«f a t I h ə» s u r ə s I (1)


«Hörümçək» surəsi (29) 24 -30 -cu ayətlər



Yüklə 2,11 Mb.
səhifə51/78
tarix21.10.2017
ölçüsü2,11 Mb.
#8741
1   ...   47   48   49   50   51   52   53   54   ...   78

«Hörümçək» surəsi (29) 24 -30 -cu ayətlər

(24).Onun qoumunun cavabı ancaq bu oldu ki, dedilər: «Qətlə yetirin onu, yaxud yandırın onu!» Nicat verdi ona Allah oddan. Həqiqətən, bunda ayətlər var inanan qoum üçün! (25).Dedi: «Siz götürdünüz dünya həyatında Allahın əvəzinə bütləri öz aranızda sevərək. Sonra qiyamət günü kafir olacaq bəziniz bəzisi ilə və lənət edəcək bəziniz bəzisinə. Sizin sığınacaq yeriniz oddur və yoxdur sizin üçün yardımçılardan!» (26).Inandı ona Lut və dedi: «Mən hicrət edirəm Rəbbimə tərəf. Həqiqətən, O Əzizdir, Həkimdir!» (27).Bəxş etdik Biz ona Ishaqı və Yəqubu və etdik onun zürriyyətində nəbiliyi və kitabı və əta etdik ona əcrini dünyada və həqiqətən, o, axirətdə salehlərdəndir. (28).Və Lut... Onda öz qoumuna dedi: «Siz həqiqətən, fahişəlik edirsiniz, hansı ki, etməyib onu əvvəlki aləmlərdən biri! (29).Ə, siz yaxınlıq edirsiniz kişilərlə və yol kəsirsiniz və öz yığıncaqlarınızda bəyənilməyəni edirsiniz?» Onun qoumunun cavabı ancaq bu oldu ki, dedilər: «Gətir bizə Allahın əzabını, əgər sadiqlərdənsən!» (30).Dedi: «Rəbbim, yardım et mənə fəsad edən qoum üzərində!»



«Hörümçək» surəsi (29) 31 -38 -ci ayətlər

(31).Amma elə ki, gəldilər Bizim rəsullarımız bəşarətlə Ibrahimin yanına, dedilər: «Həqiqətən, Biz həlak edəcəyik bu kənd əhlini. Həqiqətən, onun əhli zalim oldu!» (32).Dedi: «Həqiqətən, orada Lut var!» Dedilər: «Biz bilirik kim var orada. Biz nicat verərik ona və onun əhlinə, ancaq onun arvadından başqa ki, o, qalanlardandır!» (33).Amma elə ki, gəldilər rəsullarımız Lutun yanına, onlara görə məyus oldu və onların qarşısında özünün zəifliyini hiss etdi. Dedilər: «Xoflanma və hüznlü olma! Biz nicat verərik sənə və sənin əhlinə, ancaq sənin arvadından başqa ki, o, qalanlardandır. (34).Biz nazil edərik fasiq olduqları üçün bu kənd əhlinin üzərinə səmadan cəza». (35).Əlbəttə, Biz qoyduq ondan aydın ayətlər əql edən qoum üçün. (36).Və Mədyənə tərəf onların qardaşı Şuəybi və dedi: «Ay qoumum! Ibadət edin Allaha. Axır günə ümidiniz olsun və asi olmayın ərzdə fəsad edərək!» (37).Yalançı saydılar onu və tutdu onları titrəmə. Sabahısı öz diyarlarında hərəkətsiz düşərək qaldılar. (38).Və Ad və Səmudu… və əlbəttə, sizin üçün aydındır onların məskənlərindən. Zinətli etdi şeytan onlar üçün öz əməllərini və sədd çəkdi onlara yoldan, onlar isə görənlər idilər.



«Hörümçək» surəsi (29) 39 -45 -ci ayətlər

(39).Və Qarun və Firaun və Haman… və əlbəttə gəldi onlara Musa bəyanatlarla və onlar təkəbbürlük etdilər ərzdə və olmadılar qabağa düşənlərdən. (40).Biz tutduq küllisini günahı ilə. Onlardan kiminin üzərinə daşları sovuran yel göndərdik və onlardan kimini şiddətli səs tutdu və onlardan kimini ərzə batırdıq və onlardan kimini qərq etdik. Olmadı Allah onlar üçün zalim və lakin onlar oldular öz nəfslərinə zülm edənlər. (41).Məsəli o kəslərin ki, Allahın əvəzinə dost götürdülər, hörümçək məsəli kimidir ki, özü üçün ev toxuyur. Həqiqətən, evlərin zəifi hörümçək evidir, əgər olsaydılar bilənlər! (42).Həqiqətən, bilir Allah nə ki, onlar çağırırlar Onun əvəzinə şeylərdən. O Əzizdir, Həkimdir! (43).Bu məsəllərdir ki, vururuq Biz onu insanlar üçün və əql edər onu ancaq alim olanlar. (44).Xəlq etdi Allah səmaları və ərzi haqq ilə. Həqiqətən, bunda ayətlər var inananlar üçün. (45).Tilavat et nə ki, vəhy olunur sənə kitabdan və ayağa qalx islahat üçün. Həqiqətən, islahat fahişəlikdən və bəyənilməyəndən nəhy edər. Allahın zikri daha böyükdür və Allah bilir nə etdiyinizi.



«Hörümçək» surəsi (29) 46 -52 -ci ayətlər


21 –ci cüz

(46).Kitab əhlindən zalim olan kəslərdən başqa, onlarla yaxşı tərzdə mücadilə edin və deyin: «Biz inandıq bizə nazil olan ilə və sizə nazil olan ilə. Bizim Ilahimiz və sizin Ilahiniz Vahiddir və biz Ona təslim olanlarıq!» (47).Beləliklə nazil etdik sənə kitabı. O kəslər ki, əta etmişik onlara kitab, inanırlar onunla. Bunlardan var o kəs ki, inanır onunla. Ayətlərimizlə Bizi danırlar, ancaq kafirlər. (48).Bundan qabaq sən kitab tilavat etmədin və sağ əlinlə xətlə yazmadın, onda şübhə edərdilər batilə uyanlar. (49).Bəli, o aşkar ayətlərdir ürəklərində o kəslərin ki, onlara əta olunub elm. Ayətlərimizlə Bizi danarlar ancaq zalimlər! (50).Dedilər: «Məgər nazil olmalı deyilmi onun üzərinə Rəbbindən ayətlər?» De: «Ayətlər ancaq Allah yanındadır. Həqiqətən, mən, ancaq aşkar nəzərə çatdıranam!» (51).Ə, kafi deyilmi onlara, Biz nazil edirik sənin üzərinə kitabı, tilavat olunur üzərinə onların? Həqiqətən, bunda inanan qoum üçün rəhmət və zikr var! (52).De: «Kafidir mənimlə sizin aranızda Allahın Şahid olması. O bilir nə ki, səmalarda və nə ki, ərzdə var. O kəslər ki, inanırlar batil ilə və kafir olurlar Allah ilə – həmin onlar xəsarətdə olanlardır!»




«Hörümçək» surəsi (29) 53 -63 -cü ayətlər

(53).Onlar səndən təcili əzab istəyirlər. Əgər toxunan əcəl olmasaydı, gələrdi onlara əzab. O gələcək onlara qəflətən və onlar şüursuzdurlar. (54).Onlar səndən təcili əzab istəyirlər. Həqiqətən, cəhənnəm kafirləri əhatə edəcək! (55).O gün ki, bürüyəcək onları əzab fövqlərindən və ayaqları altından və deyəcək O: «Dadın nə ki, oldunuz əməllilər!» (56).Ay Mənim bəndələrim – o kəslər ki, inanırlar! Həqiqətən, Mənim ərzim genişdir və təkcə Mənə ibadət edin! (57).Külli nəfs ölüm tamını dadacaq, sonra Bizə tərəf müraciət edəcəksiniz! (58).O kəslər ki, inanırlar və əməlləri islahatdır, Biz onları cənnətdə qürfələrdə yerləşdirərik, cari olur altından onun nəhrlər, həmişəlik orada qalacaqlar. Nemətlidir əməl edənlərin əcri – (59) o kəslər ki, səbr etdilər və Rəblərinə təvəkkül etdilər. (60).Nə qədər canlılardan vardır ki, öz ruzilərini əldə edə bilmirlər. Allahdır ki, onlara və sizə ruzi verir. O Səmidir, Alimdir! (61).Əgər onlardan sual etsən: «Kim xəlq edib səmaları və ərzi və ram edib şəmsi və qəməri?» - deyərlər: «Allah!» Bəs onda niyə üz döndərirlər? (62).Allah artırır ruzisini Öz bəndələrindən istədiyi kəs üçün və qədərində edir onun üçün. Həqiqətən, Allah küllisi ilə şeyin Alimdir! (63).Əgər onlardan sual etsən: «Kim nazil etdi səmadan su və həyat verdi onunla ərzə ölümündən sonra?» - deyərlər: «Allah!» De: «Həmd Allah üçündür!» Bəli, əksəriyyəti onların əql etməzlər!




Yüklə 2,11 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin