1015) Piylənmənin dərman müalicəsinə göstərişlər hansılardır?
A) BKİ 35 kq/m2 çox olması və 3 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 10% az azalması
B) BKİ 27 kq/m2 çox olması və 9 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 5% az azalması
C) BKİ 40 kq/m2 çox olması və 6 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 5% az azalması
D) BKİ 25 kq/m2 çox olması və 6 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 10% az azalması
E) BKİ 30 kq/m2 çox olması və 3 ay pəhriz müalicəsi ərzində bədən çəkisinin 5% az azalması
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
1016) Piylənmənin ağırlaşmalarına hansılar aiddir?
A) Ateroskleroz, 2 tip şəkərli diabet, AH, ÜİX, onkoloji xəstəliklər, Pikvik sindromu
B) Ketoasidotik koma, Pikvik sindromu, 2 tip şəkərli diabet, AH
C) 1 tip şəkərli diabet, onkoloji xəstəliklər, hipotermik koma, qara ciyərin piy distrofiyası
D) Dehidratasiya, ateroskleroz, 1 tip şəkərli diabet, osteoporoz, ÜİX
E) Osteoporoz, AH, ÜİX, onkoloji xəstəliklər, dehidratasiya
Ədəbiyyat: Дедов И.И., Мельнишенко Г.А. Эндокринология. Москва, 2008.
1017) Pikvik sindromu aşağıdakılarla səciyyələnir?
A) Ürək-damar çatmamazlığı, hipoventilyasiya, dəridə bənövşəyi zolaqlar, AH
B) Ağ ciyər hipertenziyası, öddaşı xəstəliyi, gündüz yuxuculluğu, sonsuzluq
C) Hipoventilyasiya, hiperkapniya, ağ ciyər hipertenziyası, ürək-damar çatmamazlığı, gündüz yuxuculluğu
D) Hiperkapniya, sonsuzluq, baş ağrıları, piqmentasiya, öddaşı xəstəliyi
E) AH, piqmentasiya, sonsuzluq, dəridə bənövşəyi zolaqlar, ürək-damar çatmamazlığı
Ədəbiyyat: Н.Т. Старкова. Клиническая эндокринология. «Медицина», Москва, 2004
Dostları ilə paylaş: |