Eşq qiBLƏSİ KƏRBƏla hacı İlqar İbrahimoğlu


Hər kəsin bu ruhu yaşatmaq missiyası var



Yüklə 0,86 Mb.
səhifə14/100
tarix10.01.2022
ölçüsü0,86 Mb.
#107765
1   ...   10   11   12   13   14   15   16   17   ...   100
Hər kəsin bu ruhu yaşatmaq missiyası var

Hər kəsin bu məktəbdə olan bu nuru yaşatma missiyası var. Bu əyyam təkcə Tasua ilə, Aşura ilə, İmamın 3-ü, 7-si ilə və s. simvolik rəqəmlərlə bitmir. Bu əyyamın hamısını yaşatmaq lazımdır, evlərimizdə, küçərəlimizdə, dostlarımızla, yaxınlarımızla, ailələrimizlə fürsətlər tapıb, yaşatmaq lazımdır. Həmd olsun Allaha ki, bu əyyam yaşanır, ildən-ilə daha da çox yaşanar, inşəallah. Bu, hansısa maddi təfəkkürlə hesablamaların, təhlillərin anlaya bilcəyi bir məsələ deyil. Sırf maddi amillər nəzərə alınsaydı, gərək “Lə iləhə illəllah” nidasını gətirən və bu nidaya görə min cür müsibətlərə, əziyyətlərə dözən 124000 peyğəmbərin (ə) bu nidasından ümumiyyətlə bəşərdə, dünyada bir əsər-əlamət qalmamaydı. Amma əksinə bir hal baş verir. Çünki burada Allahın lütfü var, qeybi köməklikləri var. İnsanların pak fitrətləri var, içlərindən gələn səmimi duyğuları var. Ən daşlaşmış qəlblər, qəsavət bağlamış qəlblər Hüseyn (ə) məclisində bir titrəyişə gəlir, tövbə halına gəlir, peşmançılıq əldə edir, özünəqayıdışa nail olur. Bu məktəbin bu nuraniyyəti, bu incəliyi hər kəsə bəllidir.




Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin