3.3. Moda dünyasında olan alt qruplar və onlarda rənglər
1950-ci illərdə İngiltərədə yaranan ilk gənclik alt qrupları “Beat”lər, “Hispter” və “Ted”lər gələcək illərdə yaranacaq, “Mod”, “Dazlac”, “Hippie”, “Reggae” və “Rasta”, “Punk” kimi alt qrupların xəbərçisi idi. Bu qrupların hər biri geyimlərindəki o dövrdə mövcud dəbə, hər kəsin eyni tərzdə geyinməsinə qarşı olan yanaşmaları ilə yeni stillər, tərz yaratmağa nail olmuşdurlar. Bu dövr özünü modada qara rənglə müəyyən etmiş, bu axının Amerikada əks sədası geniş sahələrə yayılmışdır.
1954-cü ildə “ağ işçi” gənclik qrupu arasında “Edward” dövrü geyimlərinin hakim olduğu bir stil yaranmışdır. Tedlər ya da “Tedy boys” olaraq bilinən bu gənclərin görünüşləri qanunsuz işlər görən Amerika “western” filmlərinin qəhramanı “Redingot” cəngavərlərini xatırladırdı.
Beatle dəliliyi, uyuşdurucu həblər, ödəniş paketləri, televiziya, Aya ayaq basmaq yarışı kimi şeylər 1960-cı illərin ortalarında gənclik qruplarına güc verməkdə idi. Artıq gənclər hər kəsin geyinib məsləhət gördüyü geyimlər deyil, özlərinin seçdikləri geyimləri geyinməkdə qərarlı idilər.
Hippi stili. Moda sahəsində və trenlərdə yeniliklər etməkdə bir köməkçi olan alt qruplar bu sahəyə əvəzolunmaz tövhələr vermişdirlər. Bu alt qrupların yaratdığı stillər arasında hippilər əhəmiyyətli bir mövqe tutmaqdadır.
Başlanğıcda müharibəyə qarşı olan, cəmiyyətdə hüquq bərabərliyi, sülh tələb edən gənclərin bir araya gəlməsi, dünyada olan güclü qüvvələrin bir-birləri arasında, həmçinin də digər zəif ölkələrə qarşı apardıqları müharibələrə qarşı çıxması və özlərini “hippi” adlandırması ilə bu qrup yaranmışdır.
Günümüzdə, hippi stili ən çox sevilən və seçilən stillərdən biridir. Azadlıq və bərabərlik simvolu olan stildir. Burada geyimlərdə təbii və sakit rəng tonlarının üstünlüyü, maksimum rahatlıq, komfortluluq hippi stilinin əsas xüsusiyyətləridir. Həmin tərzdə geyinən insanlar cəlbedici, olduqca fərqli, gözəl görünürlər. Stilin əsas xarakteristikalarından biri geyimlərdə etnik naxışlardan istifadə olunmasıdır. Bu stili sakit, hüzurlu həyat tərzi yaşayan insanların milli geyimi də adlandıra bilərik.
Stilin birinci xüsusiyyəti qəlibləmə texnikası ilə yaradılan geyimlərin parlaq rənglərə sahib olmasıdır. Geyimlərin hazırlanmasında kətan, pambıq və ipək kimi keyfiyyətli parçalara üstünlük verilir. Etnik motivlərə bu stildə demək olar ki, rast gəlməmək qeyri-mümkündür. Tək rəngdən, tünd tonlardan istifadə edilmir. Geyimlər rəngarəng və parlaq tonlarda olur. Geyimlərə naxışlardan başqa müxtəlif dantellər, lentlər əlavə edilir. Gümüş və dəridən hazırlanmış növbənöv aksessuarlardan istifadə olunur. Rəngli qolbaqlar və günəş eynəkləri, ayaqqabılar, səndəllər, çantalar, üzərində tük olan şlyapalar, şərflər, saç bandanası, sırğa, çiçək motivli elementlər ilə bəzədilmiş aksessuarlar da bu stilə xasdır.
Hippi stili bütünlüklə öz cizgilərini daima qoruyub saxlayan stillərdəndir.
“Punk” geyim tərzi. Qəzəbli, heç nədən aslı olmayan, rəngli stildir.
Panklar əsarətin simvolu olan ağır zəncirlər, qolbaqlar taxır, başlarına güllə keçirməyən kaskalar (anti-hərbi və polis qurumlarına qarşı olaraq) qoyurdular.
“Punk” estetikasının yaradıcısı olan Londonlu dizayner Viviana Vestvud bu sözləri ilə pank görünüşünün səbəbini izah edirdi:
“Bu geyimləri geyinmək üçün cəsarətli olmağınız vacibdir. Belə olduqda siz bütün nəzərləri öz üzərinizə çəkəcəksiniz. Geyimlər, ümümiyyətlə, fikirləri sözlərdən daha yaxşı insanlara çatdıra bilir. Bir kitab, plakat, ya da broşura qədər təsirli silah ola bilər. Avtobusda yanınızda ”Anarchy in the UK” köynəyi ilə oturan biri sizi həmin anda narahat edər”.
Bu stili rok musiqisi ilə məşğul olan insanlar seçirlər.
Dostları ilə paylaş: |