Şəkil 14. Qadın bədən ölçülərinin çıxarılması
Rəsmdə göstərildiyi kimi geyimlərin modelləşdirmə prosesində aşağıdakı konstruktiv xətlər məlumdur.
1-başın konstruktiv xəttidir,geyim formalaşdıqda konstruksiyası üçün istifadə edilir.
2-boynun konstruktiv xəttidir.Geyimin yaxalığının və boğazlığının formalaşması üçün istifadə edilir.
3-çiynin konstruktiv xəttidir.Geyimin formalaşmasında müxtəlif formalı çiyinlər üçün istifadə edilir.
4-döşün konstruktiv xətləri.Bu ölçü qabaqda döşün ən hündür nöqtəsindən arxadan isə döş qəfəsi bərabərliyində götürülür.
5-beldən keçərək ölçü xəttidir.
Bu ölçü bədənin ən sıxılmış yerindən götürülməklə,həcm dərəcəsi və bel xəttində məmulatın enini göstərir.
6-omba ölçüm xəttidir.Bu ölçü omba və sağırçı hissənin hissəsi kimi nəzərdə tutulur.Ölçü qarın hissədən aşağıda ancaq hissənin ən hündür nöqtəsindən götürülür.
7-baldır ölçüsü xəttidir.Bu ölçü çanaq hissə ilə düz sahəsini arası həmin sahədə məmulatın eni adlanır.
8-ayaq ölçüsü xəttidir.Bu ölçü dizdən aşağı,ayağın ensiz yerindən yuxarı hissəsi enini ölçmək üçün göstərilir.
9-ayağın ölçü xəttidir.Bu ölçü dizdən aşağıda yerləşən enli yerdən aşağı ,topuqdan yuxarı ən nazik sahənin ölçüsünü göstərir.
10-qolun ölçü xəttidir.Bu ölçü çiyindən aşağı,dirsək və bilək sahələrinin enini göstərir.
Modelləşdirmədə konstruktiv qurşaqlar deyilərkən dairəvi xətlər və onların xətlər səviyyəsində xəyalən keçirilən proyeksiyaları başa düşülür.
-çiyin
-boyun ;döş; bel; omba; diz; baldır; topuq; pəncə
Konstruktiv qurşaqlar bədənin nahiyyələrinə -çiyin,boyun,döş,bel və s.uyğun adlanır.Maraqlıdır ki,fiqurun hər bir ayrılma elementində “qızıl kəsik” prinsipini müşaidə etmək olar.Məsələn əl nahiyyəsinin uzadılmış uzunluğu said nahiyyəsinin uzunluğuna,said nahiyyəsinin uzunluğu çiyin uzunluğuna,əl nahiyyəsi və said nahiyyənin uzunluğu bütün qolun uzunluğuna çiyin nöqtəsindən tutmuş əl nahiyyəsinin orta barmağının toxunacağı qədər bu nisbətdədir.
Dostları ilə paylaş: |