79. Sümüklü balıqlarda böyrək qapı sistemi haqqında hansı cavab doğrudur?
A) Sağ kardinal vena sağ böyrəkdən keçir.
B) Hər iki böyrəkdə qapı venası olur və dal kardinal venalar böyrəklərdən keçir.
C) Heç birində qapı venası olmur.
D) Sol böyrəkdə qapı sistemi olur, sağ böyrəkdə reduksiya olunmuşdur.
E) Sol kardinal vena sol böyrəkdən keçir.
80. Sümüklü balıqlarda bel aortasının kökü haqqında hansı fikir doğrudur?
A) Bel aortasının ön köklərinin birləşməsi baş arteriya dairəsini, geri birləşməsi isə bel aortasını əmələ gətirir.
B) Bel aortasının kökləri öndən cüt və arxadan tək olur və dairə əmələ gətirmir.
C) Bel aortasının kökləri yalnız bədənə qanı aparır.
D) Bel aortasının kökləri yalnız başı qanla təmin edir.
E) Bel aortasının kökləri baş dairəsi əmələ gətirmir.
Dostları ilə paylaş: |