51. Sürünənlərin kəllə skeletini mənşəyinə görə hansı qruplara ayırmaq doğrudur?
A) Reptiliçanaqlılar, quşçanaqlılar, timsahlar.
B) Kotilozavrlar, psevdozuxilər, dinozavrlar.
C) Psevdozuxilər, timsahlar, arxeozavrlar.
D) Anapsidlər, sinapsidlər və diapsidlər.
E) Dinozavrlar, sinapsidlər, timsahlar.
52. Timsahlarda primitiv əlamətlər hansılardır?
A) Dal ətraflarda üzmə pərdəsinin olması, qulaq və burun dəliklərinin klapanla örtülü olması, ağız boşluğunun dərinliyində damaq pərdəsinin olması.
B) Qabırğalar iki başlıqlıdır, fəqərələr prosöldür, ikinci damaq əmələ gəlmişdir.
C) Ürəkdə tam arakəsmənin olması, dişlərin yuvalarda yerləşməsi.
D) Yumurta qoyması, suda yaşaması, daxili mayalanma.
E) İki gicgah qövsünün olması, burun klapanlarının olması yumurta qoymaqla çoxalması.
Dostları ilə paylaş: |