Əzizə ŞAMİL, Əli ŞAMİL



Yüklə 4.34 Mb.
səhifə8/14
tarix11.02.2020
ölçüsü4.34 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

Qaynaqlar:

  1. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Uni­ver­si­te­tinin Arxivi. Cahid Hilaloğlunun şəxsi işi.

  2. Azərbaycan Daxili İşlər Nazirliyinin Arxivi.

  3. Elmira. Cahid Hilaloğlu.”Azadlıq” qəzeti, 1991, 14 iyun, sayı, 23 (53).

  4. Hacı Emin. Çingiz Abdullayev kimdir?, ”7 gün” qəzeti, 1997, 18 aprel, 22 aprel, sayı, 40(398), s.3, və 41 (399), s.3

  5. Hüseynov Etibar. Bir kərə endirilmiş bayrağı bir daha yük­səldən... “xalq düşməni”, ”7 gün” qəzeti, 1995, 16 dekabr, sayı, 44 (219), s.4.

  6. Nicat Əlisa. 100 böyük azərbaycanlı. “Qanun” nəş­riyyatı, Bakı, 1999, s. 79.

  7. Qasımov Cəlal. “Repressiyadan deportasiyaya doğru”, “Mü­tərcim” nəşriyyatı, Bakı, 1998.

  8. Şirinova Arzu. İsveçrə. Bern. Həyatın 17 anı...,”7 gün” qə­zeti, 1998, 30 oktyabr, sayı, 152 (655), s.2.

9. Turan Azər. Tərk edilmiş...yaxud, Cahid Hilaloğlunun natamam obrazı.”Aydın” jurnalı, 2003, sayı, 3, səh. 33-34.


HÜSEYNİ ƏBÜLFƏZL (Əbülfəzl Aslan oğlu Hüseyini, ləqəbi Həs­rət, d. 02.05.1925, İran, Təbriz ş. yaxınlığındakı

Şəngilava k. - 1987, Bakı ş.)




Şərqşünas alim, insan haqları müdafiəçisi, şair.


Ziyalı ailəsində doğulub. İlk təhsilini Təbriz şəhərində məd­rə­sədə almışdır. Sovet orduları 1941-ci ildə İranın qüzey böl­gə­lərinə daxil olanda 16 yaşlı Əbülfəzl Hüseyini bu işğalı al­qış­lar­la qarşılayanlardan olmuşdur. Sovetlərin insanların hü­qu­qu­nu qo­ru­yacağı, xalqlara azadlıq verəcəyi haqqındakı şüarlarına inan­mış­dı.

Şahın ölkədən qaçması ölkədə bir boşluq doğurmuşdu və bundan yararlanan minlərlə vətənpərvər kimi Əbülfəzl Hüseyni də öz ana dilində yazıb-yaratmağa başlamış, yeni yaradılan Azər­baycan Demokrat Firqəsinin təbliğatçılarından birinə çev­ril­mişdir.

Təbrizdə orta təhsilini başa vurub ana dili ilə yanaşı, Fars di­lini də dərindən mənimsəyən, hər iki dildə şeirlər yazan, Fars poeziyasının incəliklərinə bələd olan gənc şair ana dilində mək­təblər, qəzet və jurnallar açılmasını alqışlarla qarşılamışdır.­

İşğalçı ordunun apardığı kommunist təbliğatına ürəkdən ina­nan gənc Əbülfəzl Hüseyni Azərbaycan Demokrat Firqəsinin ha­kimiyyətini möhkəmlətməsi üçün əlindən gələni əsir­gə­mə­miş­dir. 1946-cı ildə dünyanın böyük və savaşda qalib gəlmiş döv­lət­lərinin təzyiqi ilə Sovet Sosialist Respublikaları İttifaqı İran­dan qo­şunlarını geri çəkmək məcburiyyətində qalmışdır. Ya­ran­mış qarı­şıqlıqdan istifadə edən irticaçı qüvvələr Azərbaycan Demok­rat Firqəsinin üzvlərinə və tərəfdarlarına qarşı rep­ressi­ya­ya baş­la­­mışlar. Minlərlə insan öldürülmüş, evləri talan edilmiş, ailələr təz­­yiq­lərə məruz qalmışdır. Şah qoşunları Təbrizi tut­duq­dan son­ra da həbs­lər, sürgünlər, talanlar, təzyiqlər davam et­miş­dir. Hə­­ya­tı­nın təh­­lükə qarşısında olduğunu görən Əbülfəzl Hü­seyni 1946-cı ildə So­­­vet Azərbaycanına mühacirət etmək məc­bu­riy­yətin­də qal­mış­dır.

Sovet Azərbaycanına gəldikdən az sonra, yəni 1947-ci ildə Bakı Tibb Texnikumunun stomatologiya şöbəsinə qəbul ol­muş­dur. İranda olarkən oxuduğu və eşitdikləri ilə Sovet Azər­bay­ca­nın­da gördüklər arasındakı ziddiyyət onda bir çaşqınlıq doğurur. Azərbaycan Demokrat Firqəsinin hakimiyyəti zamanı rəhbər və­zi­fə tutmuş, kommunist kimi tanıdığı və hörmət etdiyi həm­yer­li­lə­rindən bəzilərinin həbs edilməsi və sürgünə göndərilməsi onda bir xəyal qırıqlığı yaradır.

Sayğı göstərdiyi həmyerlilərinin məsləhətinə əməl edərək bir müddət ictimai-siyasi həyatdan uzaqlaşır. Əsas diqqətini təh­si­lə yönəldir. 1950-ci ildə Bakı Tibb Texnikumunu bitirsə də, seç­diyi ixtisas üzrə işləyib pul qazanmaq fikrində olmur. Təh­si­lini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin Filolojiya fakültəsinin axşam şöbəsinə qəbul olunur. Bir il sonra təhsildə qazandığı uğurlara görə onu gündüz şöbəsinə keçirirlər.

1954-cü ildə universiteti bitirən Əbülfəzl Hüseynini Bakı şə­hərinin Qaradağ rayonuna müəllim işləməyə göndərirlər. İstər texnikumda, istər universitetdə oxuduğu illərdə, istərsə də Qa­radağda müəllim işlədiyi müddətdə (1954-1957) ciddi ictimai-siyasi fəaliyyətlə məşğul olmasa da, daim təqib edil­di­yi­ni hiss edir. Bir neçə dəfə DTK-ya çağırıb sorğu-sual etsələr də, əməlində cinayət tərkibi olmadığına görə cəzalandırılmır. Sa­də­cə, öyüd-nəsihət verməklə kifayətlənirlər.

1957-cı ildən Bakı şəhərinin mərkəz bölgəsində yerləşən 160 saylı orta məktəbdə ədəbiyyat müəllimi işləyir. Dövri mət­buatda şeirləri çap olunur. 1958-ci ildə Bakıda azyaşlı uşaqlar üçün “Göyərçin” adlı rəngli jurnal nəşrə başlayır. Şair olduğuna görə Əbülfəzl Hüseynini jurnalda işə götürürlər. O, burada bir ne­çə uşaq şeiri və hekayəsi çap etdirsə də, işdən razı qal­ma­dı­ğına görə 1959-cu ildə Azərbaycan Sovet Sosialist Respublikası EA Nizami adına Ədəbiyyat İnstitutunda işə girir. Orada kiçik elmi işçi kimi işə başlayan Əbülfəzl Hüseyni 1968-ci ildə “Mirzə Ağa Təbrizinin həyat və yaradıcılığı” mövzusunda yaz­dı­ğı disser-tasiyanı müdafiə edərək elmlər namizədi alimlik də­rəcəsi alır və böyük elmi işçi olur.



Güney Azərbaycandan gəldiyi və sərbəst fikirli olduğu üçün gənclər onunla ünsiyyətə çox çan atırdı. O da bundan is­ti­fa­də edərək Güney Azərbaycanda gördüklərini, oxuduqlarını gənc­­lərə anlatmaqla onların milli şüura yiyələnməsinə, millətsevər bö­yü­məsinə yardımçı olmağa çalışırdı.




Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə