349) Hipoparatiroidizmin klinik əlamətlərinə aşağıdakılardan hansı aid deyil?
A) Hiperfosfatemiya
B) Parathormonun səviyyəsinin aşağı olması
C) Hipokalsemiya
D) EKQ-da QT məsafəsinin uzanması
E) Hiperkalsiuriya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
350) Hiperparatiroid zamanı aşağıdakı hallardan hansı baş vermir?
A) Hiperkalsemiya
B) Kompression sınıq
C) Tetaniya
D) Metastatik kalsifikasiya
E) Osteomalyasiya
Ədəbiyyat: Дедов И.И.., Мельниченко Г.А. Эндокринология. Национальное руководство. М. 2008
351) Hipokalemiya zamanı aşağıdakılardan hansı olmur?
A) Tetaniya
B) Polidipsiya
C) Poliuriya
D) Əzələ zəifliyi
E) Aritmiya
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı. 2006.
352) Psevdohipoparatireoza xas olan əsas xüsusiyyət nədir?
A) Qanda parathormonun normal göstəriciləri
B) Parathormonun qanda artması
C) Sidiklə kalsiumun ekskresiyasının artması
D) Qanda kalsiumun artması
E) Qanda parathormonun aşağı olması
Ədəbiyyat: R.M.Məmmədhəsənov, Endokrinologiya, Bakı, 2006.
Dostları ilə paylaş: |