Əlyazması hüququnda t ağızadə Elçibəy Kamandar oğlu (magistrantin a. S. A.) «Fond birjalarinin əsas iqtisadi göstəriciləri və onlarin təhlili yollari»


Diversifikasiya (şaxələnmə) - vəsaitlərin və risklərin bölüşdürülməsi mənbəyi kimi



Yüklə 1,46 Mb.
səhifə18/23
tarix01.01.2022
ölçüsü1,46 Mb.
#104989
1   ...   15   16   17   18   19   20   21   22   23
Diversifikasiya (şaxələnmə) - vəsaitlərin və risklərin bölüşdürülməsi mənbəyi kimi.

Diversifikasiya portfel sərmayələşdirlməsi (investisiyası) ilə çox sıx bağlıdır. Diversifikasiyanın (şaxələnmənin) məqsədi - pulların müxtəlif «səbətlərdə» yerləşdirilməsindən, risklərin aşağı salınmasından və mənfəətin optimallaşdırılmasından ibarətdir. Şübhəsiz ki, что tamdəyərli diversifikasiya birinci növbədə, orta- və uzunmüddətli investorlara (sərmayəçilərə) təqdim olunur. Diversifikasiyanın mənasından və məqsədindən asılı olaraq aşağıdakı nəticəyə gəlmək olar:

Eyni istiqamətdə «аrtan» və yaxud «enən» səhmlərə vəsait qoyuluşunun heç bir mənası yoxdur. Bunu başqa cür sadəlövh diversifikasiya adlandırırlar. Pulları müxtəlif hərəkət istiqamətində olan alətlərə (səhmlərə və s.) qoymaq lazımdır və yaxud heç olmasa, eyni istiqamətdə hərəkət eləyən, lakin müxtəlif intensivliyə malik olan alətlərə qoymaq lazımdır.

Alətin hərəkət istiqaməti altında təbii ki, bu alətin qiymətinin hərəkət istiqaməti nəzərdə tutulur.

Yuxarıda qeyd olunanlardan belə bir nəticəyə gəlmək olar ki, pulları β əmsalının (ayrı-ayrı alətin və bütövlükdə bazarın hərəkət nisbəti) müxtəlif göstəricilərinə malik olan alətlərə qoymaq lazımdır.

Sonrakı məsələ ondan ibarətdir ki, bir növdən olan aktivlərin, məsələn, səhmlərin əldə olunmasına nə qədər pul lazımdır. Вurada dəqiq rəqəmlər yoxdur, lakin vətəndaşların vəsaitlərini toplayan fondlar bir aktivə vəsaitlərin 5%-dən az bir hissəsini qoyurlar. Əgər bu qaydalara riayət olunsa, belə bir nəticəyə gəlmək olar ki, tamdəyərli diversifikasiyanı ancaq lazımi miqdarda kapitalın mövcudluğu zamanı özünə rəva bilmək olar.

Bundan əlavə, inkişaf etməkdə olan bazarların xüsusiyyəti ondan ibarətdir ki, burada lazımi dərəcədə etibarlılığa və likvidliyə malik olan müəssisələrin səhmlərinin olduğu iqtisadi sahələr və bölmələrin az sayda olmasıdır. Bu isə o deməkdir ki, diversifikasiyanın həyata keçirilməsi zamanı nəyi isə «qurban vermək» lazım gələcəkdir.

Bəs vəsaitlərin bölüşdürülməsini praktiki olaraq necə həyata keçirmək olar?

1. Öz ticarətimizin nəticələrini qabaqcadan bilmək üçün risk qruplarının və səviyyələrini əvvəlcədən müəyyən etmək lazımdır. Bunun üçün bütün alətləri iki böyük qruplara bölmək lazımdır:


  • zəmanətli gəlirliliyə malik olan aktivlər: istiqrazlar və bank depozitləri;

  • zəmanəti olmayan gəlirliliyə malik səhmlər, derivativlər. β əmsalına əsasən alətləri: sabit (bazarla birgə «hərəkətdə olan»); dayanıqlı (bazara nisbətən zəif «qalxırlar»/«enirlər»); riskli (bazara nisbətən tez «qalxırlar»/«enirlər») alətləri axtarıb tapırıq.

Beləliklə, qruplarını və səviyyələrini əvvəlcədən müəyyən edirik.ki, hadisələrin hətta ən əlverişsiz inkişafı zamanı riskli sərmayəyə görə ehtiyat etməyə dəyməz və biz öz pullarımızı itirməyəciyik. Bizim riskimiz sıfra bərabərdir, gəlirliliyimiz isə heç nə ilə məhdudlaşdırılmır. Göstəricilərin «sürüb gətirilməsi» yolu ilə özümüz üçün əlverişli olan zərərlər/mənfəət nisbətini müəyyən etmək olar.

2. Daha sonra isə, «ikinci», «üçüncü» eşelonlardan olan səhmlərin və «mavi fişkaların» likvidlilikləri (etibarlılıqları) arasında balansı gözləmək məqsədilə zəmanəti olmayan gəlirli alətlər üçün investisiya müddətlərini müəyyən etmək lazımdır. Likvidliliyin (etibarlılığın) müəyyən olunması üçün birjaların qiymət müəyyən olunma siyahılarından, kompozit, sahəvi, müxtəlif tərtib edənlərin indekslərindən istifadə etmək lazımdır.

Bu zaman uzunmüddətli qoyuluşları «ikinci» və «üçüncü» eşelona istiqamətləndirmək daha məqsədəuyğun olardı. Qısa- və ortamüddətli qoyuluşlar isə «mavi fişkalar» və derivativlərdən ibarətdirlər.

3. Uzunmüddətli qoyuluşlar üçün lazım olan konkret səhmləri müəyyən etmək üçün fundamental analizdən (ilk növbədə isə Р/Е, Р/S əmsallarından) istifadə etmək, təhlil üçün əvvəlcədən ayrılmış səhmlərin arasından qiymətləndirilməmişləri axtarıb tapmaq lazımdır. Əlavə olaraq - texniki analizdən də istifadə etmək (qısa- və ortamüddətli qoyuluşlar üçün) məqsədəuyğundur.

Seçim zamanı əsas kimi alətlərin mexaniki olaraq seçilməsi deyil, məhz onların təhlili qəbul olunmalıdır. Hər bir konkret səhm üzrə göstəricilər özlərini «gümrah» göstərməlidirlər, yəni onlar həm fundamental, həm də texniki analiz zamanı artmalıdırlar və artıma can atmalıdırlar: bu zaman «güсlü» səhmləri almaq lazımdır. Bu qaydanı onunla müqayisə etmək olar ki, siz, hər hansı bir konkret müəssisəni alanda nəyə daha çox üstünlük verirsiniz: daha bahalı olan, lakin artım göstərən və artıma can atan müəssisəyə, yoxsa, daha ucuz olan və pis idarə olunan, perspektivləri dumanlı olan və yaxud maliyyə göstəriciləri «о qədər də yaxşı olmayan» müəssisələrə. Bu suala cavab yəqin ki, əvvəlcədən məlumdur və sabahkı günə optimizm və inam yaradan amil daha üstün sayılır.

Beləliklə, «pоrtfein (çantanın)» bir neçə diversifikasiyası aparıldıqdan sonra o biri addımın atılması, yəni risklərin və potensial zərərlərin azaldılması üzrə tədbirlərin görülməsi vacibdir ki, bunun əsas yollarından biri - hecləşdirmədir.




Yüklə 1,46 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin