Elmin məqaminin əHƏMİYYƏTİ



Yüklə 10,72 Mb.
səhifə4/81
tarix27.10.2017
ölçüsü10,72 Mb.
#16488
1   2   3   4   5   6   7   8   9   ...   81

17. MÖVLANIN HAQQI


وأمَّا حَقُّ سَائِسِكَ بالمِلْك فَنَحْوٌ مِنْ سَائِسِكَ بالسُّلْطَانِ إلاّ أَنَّ هذَا يَمْلِكُ مَالا يَمْلِكُهُ ذاكَ، تَلْزِمُكَ طَاعَتُهُ فِيمَا دَقَّ وَجَلَّ مِنْكَ إلاّ أَنْ تُخرِجَكَ مِنْ وُجُوب حَقِّ الله، ويَحُولَ بَينَكَ وبَيْنَ حَقِّهِ وَحُقُوقِ الخَلْقِ، فَإذَا قَضَيْتَهُ رَجَعْتَ إلَى حَقِّهِ فَتَشَاغَلْتَ بهِ. ولا قُوَّةَ إلاّ باللهِ.

Sənə malik olan mövlanın haqqı hakimin haqqı kimidir. Yalnız, bu fərqlə ki, malikin xususi haqqı var, amma bu haqq hakimdə yoxdur. Onun xususi haqqı, az və çox hər şeydə onun itaətində olmaqı lazım bilir. Bütün bunlar o, vaxtdır ki, onun haqqı ilə Allahın sənəvacib buyurduğu əməllə təzadda olmasın. Sənin əməlinlə, Allahın haqqı arasında mane olmasın. Yox əgər belə olarsa, onda Allahın haqqı müqəddəmdir. Hər vaxt Allahın haqqını yerinə yetirsən, onda malikin haqqının ədasının vaxtı yetişir, ona məşğul olmalısan. Allahın güc və qüdrətindən başqaheç bir-güc qüvvə yoxdur!"

"Məkarimül-Əxlaq" kitabında belə gəlib:

Malikin sənin boyununda haqqı budur ki, onun itaətində olub, ona qarşı günah etməyəsən. Yalnız, o şeydə itaət etmə ki, Allahın qəzəbinə səbəb iş olsun. Çünki, Allaha qarşı günah etməkdə heç vaxt bəndəyə itaət etmək olmaz!.”

İmam Zeynalabidin (əleyhissalam)-ın gözəl bəyanlarından mə`lum olur ki, maliklə hakimin haqqını bir-birinəoxşar bilir. Bu fərqlə ki, malikə görə xususi haqqı var. O, da onu özünə itaətkar edir. Yeri gəlmişkən, bu haqqın şərhindən belə bir şərhə başlayaq ki, köləlik hansı zamandan başlayıbdır və kökü nədir? Əlbəttə, bu bəhsdə təkcə köləlik yox, ümumi mülkiyyət nəzərdə tutulur.

QULDARLIĞIN TARİXİ


Quldarlığın yaranma tarixi çox da mə`lum deyildir. Onun kökləri barədə müxtəlif nəzəriyələr vardır. Montöskye quldarlığın amilləri barəsində yazır: Quldarlığınibtidasıaşağıdakı amillərdən biri ola bilər:

1. Beynəlxalq hüquq normaları zəruri bilir ki, döyüşdə əsir düşənlər ölümdən amanda qalmaqdan ötrü qulam hökmündə qalsınlar.

2. Rum dövlətinin mədəni qanunu, borcunu qaytara bilməyənlər barəsində icazə vermişdir ki, onların özləri satılsın və ya tələbkarın pulunun əvəzində ona bəndəlik etsin.

3. Təbiət qanunu atanı kölə etdiyi kimi, övladı da kölə edir. Beləliklə, oğul ataya tabe olur.

4. Köləlik haqqı, bir millətin başqa bir millətə qarşı təhqirindən qarşıya çıxır, o da adət və ən`ənələrin ixtilafı üzərində qurulub.

5. Quldarlığın əsas mənşəsi insan cəmiyyətində qüdrətli və zəiflərin tuğyanlar və istismarçı ruhiyyəsi ilə birlikdə olmasıdır." Sonra Montöskye yazır:

Aristotel subut etmək istəyir ki, kölə və qul fitrətən olub və olacaq. Bu, o mə`nadadır ki, Allah-taala, bə`zi insanları yaradıb ki, başqalarının kölələri olsunlar. Əgər biz bu filosofun dediyini qəbul etsək və qul olmaqı fitri bilsək, onda qulların qulluğdan azad olması kəlamını faydasız və fitrətin xilafı kimi qiymətləndirməliyik.

Bunlar, köləlik barəsində Montöskyenin "Ruhul-qəvanin" kitabında gətirdiyi bəhsdir.


İSLAM DİNİ, KÖLƏLİK BARƏSİNDƏ


Müqəddəs İslam dinində, qul olma heç də fitri deyildir. Aristotel məntiqinin əksinə olaraq, İslama görə bəşər azad yaradılmışdır.Həzrəti Əli (əleyhissalam) buyurur:

"Bütün bəşər azad yaradılmışdır. Məgər o, kəslər ki, öz zərərlərinə köləliyə iqrar ediblər (özləri elə bir rürlər ki, kölə olmaqlarına şərait yaransın)

Həzrət başqa bir bəyanda buyurur:

Başqalarının qulu olma! Halbuki Allah səni azad yaratmışdır.”

Bu iki bəyan, bəşəriyyətin azadlıq carçısı sayılan, Həzrəti Əli (əleyhissalam)-dan idi.

Bəşər azad doğulmuşdur. Əgər sonradan kimin köləsi olursa, xarici amillərin tə`sirindəndir. Onun köləliyi həmişəgi yox, müvəqqətidir. Keçmiş zamanlarda kölələr necə yaşayırmışlar?

“Tarixi Rum" kitabının müəllifi Alber Male rumluların kölələri barəsində belə nəql edir:

"Qanuna görə qul və ya kölə şəxs, insan deyil . Bəlkə də, qul, bir şey və ya danışa bilən bir alətdir. Beləliklə, heç bir haqq və hüququ da yoxdur."

Montöskye yazır: Əflatunun qanununda qərara alınmışdır ki, qul özünün təbii müdafiəsindən istifadə edə bilməz. Əgər ona həmlə olarsa, bu qanuna əsasən, özünün təbii müdafiəsindən istifadə edə bilməz. Həmçinin, mədəni müdafiə haqqı ona verilmirvə məhkəməyə də şikayət etməyə haqqı yoxdur. Spart şəhərində köləyə verilmiş qanuna görə məhkəməyə müraciət etməyə haqqı yox idi.

Spartlı qullar, bu cəhətdə o qədər bədbəxt olurlar ki, təkcə bir nəfərin köləsi yox, bəlkə də, bütün cəmiyyətin köləsi hesab olnurdular.

ALÇALMAQ, HARA QƏDƏR?


Rum əşraf və ə`yanlarının kef məclislərindən biri bu idi ki, biçarə qulları nümayiş göstərilən bir meydanda, şir, bəbir, pələng kimi vəhşi və ac heyvanlarla bir yerdə cəm edirdilər. Elə ki, qullar özlərini bu yırtıcı heyvanların caynağında giriftar görürlər, ahu-fəğan və qışqırıqları ucalır. Bu vaxt ə`yan və əşrəflərin şadlıq ruhiyyələri ərşə çatır. Həmçinin, bu əsil və əşrəflərin istirahət məclislərindən biri də bu idi ki, əli qılınclı çılpaq qullardan ibarət iki dəstəni, bir-birinin canına salırdılar. O həddə kimi ki, bir-birlərinin əzalarını və üz-gözlərini yaralayıb kəsirlər. Bu cinəyatgər əşrəflər, belə dəhşətli və qanlı səhnələri görməkdən ləzzət alıb sevinirdilər. Əgər bu qullar belə işə boyun qoymasaydılar, meydanın ətrafını dövrəyə almış əsgərlər tərəfindən tikə-tikə doğranardılar.

Həmçinin, rumlu cinayətkar ə`yan və əşrəflərin başqa kef məclislərindən biri bu idi ki, kölələri məcbur edirdilər ki, öz əllərini arı və əqrəblə dolu yuvaya salsınlar. Onlar da kölələrin qaralmış əziyyətli çöhrələrini görməklə şad olub gülsünlər.

“Tarixi Rum" kitabının müəllifi, yenə o ölkənin kölələri barəsində belə yazır:

"Kölələr, heyvanlar kimi yalnız, ağır və müşkül işləri görməli idilər. O cümlədən, xəndəkləri təmizləmək, yolları daş asfalt etmək, tikanları təmizləmək, bağları belləmək, ziyanlı bitkiləri və kolları kəsmək, buğdanı döymək ayaq yollarını təmizləmək və sair işləri yerinə yetirirdilər.

Əgər qullardan birinin bu işləri görməməkdə qüsuru olsaydı, şiddətli və müxtəlif cəzalara mə`ruz qalır, çubuq və şallaq vururdular. Daha sonra onu dəvə və atın yerinə zəncirə bağlayıbiş gördürürdülər. Mə`dən quyularına atılır və yaş zirzəmilərdə həbs olunurdular. Heyvanların bayram günlərində işlərindən azad olmalarına baxmayaraq, kölələr bu günləri işdən azad olmurdular.


Yüklə 10,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin