Qoldibi əyriliyinin,yan kənarın və aşağı kənarın qurulması
Qoldibi əyriliyinin tərtibi üçün köməkçi P3,İ,Q2 nöqtələri lazımdır . P1 nöqtəsindən aQ1 xıttinə perpendikulyar xətt çəkirik,kəsişmə nöqtəsini P2 adlandırırıq.Q1-dən yuxarı köməkçi P3-ü ayırırıq.
Q1 tənböləni üzəri ilə köməkçi 1 nöqtəsini təyin edək:(şəkil2)
Q11=0,2 Q1Q4+0,5=0,2. 14,3+0,5=3,56 sm ;
Qoldibi eninin mərkəzi nöqtəsinin təyini:
Q1Q2=0,5 Q1Q4=0,5.14,3=7,15 sm;
P1,P3,İ, Q2 nöqtələrindən qoldibi əyriliyini səlis çəkirik.
Kürəyin yan kənarı geyimin növündən,siluetindən asılı olaraq qurulur.
Q1-dən sağa Q5 nöqtəsini müxtəlif məsafədə və eləcə də Q2 nöqtəsinin üzərində ayırmaq olar.Q5 nöqtəsini,kürəyin orta xəttinə paralel olaraq,aşağı xəttə qədər çəkirik və kəsişmə nöqtələrini adlandırırıq B2 O2 H2 .
Yapışıq və yarımyapışıq siluetlərdə qarsağın cəmini taparaq dörd bərabər hissəyə bölürük.Arxa qarsaq,yan qarsaq ,iki ön qarsaq.
Yan qarsağı B2-dən sola ayıraq və B21 adlandıraq.
Q5,B21,O2 nöqtələrini birləşdirməklə kürəyin yan kənarını qurmuş oluruq.Arxa qarsağın yerini qeyd edək :
B11B3=0,5. B11 B21 =0,5 .24,0=12,0 sm;
B3-dən sola və sağa qarsağın enini ayıraq:
B3B31=B3B32=0,5.2,5=1,25 sm;
Qarsağın uzunluğunu modelə görə müəyyənləşdirib təyin edirik.
B1,O1,H1 nöqtələrindən kürəyin orta xəttinə perpendikulyar çəkərək yeni bel,omba və aşağı xətləri alırıq.
Dostları ilə paylaş: |