlərə ünsiyyətin yaranması imkanını, ixtisasın gərəkliliyini, müəyyən bilikləri almaq imkanını oğlanlar isə buraya bəzi müəllimlərin aliliyini, savadlılığını və demokratikliliyini də əlavə edirlər; sonuncular bu məsələyə daha tələbkarlıqla yanaşırlar. Təhsildə oğlanları qızlar, tətil günləri və hətta təmirdən çıxmış liftlər də sevindirir. Qızları və oğlanları eyni dərəcədə rüşvətxorluq, korrupsiya, tələbələrin tədrisə marağın göstərməməsi, bəzi müəllimlərin laqeydliyi kədərləndirir. Qızlar buraya dərs vəsaitlərin, işlə təminatın olmamasını, imtahan və məğbulları, düzgün tətbiq edilməyən praktikanı, tədrsin aşağı səviyyəsini, oğlanlar isə küllü miqdarda ədalətsizliyini, informasiya qıtlığını əlavə edirlər.
Özünüqiymətləndirmə yolu ilə qızlar və oğlanlarda əxlaqi normaların necə aşılanmasını yoxlamağa çalışdıq. "Hənsı əməlindən razı qalardın?" suala belə cavab aldıq: qızlar ümumiyyətlə yaxşı əməllərini (səbirli, xeyirxah, qayğıkeş, məsuliyyətli, səmimi, savadlı, vətənpərvər olmaq arzularını), oğlanlar isə özü və ailəyə xeyir gətirmək bacarığını, özü-özünü təmin etmək qabiliyyətini, ümumiyyətlə az-çox dostlara, ehtiyacı olanlara, cəmiyyətə xeyir vermək bacarığını qeyd etdilər. Rus bölməsində oxuyan qızlar xüsusilə öz qarşılarına qoyduqları məqsədlərə nail olmaq imkanını qeyd etmişlər.
Qızlar və oğlanlar eyni dərəcədə vicdan əzabını yalan danışanda, kiminsə xətrinə dəyəndə çəkə biləcəyini qeyd etdilər, qızlar ağıllı addımın atılmamasını, xəyanət, kiminsə pisliyini istəməsini, bilə-bilə kiməsə pisliyi etmək, düşmən qarşısından qaçmaq, haqsızlıq qarşısında susmaq kimi əməlləri burada qeyd etdilər.
Mənəvi dəyərlər sırasında xalqı xarakterizə edən keyfəyyətlər də qeyd olunmalıydı. Qızlar bu keyfəyyətlər sırasında istiqanlılığı, bəzən düz danışmağını, gülərüzlülüyü, oğlanlar müxtəlif adət və ənənələri, ürəkaçıqlılığı, insanpərvərliyi, hamı isə mehriban insanlar olduğunu, qonaqpərvərliyi, böyüklərə hörmət və ümumiyyətlə qarşılıqlı hörməti qeyd etdilər. Həm regionlar üzrə, həm də ümumiyyətlə xalqın özündə qızlar xeyli müsbət keyfiyyətləri göstərmişdilər (mülayimlik, sadəlik, köçə bağlılılıq, namusu yüksək tutmaq, qadınlara hörmət etmək, sülhü, azadlığı sevmək, mərdlik, gözəllik və b.); oğlanlar da burada mərdliyi, güzəştə getmək bacarığını, davranışda nəzakətin olmasını, mülayimliliyi, səbrliliyi, şirindilliliyi, əməksevərliyi qeyd ediblər.
Eyni zamanda bir sıra amillər var ki, onlar aradan qaldırılmalıdır. Həm oğlanlar, həm qızlar qırxa yaxın keyfiyyətləri göstərdilər, daha çox unutqanlıq, paxıllıq, rüşvətxorluq, yaltaqlıq, ikiüzlülük, korrupsiya, birliyin olmaması.
Qızlar buraya ali təhsilə olan biganəliyi, köhnəfikirliliyi, avropalaşmasını, qeybəti, başqa millətə pərəstiş etməsini və s., oğlanlar isə görməmişliyini, pulgirliyi, qarınqululuğu, qaydaların pozulmasını (məs. küçəyə tüpürmək), pintiliyi, yeribazlığını, özünüqiymətləndirilməsini aşağı olmasını da qeyd etdilər.
Nəhayət, estetik maraqlar və tələbatlar haqqında zövqü müəyyən edən suala (insanların xarici görünüşündə ilk növbədə sizi nə cəlb edir?) qızlar cavab veriblər ki, onları insanda gözəllik (gözlər, dodaqlar, əllər, bədən quruluşu, saçlar), geyim (ayaqqabılar, təmzlik, zinnət əşyaları, qeyimdə uyğunluq), bir də daxili aləim ifadə edən əlamətlər (səmimilik, mehribanlıq, gülərüzlük, mədəniyyət, savad, ağıl, tərbiyə və s.) cəlb edir. Oğlanları insanın xarici görünüşündə ən çox diqqəti gözləri cəlb edir, sonra üzü, ümumən davranışı, yəni hərəkətləri, biliyi, sadəliyi, intellekti, danışığı və s. Cavablardan görünür ki, qızlar insanın xarici və daxili aləmin qiymətləndirilməsində daha diqqətlidirlər.
Estetik duyumu aşkarlayan daha bir imkandan istifadə etdik, yəni musiqidən; görünür ki, müsiqi bizim həyatın vacib bir hissəsidir, xüsusilə gənclərdə, çünki tez-tez qızlarda "ruhumu oxşayır", "həyacanlandırır", "musiqisiz yayatımı təsvir etmirəm", "sakitləşdirir", "əla hisslər oyadır", "çox yaxşı təsir bağışlayır", "mənəvi qidamdır" ifadələrə rast gəlmək olurdu. Oğlanlar da qeyd ediblər ki, musiqi onları sakitləşdirir, həyacanlandırır, çox təsir göstərir, duyğulandırır, həyatını musiqisiz təsəvvür etmirlər. Lakin onlardan üçü göstərdi ki, heç bir təsir göstərmir, doquzu isə - pis təsir edir. Ola bilsin ki, pis dedikdə, həyacanlanmasını nəzərdə tutmuşdurlar. Ola bilsin ki, onların estetik tərbiyəsində güsurlar var.
Bədii təxəyyülü, xeyir və şər, gözəllik və eybəcərlik haqqında təsəvvürləri inkişaf etdirən kinofilmlər və kitabların təsirini ön iki nəfər oğlan inkar etdi, qalanları təsdiqlədi, lakin qeyd etdilər ki, aslıdır kitabdan ya da kinodan. Ümumiyyətlə, belə bir qənaətə gəlmək olar ki, onlar tərəfindən çox az kitab oxunur. Qızlardan da səkkiz nəfəri bu təsiri inkar etdilər; qeyd edildi ki, bu kitabın məzmunundan asılıdır; daha çox romantik və həyati, sevgi haqqında kino və kitabların təsirindən söhbət gedir; lap azdan tutmuş ömür boyu olan təsirindən gedir. Belə nəticə çıxarmaq olar ki, kitab hələ də gənclərin həyatında mühüm rol oynayır (xüsusilə qızların, çünki onlar kitabları oğlanlardan daha çox oxuyurlar).
Gənclərin dünyagörüşünün formalaşmasında təqlidçiliyin rolu çox böyükdür. Qəhramanlıq obrazı həm kitabdan, həm həyatdan götürülür. Oğlanların zövgü burada çox əhatəlidir: içində Tom Soyer, Robinzon Kruzo, Qladiator Maksimuz, Don Juan, Sezar, Napoleon, Stalin, H.Əliyev də var. Qızların sevimli qəhramanları sırasında qadınlar, nağıl və əsərlər qəhramanları çoxdur. Ataanadan tutmuş Hitlerəcən olan real şəxsiyyətlər göstərilsə də, çox ümumi xüsusiyyətlər qeyd edilir (namuslu, savadlı, alicanab və s.). Bir neçəsi qeyd etdi ki, həyatda ümumiyyətlə qəhraman yoxdur.
Sevimli aktyorlar, idmançılar, yazıçılar haqqında da tələbələrin fikrini öyrəndik. Həm Azərbaycan, həm də Qərb nümayəndələrinin adları çəkilib. Qeyd edək ki, rus bölməsində oxuyan qızlar daha çox adları burada qeyd etdilər: rus, Azərbaycan, Qərb klassik ədəbiyyatının, kinosunun, idmanının nümayəndələri burada qeyd edilmişdir.
Məlum oldu ki, idmanla maraqlananlar çox olsa da, onunla məşğul olanların sayı cəmi 6-7 nəfərdir. Buna baxmayaraq, Azərbaycan bölməsində oxuyan oğlan və qızları futbola olan sevgi birləşdirir. Oğlanlar buraya boksu, yüngül atletikanı, bodibildinqi əlavə etdilər. Qızlar isə tennisi, voleybolu və basketbolu, karateni, fiqurlu konkini, rus bölməsində oxuyan qızlar isə - üzgüçülüyü qeyd etdilər. Vaxtın məhdudluğundan gileylənən oğlan və qızlar oxuduqları ali məktəbinə idman və kütləvi-mədəni işlərə dah çox diqqətin yetirilməsini arzuladılar.
Bütün qeyd olunan məqamlar daha əsaslı tədqiqatın keçirilməsini tələb edir.

Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin