82. Quşlarda baş beynin hansı hissəsi sürünənlərə nisbətən kiçikdir?
A) Qoxu payları.
B) Böyük yarımkürələr.
C) Görmə payları.
D) Beyincik.
E) Orta beyin.
83. Quşlarda sidiyin tərkibi nədən ibarətdir?
A) Proteinlərdən.
B) Sidik cövhərindən.
C) Yalnız sudan.
D) Sidik turşusundan.
E) Lipoidlərdən.
84. Quşların cinsi sistemi haqqında verilən fikirlərdən hansı doğrudur?
1 -quşların hamısında kopulyasiya orqanı vardır, 2-toxum artımından nazik toxum axarları çıxır, 3 – yumurtalıq tək (sol) olur, 4 - toxum axarları kloakaya çatmamış genişlənərək toxum kisələri əmələ gətirirlər, 5 – yumurtalıqlar cüt (sağ və sol) olur, 6 – cinsi vəzilərin həcmi fəsillərdən asılı olaraq müxtəlif böyüklükdə olur.
A) 1, 2, 6.
B) 2, 3, 4.
C) 1, 4, 6.
D) 2, 5, 6.
E) 4, 5, 6.
Dostları ilə paylaş: |