##num=6//level=1//sumtest=11//name=18 Kimya fənnkurikulumunun strukturu vəməzmunu.
1. Kimya fənni üzrə neçə məzmun xətti müəyyən edilmişdir
A) 4
B) 3
C) 5
D) 6
E) 2
2. Kimya fənninin tədrisində neçə fəaliyyət xətti əsas götürülür
A) 6
B) 8
C) 7
D) 12
E) 4
3. Kimya fənni kurikulumunun dördüncü məzmun xətti necə adlanır?
A) Kimya və həyat
B) Eksperiment və modelləşdirmə
C) Maddə və maddi aləm
D) Kimyəvi hadisələr
E) Modelləşdirmə
4. “Sadə təcrübələr aparır” standartı hansı məzmun xəttinə aiddir?
A) Eksperiment və modelləşdirmə
B) Kimya və həyat
C) Maddə və maddi aləm
D) Kimyəvi hadisələr
E) Maddi aləm
5. Şagird azotu bəsit maddə kimi xarakterizə edir ifadəsi hansı məzmun xəttinə
aiddir?
A) Kimyəvi proseslər
B) Kimyəvi hadisələr
C) Maddə və maddi aləm
D) Eksperiment və modelləşdirmə
E) Kimya və həyat
6. Kimyəvi hadisələr məzmun xəttinə uyğun olan ifadəni göstərin.
A) Hidrogenin kimyəvi xassəsinə aid təcrübə aparır
B) Hidrogen atomları arasında kimyəvi rabitənin təbiətini şərh edir
C) Hidrogenin tətbiqi barədə məlumat verir
D) Hidrogenin alınması reaksiyalarının tənliklərini tərtib edir
E) Hidrogendən ekoloji cəhətdən təmiz yanacaq kimi istifadə edilə biləcəyi barədə
məlumat verir
7. Kimya fənni üzrə məzmun xətləri hansılardır
1 – Maddə və maddi aləm
2 – Maddənin quruluşu
3 – Kimyəvi hadisələr
4 – Eksperiment və modelləşdirmə
5 – Kimya sənayəsi
6 – Kimya və həyat
7 – Əlaqələndirmə
A) 2, 3, 4, 5
B) 1, 2, 3, 7
C) 1, 3, 4, 6
D) 1, 2, 3, 4
E) 1, 2, 6, 7
8. Bu fikirlərdən hansılar kimya və həyat məzmun xəttinə aiddir.
1 – Maddələr arasındakı qarşılıqlı əlaqələri şərh edir.
2 – Mühüm qeyri - üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrə
münasibət bildirir.
3 – Ətraf mühütin kimyəvi maddələrlə çirklənməsinə dair məlumatlara malik
olduğunu nümayiş etdirir
4 – Maddənin tətbiq sahələrini şərh edir
A) 1, 4
B) 1, 2
C) 3, 4
D) 1, 3
E) 2, 3
9. Aşağıdakılardan hansılar maddə və maddi aləm məzmun xəttinə aiddir.
1 – Metallar və onun birləşmələrinə aid məsələlər tərtib edir və həll edir
2 – Kimyəvi hadisələrə aid müşahidə və təcrübə aparır
3 – Maddələri tərkibinə görə təsnif edir
4 – d - metalların tətbiq sahələrini və həyatda rolunu şərh edir
5 – Metalların quruluşunu və fiziki xassələrini izah edir
A) 3, 5
B) 1, 4
C) 1, 2
D) 4, 5
E) 3, 4
10. Aşağıdakılardan hansılar kimya fənni kurikulumunun fəaliyyət xəttinə aiddir?
1 – Maddələrin adlandırılması
2 – Maddələrin təmizlənməsi
3 – Mətnlərin dinlənilməsi
4 – Problemlərin həlli
5 – Ünsiyyətqurma və əlaqələndirmə
6 – Oxuma
A) 2, 4, 6
B) 2, 3, 6
C) 1, 3, 6
D) 1, 4, 5
E) 1, 2, 3
11. Kimya fənni kurikulumunda hansı məsələlər əhatə olunur?
1 – Kimya təliminin məzmunu
2 – Siniflər üzrə fənnin tədrisinə ayrılan saatlar
3 – Təlim strategiyaları
4 – Tədris vahidlərinə aid testlər
5 – Şagird nailiyyətinin qiymətləndirilməsi
6 – Tədris vahidlərinə uyğun praktiki məşğələlərin sayı
A) 1, 3, 5
B) 2, 4, 6
C) 1, 4, 6
D) 2, 3, 6
E) 2, 4, 5
12. Kimya fənni kurikulumunda kimya təliminin məzmununa hansılar aiddir?
1 - Ümumi təlim nəticələri
2 – Kimya təliminin təşkilinə verilən tələblər
3 – Məzmun xətləri
4 – Kimya fənninin məzmun standartlarının şərhi
5 – Fəaliyyət xətləri
6 – Planlaşdırma nümunələri
7 – İnteqrasiya
8 – Məzmun standartlarının şərhi
A) 1, 3, 5, 7
B) 2, 4, 6, 8
C) 1, 3, 6, 8
D) 2, 4, 5, 7
E) 2, 3, 4, 5
13. Kimya fənni kurikulumunda məzmun xəttlərinin ardıcıllığını müəyyən edin.
1 – Kimyəvi hadisələr
2 – Kimya və həyat
3 – Maddə və maddi aləm
4 – Eksperiment və modelləşdirmə
A) 3, 1, 4, 2
B) 1, 2, 3, 4
C) 2, 1, 3, 4
D) 4, 2, 3, 1
E) 3, 4, 1, 2
14. Kimya fənni kurikulumunun məzmun xətləri və standartlarının ardıcıllığını
müəyyən edin.
1 – Əsas standart
2 – Məzmun xətti
3 - Alt standart
A) 2, 1, 3
B) 1, 2, 3
C) 3, 1, 2
D) 2, 3, 1
E) 3, 2, 1
15. Kimya fənni kurikulumunun fəaliyyət xətlərini ardıcıllıqla düzün.
1 – Ünsiyyətqurmq və əlaqələndirmə
2 – Məsələ və çalışma həlli
3 – Təqdimetmə
4 – Kimyəvi təcrübələrin yerinə yetirilməsi
5 – Problemlərin həlli
6 - Maddələrin adlandırılması
A) 2, 1, 3, 4, 6, 5
B) 4, 2, 5, 1, 6, 3
C) 6, 5, 4, 2, 1, 3
D) 1, 3, 4, 2, 5, 6
E) 5, 3, 2, 4, 6, 1
16. Kimya fənni kurikulumunun məzmun və fəaliyyət xətləri ilə onlara aid olanlar
arasında uyğunluğu müəyyən edin.
I – Məzmun xətti
II – Fəaliyyət xətləri
1 - maddə və maddi aləm
2 - ünsiyyətqurma
3 - əlaqələndirmə
4 - kimyəvi hadisələr
5 - təqdimetmə
6 - eksperiment və modelləşdirmə
7 - kimya və həyat
8 - kimyəvi hesablama
A) I - 1, 4, 6, 7; II - 2, 3, 5, 8
B) I - 2, 3, 5, 8; II - 1, 4, 6, 7
C) I - 2, 3; II - 6, 7
D) I - 1, 2, 3; II - 6, 7, 8
E) I - 1, 4, 5, 8; II - 2, 3, 6, 7
17. Məzmun xətləri və onlara aid olanlar arasında uyğunluğu müəyyən edin.
I – Maddə və maddi aləm
II – Kimyəvi hadisələr
III – Eksperiment və modelləşdirmə
IV – Kimya və həyat
1 - maddələr arasındakı qarşılıqlı əlaqələri şərh edir.
2 - reaksiya tənlikləri əsasında hesablamalar aparır
3 - kimyəvi hadisələrə aid müşahidə və təcrübə aparır
4 - maddənin tətbiq sahələrini şərh edir
5 - kimya sahəsində görkəmli alimlərin kəşfləri barədə məlumata malik olduğunu
nümayiş etdirir
A) I - 5; II - 3; III - 4; IV - 1, 2
B) I - 2; II - 1; III - 3, 4; IV - 5
C) I - 1; II - 2; III - 3, IV - 4, 5
D) I - 2; II - 3, III - 1; IV - 5
E) I - 1, 4; II - 3; III - 2; IV – 5
18. Aşağıdakılardan hansılar maddə və maddi aləm məzmun xəttinə aiddir.
1- Metallar və onun birləşmələrinə aid məsələlər qurur və həll edir
2- Kimyəvi hadisələrə aid müşahidə və təcrübə aparır
3- d- metalların tətbiq sahələrini və həyatda rolunu şərh edir
4- Metalların quruluşunu və fiziki xassələrini izah edir
-
1, 4
-
2,4
-
1,3,4
-
2,3
-
3, 4
Dostları ilə paylaş: |