Testin nəticələri:
1. Pilot siniflərin 75 şagirdindən 50 nəfəri 51-dən çox bal toplayaraq yüksək idraki səviyyədə qərarlaşmışlar. Bu, şagirdlərin 66,6%-ni təşkil edir. (sxem 3)
2. Dövlət proqramı ilə təhsil alan siniflərin 147 şagirdindən 62 nəfəri yüksək idraki bacarıqlar nümayiş etdirmişlər. Bu, şagirdlərin 42,1%-ni təşkil edir.
3. Dövlət proqramı ilə təhsil alan bir sinfin 27 şagirdindən 20-sinin nəticəsinin 50 baldan çox olması bölmənin sinifləri arasında ən yüksək nəticə olmuşdu. Bu, dövlət proqramı ilə işləyən müəllimin şagirdlərə düşüncə sərbəstliyi verməsinin, onların biliklər üzərində iş apardıqlarının göstəricisi kimi qəbul edilir.
Dövlət proqramı ilə yazılan dərsliklərin həmmüəllifi olan iki müəllimin sinfi (III və IV siniflər) ən aşağı nəticələr göstərdi.
Dostları ilə paylaş: |