Əməliyyat sistemləri və onların funksiyaları. Əməliyyatlar sistemi (ƏS)


İdeal olaraq, ƏS ən az aşağıdakı tələblərə cavab verməlidir



Yüklə 17,19 Kb.
səhifə3/5
tarix11.05.2022
ölçüsü17,19 Kb.
#115809
1   2   3   4   5
Əməliyyat sistemləri və onların funksiyaları

İdeal olaraq, ƏS ən az aşağıdakı tələblərə cavab verməlidir:

1. Asan mənimsənən və istifadə olunan;

2. Hər bir aparat platformasında universal və geniş funksional imkanlar göstərən;

3. Etibarlı və davamlı;

4. Sadəliklə uyğunlaşmalı;

5. Mümkün qədər az yaddaş sahəsi tutmalı;

6. Geniş çeşidli proqram təminatına malik olmalı;

ƏS-nin ən vacib “vəzifə” lərindən biri istifadəçi ilə kompüter arasında dialoq təşkili imkanının yaranmasıdır. Bu istifadəçi interfeysi (user interface) adlanan proqramların vasitəsilə təmin edilir. İstifadəçi interfeysi istifadəçilər ilə kompüter arasında əlaqə vasitəsidir.

Yaxın keçmişə qədər əksəriyyət kompüterlər Microsoft şirkətinin MS DOS (Microsoft Disk Operating System) əməliyyat sistemi bazasında işləyirdilər. Bu əməliyyat sistemi birməsələli olmuşdur. Bu və ona bənzər sistemləri yeni nəsl əməliyyat sistemləri əvəz etmişdir. Müasir ƏS-nin başlica fərqli cəhətləri çoxməsələlik, geniş imkanlı qrafiki istifadəçi interfeyslərinə (Graphical User İnterface GUİ) malik olması, müasir mikroprosessorların təqdim etdiyi bütün imkanlardan istifadə olunması, təhlükəsiz və dayanıqlı işlənməsi, aparat təminatından asılı olmaması (müxtəlif tipli printerlərlə, moniotorlarla və başqa qurğularla işləyə bilməsi), MS DOS bazasinda yaradilmiş proqram paketlərilə uyğunlaşması, mültimedia imkanlarına malik olması və s.-dir. Bu cür ƏS-nə: Microsoft şirkətinin Windows 95, Windows 98, Windows 2000, Windows NT, Windows XP və Unix, Linux tipli ƏS aid edilir. Onların əsasında çoxistifadəçili şəbəkə ƏS xüsusi yer tutur. Müasir ƏS şəbəkə imkanlı bu və ya digər xidmətçi sistemlərlə təchiz olunurlar.

IBM PC tipli kompüterlər üçün 1981-ci ildən 1995-ci ilə qədər əsas ƏS MSDOS olmuşdur. Bu 15 ildə o, MS-DOS 1.0 versiyasından MS-DOS 6.22-yə qədər böyük inkişaf yolu keçmişdir. MS-DOS ƏS kompüterin istifadəçi ilə qarşılıqlı əlaqəsini klaviaturadan daxil olunan əmrlər vasitəsilə təmin edirdi. Bu isə istifadəçidən bu əmrləri yaddaşda saxlamaq və düzgün daxil etmək qabiliyyəti tələb edirdi və ilk vaxtlar müəyyən çətinliklər törədirdi. Lakin sonralar, ƏS ilə işləməyi asanlaşdırmaq və avtomatlaşdırmaq məqsədilə proqram örtükləri yaradıldı. İlk belə örtük Norton Commander (NC) çox keçmədən böyük istifadəçi kontingentinin rəğbətini qazanaraq, kompüter texnologiyasının tətbiq dairəsini xeyli genişləndirdi. Bu örtüyün işləmə mahiyyəti ondan ibarətdir ki, klaviaturanın müəyyən düymələrini sıxmaqla bu və ya digər əmri yerinə yetirmək mümkündür.




Yüklə 17,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin