26. Quşların çanaq qurşağı hansı sümüklərdən təşkil olunub və quruluşu necədir, düzgün variantı seçin?
A) Qalça, qasıq və oturaq sümükləri birləşərək çanaq qurşağını əmələ gətirir. Burada oturaq və qalça sümükləri sinifzis əmələ gətirmir. Odur ki, açıq çanaq formalaşır. Bu isə quşların iri yumurta qoymasına kömək edir.
B) Quşlarda qalça sümüyünün xarici kənarlarına oturaq sümüyü, ona isə uzunsov çöp şəkilli qasıq sümüyü birləşir. Oturaq və qasıq sümükləri isə bədənin orta xəttində bir – biri ilə birləşmir, buna açıq çanaq deyilir. Açıq çanağın olması quşların çox qida qəbul etməyə uyğunlaşmasının əlamətidir.
C) Qalça sümüyü enli və uzun olub mürəkkəb quruluşludur. Onun yanlarına oma fəqərələri birləşmişlər və açıq çanaq əmələ gətirmişlər. Bu quşlara xas olan bir əlamətdir.
D) Quşların çanaq qurşağı qalça, qaşıq və oturaq sümüklərdən ibarətdir. Onların birləşməsindən adsız sümüklər əmələ gəlir. Bu sümüklər arasında sinfizis olmadığı üçün belə çanaq açıq çanaq adlanır. Açıq çanaq iri yumurta qoymağa və çanağın qarın tərəfini açıq saxlamaqla tənəffüsün intensiv olmasına xidmət edir.
E) Quşların çanaq qurşaqları üç sümüyün – qalça, qasış və oturaq – sümüklərinin birləşməsindən əmələ gəlmiş iki adsız sümükdən ibarətdir. Onlar arasında hərtərəfli birləşmə olduğu üçün möhkəm, qapalı çanaq əmələ gəlir. Bu da onların uçmağa uyğunlaşması ilə əlaqədardır.
Dostları ilə paylaş: |