2.2. Müasir texnologiya ilə hazırlanan qadın paltosunun ardıcıl yığımı
Şəkil 6. Müxtəlif modelli qadın paltoları
Qış qadın paltolarının tikilməsi üçün müxtəlif növlü tikiş maşınlarından istifadə olunur. Son vaxtlar sap tikişləri ilə yanaşı paltarların detallarına yapışdırmaq üsulu yayılmışdır. Bu üsulun tətbiqi qadın qış paltolarının keyfiyyətini yaxşılaşdırır. Beləki, paltoların kənarlarının düzəldilməsi, aralıq detalların yapışdırılması və başqa detalların birləşdirilməsi üçün tətbiq edilir.
Ütüləmə mexanikləşdirilmiş ütülər və əl ütüləri, yüngül ütü prosesləri iləaparılır.
Qadın qış paltolarının keyfiyyət səviyyəsi bir keyfiyyət göstəricilərinə və yaxud da kompleks xassə göstəricilərinə əsasən müəyyən olunur. Lakin vahid əlamətinə görə keyfiyyət səviyyəsinin təyin edilməsi hələlik geniş yayılmamışdır.
Qadın paltosunun ardıcıl yığımı üçün 96 ölçüdə ,3cü uzunluqda ,orta köklükdə qadın paltosunun cizgisi işlənilir.
Yapışıq və yarımyapışıq siluetlərdə geyimin bədəndə yaxşı oturması üçün kürəyin orta xətti qurulur.Kürək iki hissədən ibarətdirsə,yəni orta tikişlidirsə kürəyin orta xətti aşağıdakı kimi qurulur.
Qurma 1:4 miqyasında aparılır.
A0-dan sağa normal qamətli insan üçün 0,5 təknəbel insan üçün 1,0 və qabarıq sinəli insan üçün isə 0 götürülür,yəni A0 yerində qalır.Biz normal qamətli insan üçün cizgiqurduğumuza görə:A0A01=0,5 sm götürülür;
Dostları ilə paylaş: |