##Fakültənin adi Riyaziyyat ## Kafedranın adı: Riyaziyyat və onun tədrisi texnologiyası


##num= 8// level= 1//sumtest=20 // Riyaziyyat təliminin təşkili //



Yüklə 1,75 Mb.
səhifə3/21
tarix18.01.2020
ölçüsü1,75 Mb.
#101979
1   2   3   4   5   6   7   8   9   ...   21

##num= 8// level= 1//sumtest=20 // Riyaziyyat təliminin təşkili //



1. Aşağıdakı fikirlərdən hansı yanlışdır?

A) Qiymətləndirmə standartları 3 səviyyə üzrə müəyyən olunmur

B) Test diaqnostik  qiymətləndirmə vasitəsi deyil

C) Dinləmə üzrə qeydiyyat vərəqi formativ qiymətləndirmə  üsuludur

D) Tapşırıqvermə üsulunun vasitəsi çalışmalardır

E) Məktəbdaxili qiymətləndirmənin 3 növü var



2. Diaqnostik qiymətləndirməyə aid olan cəhətləri seçin.

            1. şagirdin ilkin bilik və bacarığını müəyyən edir

            2. şagirdi sosial həyata hazırlayır

            3. şagirdlərdə təbiətə şüurlu münasibət yaradır

            4. Müəllimə gələcək strategiyalarını müəyyən etməyə imkan yaradır

            5. müəllim - şagird arasında mədəni davranışın əsasını qoyur

A) 1, 2

B) 1, 4


C) 2, 5

D) 2, 4


E) 1, 5

3. Summativ qiymətləndirmənin üsullarına aid olanları seçin.

1.Yoxlama yazı işləri

2. Müşahidə

3.Yaradıcılıq və əl işləri

4.Layihə

5.Şifahi sorğu

6.Demonstrasiy

A) 1, 4, 5

B) 2, 3, 4

C) 3, 5, 6

D) 1, 3, 4, 5

E) 2, 5, 3



4. Qiymətləndirmə standartları sxem üzrə neçə səviyyədə hazırlanır?

A) 4


B) 2

C) 5


D) 3

E) 1


5. Qiymətləndirmə standartları nədir?

A) Şagird və müəllimlərin bilik və bacarıqlarına qoyulan tələb

B) təhsilin müəyyən mərhələsində şagirdlərin nailiyyət səviyyəsinə qoyulan dövlət tələbidir.

C) tədris ilinin sonunda şagirdlərin nailiyyət səviyyəsinə və məktəbin fəaliyyətinə qoyulan dövlət tələbidir.

D) təhsilin müəyyən mərhələsində şagirdlərin və müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.

E) təhsilin müəyyən mərhələsində müəllimlərin nailiyyət səviyyəsinə qoyulan tələb.



6. Summativ qiymətləndirmə nə vaxt aparılmır?

A) ayın sonunda

B) yarımilin sonunda

C) dərs ilinin əvvəlində

D) bölmə başa çatdıqda

E) ilin sonunda



7. Hansı məktəbdaxili qiymətləndirmənin növlərinə aid deyil?

A) summativ qiymətləndirmə

B) formativ qiymətləndirmə

C) diaqnostik qiymətləndirmə

D) milli qiymətləndirmə

E) formativ və summativ qiymətləndirmə



8. Təhsildə qiymətləndirmə nədir?

A) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş yoxlama yazı işi vasitəsilə ölçülməsi

B) təhsil prosesində şagird nailiyyətlərinin beynəlxalq tələblərə uyğun müvafiq rəqəmlərlə ölçülməsi

C) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun müəllimin seçdiyi kriteriyalarla ölçməsi.

D) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun yalnız testlərlə ölçülməsidir

E) təhsil prosesində nailiyyətlərin müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunun obyektiv, etibarlı vasitələrlə ölçülməsidir.



9. Summativ qiymətləndirmə tapşırıqları hazırlanan zaman sualların çətinlik dərəcəsi necə paylaşdırırlır?

A) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 40% təşkil edir.

B) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 60%, çətin səviyyəli suallar 20% təşkil edir.

C) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 20%, çətin səviyyəli suallar 40% təşkil edir.

D) asan səviyyəli suallar 40%, orta səviyyəli suallar 40%, çətin səviyyəli suallar 20% təşkil edir.

E) asan səviyyəli suallar 20%, orta səviyyəli suallar 20%, çətin səviyyəli suallar 60% təşkil edir.


10. Summativ qiymətləndirmədə istifadə olunan metod hansılardır?

A) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, valideynlərlə və digər fənn müəllimləriləəməkdaşlıq

B) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili, test tapşırıqlarının nəticələri

C) yoxlama yazı işləri, tapşırıqvermə, şifahi sorğu, test

D) müşahidə, şagirdlərin şifahi cavabları, şagirdlərin yazı işlərinin təhlili

E) müsahibə, söhbət, müşahidə, tapşırıqlar, şagirdlərin yazı işlərinin təhlili



11. VII sinifdə tədris edilən birdəyişənli xətti tənliklər və bərabərsizliklər hansı məzmun xəttinə aiddir?

A) Ədədlər və əməllər

B) Cəbr və funksiyalar

C) Həndəsə

D) Ölçmə

E) Ehtimal və statistika

12. IX sinifdə kvadrat tənliyə gətirilən tənliklərdən biri:

A) Loqarifmik tənlik

B) Üstlü tənlik

C) Qayıtma tənlik

D) Bircinsli tənlik

E) Triqonometrik tənlik.

13. IX sinifdə “Kvadrat üçhədli” mövzusunun öyrənilməsində əsas məqsəd:

1 - Kvadrat üçhəhli anlayışını daxil etmək və onu vuruqlarına ayırmağı öyrətmək

2 - Kvadrat tənlik anlayışını daxil etmək və onun köklərini tapmağı öyrətmək

3 - Kvadrat üçhədli anlayışını daxil etmək

4 - Kvadrat üçhədlini vuruqlara ayırmağı öyrətmək

5 - Kvadrat üçhədliyə aid çalışmalarla onu möhkəmləndirmək

A) 2, 4

B) 1, 2

C) 3, 5

D) yalnız 1

E) 3, 4

14. 16. VIII sinifdə “Kvadrat kök” mövzusunun daxilində baxılan tənlik:

A) a/x=b

B) ax=b

C) ax2=b

D) x2=a

E) x/a=b

15. VI sinifdə “Tənlik və tənlik qurmaqla məsələ həlli” mövzusunun öyrənilməsində əsas məqsəd:

A) Mötərizələri açmaq qaydasını və onları tətbiq etməyi, tənlikdə toplananın bir tərəfdən o biri tərəfə keçirilməsi qaydasını, sadə tənlikləri həll etmək yollarını və məsələləri tənlik qurmaqla həll etməyi öyrətmək

B) Ortaq vuruğu mötərizə xaricinə çıxarmağı, tənliklərin eynigüclülüyü haqqında teoremləri, tənlik həll etməyi, məsələlər həllində ondan istifadə etməyi öyrətmək

C) Toplamanın və vurmanın qanunlarını, xətti tənlikləri həll etməyi, məsələlər həllinin səmərəli yollarını öyrətmək

D) Əməllərin qanunlarını, mötərizələri açmaq qaydasını, kvadrat tənliyi həll etməyi, məsələlər həllində onun tətbiqlərini öyrətmək

E) Vurmanın toplamaya nəzərən paylama qanununu, hesablamalarda mötərizələri açmaq qaydasını, tənlik həll etməyi və onların bəzi tətbiqlərini göstərməyi öyrətmək

16. Tənlik anlayışı hansı sinifdən başlayaraq sistematik öyrənilir?

A) VI

B) VII

C) VIII

D) IX

E) X

17. VII sinifdə “birdəyişənli tənliklər” mövzusunun öyrəniməsindən əsas məqsəd:

A) Şagirdlərin V sinifdə tənliklərin propedevtikası ilə əlaqədar aldıqları bilikləri dərinləşdirmək, genişləndirmək və ümumiləşdirmək

B) Şagirdlərin ibtidai siniflərdə tənliklərin propedevtikası ilə əlaqədar aldıqları bilikləri sistemləşdirmək və ümumiləşdirmək

C) Şagirdlərin aşağı siniflərdən tənlik haqqında aldıqları bilikləri dərinləşdirmək, genişləndirmək və ümumiləşdirmək

D) Şagirdlərin VI sinifdə tənliklərlə əlaqədar aldıqları bilikləri sistemləşdirmək və genişləndirmək

E) Şagirdlərin V - VI siniflərdə tənliklərlə əlaqədar aldıqları bilikləri təkrar etmək və sistemləşdirmək

18. VII sinifdə birdəyişənli tənliklərin həlli alqoritmlərinin şagirdlər tərəfindən şüurlu surətdə mənimsənilməsini təmin etmək üçün nələrə xüsusi diqqət edilməlidir?

A) Xətti tənliklərə gətirilən tənliklərə, aşağı siniflərdə xətti tənliklərlə əlaqədar öyrənilmələrin sistemləşdirilməsi və ümumiləşdirilməsinə, ax=b şəkilində tənliklərə aid çalışmalar həllinə, belə tənliklərin hansı hallarda yeganə həllinin olmasına

B) Tənliklərin eynigüclülüyü haqqında teoremlərin isbatına, xətti tənliklərlə əlaqədar məsələ və misalllar həllinə, VI sinifdə xətti tənliklərlə əlaqədar öyrənilənlərin təkrarına

C) Tənliklərin eynigüclülüyü anlayışına, eynigüclülüyün xassələrinin konkret misallar üzərində aydınlaşdırılmasına, xətti tənlik anlayışına, ax=b tənliyinin ab - nin müxtəlif qiymətlərində neçə kökü olmasına

D) V - VI siniflərdə tənliklə əlaqədar öyrənilənlərə, tənliklərin eynigüclülüyünə, ax=b şəkilində tənliyin araşdırılmasına, xətti bir məchullu tənliyə aid məsələlər həllinə

E) Tənliklərin eynigüclülüyü haqqında teoremlərə, bunlara aid çalışmalar həllinə, ibtidai və V siniflərdə öyrənilənlərin təkrarı və sistemləşdirilməsinə

19. Əsas triqonometrik tənliklərin ümumi həllərinin tapılmasında hansı fiqurdan istifadə edilir?

A) Radiusu r=2 olan dairə

B) Düz xətt

C) Parça

D) Dairə

E) Vahid çevrə

20. asinx + bcosx=c şəklində triqonometrik tənliyin həlli üsullarından hansı daha səmərəlidir?

A) Tənliyin hər tərəfini kvadrata yüksəltmək

B) sinx - i cosx - lə ifadə etmək

C) cosx - i sinx - lə ifadə etmək

D) sinx və cosx funksiyalarını yarımarqumentin tangensi ilə ifadə etmək

E) Köməkçi bucaq daxil etmək

Yüklə 1,75 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin