302) Toksiki zobu olan xəstələrdə ürək-damar sistemi tərəfindən xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq hansı əlamət rast gəlinmir?
A) Sistolik təzyiqin artması və diastolik təzyiqin azalması
B) Funksional damar küyləri
C) Qan dövranı çatmamazlığı
D) Ağır hallarda belə ürək ritminin nadir dəyişiklikləri
E) Ürək sərhədlərinin dəyişilməsi
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
303) Toksiki zob zamanı miokard infarktının inkişafının nadır hallarda olması nə ilə əlaqədar deyil?
A) Lipid mübadiləsində dəyişikliklər ( b-lipoproteidlərin,xolesterin səviyyəsinin azalması )
B) Qan dövranı hərəkətinin sürətlənməsi
C) Trombositlərin aqreqasiyasının artması
D) Qanın laxtalanma sisteminin aktivliyinin azalması
E) Qanın laxtalanma əleyhinə sisteminin aktivliyinin artması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
304) Toksiki zob zamanı mədə-bağırsaq traktı tərəfindən hansı dəyişikliklər müşahidə olunmur?
A) Qəbizlik
B) Mədə şirəsi sekresiyasının dəyişilməsi (xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması vəya azalması)
C) Mədədə və bağırsqda ağrı tutmaları
D) İştahanın dəyişilməsi ( xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq artması vəya azalması)
E) Tez-tez defekasiya aktı
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
305) Tireotoksikoz zamanı mərkəzi və periferik sinir sistemində aşağıdakı klinik dəyişikliklərdən hansı biri baş vermir?
A) Vətər reflekslərinin artması
B) Kəskin büruzə olunan qırmızı dermoqrafizm
C) Əzələ zəifliyi
D) Bütün bədənin və onun ayrı-ayrı hissələrinin əsməsi
E) Patoloji reflekslərin olmaması
Ədəbiyyat: Дедов И.И.,Мелниченко Г.А.,Фадеев В.В. Эндокринология, Москва,2000.
Dostları ilə paylaş: |