Yaxşı ailənin xüsusiyyətləri
Yaxşı ailə odur ki, ər və arvad bir-birinə qarşı mehriban, vəfalı və səmimi olsunlar, bir-birinə məhəbbət və eşq bəsləsinlər, bir-birinin halını nəzərə alsınlar, bir-birinin maraqlarına hörmətlə yanaşsınlar və onları mühüm bilsinlər; bu birinci növbədə.
Sonra ailədə dünyaya gələn övlada qarşı məsuliyyət hiss etsinlər, onu maddi və mənəvi cəhətdən sağlam böyütməyə çalışsınlar, ona bəzi şeyləri öyrətsinlər, onu bəzi işlərə vadar etsinlər, bəzi işlərdən çəkindirsinlər və yaxşı xüsusiyyətləri ona köçürsünlər. Bir ölkədə belə bir ailə bütün həqiqi islahatların əsasını təşkil edir. Çünki belə bir ailədə insanlar yaxşı tərbiyə olunurlar, yaxşı xüsusiyyətlərlə böyüyürlər; şücaətlə, əqli müstəqilliklə, düşüncə ilə, məsuliyyət hissi ilə, məhəbbət hissi ilə, cürətlə, qərar vermək cəsarəti ilə, bədxahlıqla yox, xeyirxahlıqla və nəcabətlə. Bir cəmiyyətdə insanlar bu xüsusiyyətlərə malik olsalar, yəni xeyirxah, nəcabətli, şücaətli, ağıllı və düşüncəli olsalar və onlarda hərəkət qüvvəsi olsa, bu cəmiyyət daha bədbəxtliyin üzünü görməyəcək.1
Dostları ilə paylaş: |