NƏTİCƏ VƏ TƏKLİFLƏR
Əsrlər boyu geyimlərin müxtəlif dəyişikliklərə məruz qalmasına baxmayaraq, o, statusunu, zənginliyini və onu daşıyan insanın inancını göstərmək vəzifəsini antik dövrlərdən günümüzə kimi qoruyub saxlamışdır. Sənaye inqilabı zamanı toxuculuq sənayesinin ilk vasitəçisi mexaniki maşın olmuşdur. Bu dəyişiklik nəticəsində daha dəqiq hazırlanmış geyimlər daha sürətlə istehsal edilə bilmişdir. XX əsrin sonuna qədər mexaniki maşının köməkliyi ilə bizi sərt hava şəraitindən, kimyəvi maddələrdən, böcəklərdən və xarici təsirlərdən qoruyacaq bir çox müxtəlif kostyumlar istehsal edilmişdir.
Hazırlanan məhsulun istehlakçıya təqdim edilməsində, məhsulun əsas xüsusiyyətlərini yaratmaqda ən vacib hissə və problem onun layihələndirilməsidir.
Hazır geyimin istehsal prosesi bir-birini ardıcıl izləyən çox sayda, müxtəlif xüsusiyyətli proseslərdən ibarət olub, əvvəlcədən müəyyən edilmiş göstəricilərlə qiymətləndirilir.
Geyimlər insanların özlərinə məxsus olan xarakterlərini müxtəlif rənglərlə ifadə etmələrinə kömək edir. Rəng geyimdə vacib faktordur. Geyimlərdə istifadə olunan rənglər insanın necə bir xarakterə sahib olduğunun ifadəsidir. Geyim üçün seçilən rənglər insanların zövqünü, rəng uyğunluğundakı məlumat və bacarığını, insanın özünə olan güvəni əks etdirməkdədir. İnsanın düşüncəsini ifadə etməsi baxımından böyük əhəmiyyət daşıyan geyim seçimləri insanın bildikləri, seçimləri ilə əlaqədar olaraq, onun cəmiyyətdəki mövqeyini də bildirən güclü bir ünsürdür.
Layihələndirmə prosesinin təşkil edilməsi, müvafiq həllər hazırlamaq, tədqiq etmək, estetik dəyərlərə əhəmiyyət verilməsi, orijinal, azad və müasir düşüncəli layihələndirilmələrin edilməsi üçün bu sahəni tətbiq etmək bacarığına sahib olan ixtisaslı kadrlara ehtiyac vardır.
Dostları ilə paylaş: |