II. FAYDALI QAZINTI EHT
İYATLARININ DÖVLƏT UÇOTU
2.1. Az
ərbaycan Respublikasının әrazisindә, o cümlədən Xəzər dənizinin (gölünün), ona mənsub olan bölməsi daxilində
geoloji-k
əşfiyyat işləri nəticəsində aşkar edilmiş və ehtiyatları müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının
ehtiyatları dövl
ət uçotuna alınır.
2.2. Faydalı qazıntı ehtiyatlarının dövl
ət uçotuna aiddir:
2.2.1. faydalı qazıntı yataqları v
ə onların sahələri, dağ-mədən müəssisələri və ölkə üzrə faydalı qazıntı ehtiyatlarının hər ilin
yanvar ayının 1-n
ə olan vəziyyəti;
2.2.2. ölk
ə üzrə dövlət balansına götürülən faydalı qazıntı ehtiyatları;
2.2.3. istismara c
əlb edilən faydalı qazıntı yataqları üzrə hasilat və itkilər, istismar və kəşfiyyat işləri nəticəsində və digər
s
əbəblərdən ehtiyatların dəyişməsi üzrə illik hesabatlar;
2.2.4. f
əaliyyətdə olan, tikilən və layihələndirilən dağ-mədən müəssisələrinin mineral-xammal ehtiyatları ilə təmin
olunmasının s
əviyyəsi haqqında məlumatlar.
2.3. Faydalı qazıntı ehtiyatlarının dövl
ət uçotu onların öyrənilmə dərəcəsi, mineral xammalın keyfiyyəti və yataqların
istismarının da
ğ-texniki şəraitindən asılı olaraq, A, B, S1, S2 kateqoriyaları əsasında balans ehtiyatları və balansdankənar ehtiyatlar
qrupu üzr
ə ayrı-ayrılıqda aparılır.
2.4. Yer t
əkində faydalı qazıntı ehtiyatlarının hesablanması üçün müəyyən edilmiş kondisiya tələblərinə (müvafiq standartlara,
texniki
şərtlərə) cavab verən və istismarı iqtisadi cəhətdən məqsədəuyğun sayılan faydalı qazıntı yataqlarının ehtiyatları balans
ehtiyatları hesab olunur. Balans ehtiyatlarına aiddir:
2.4.1. Az
ərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Faydalı Qazıntı Ehtiyatları üzrə Komissiyasında
(bundan sonra—Faydalı Qazıntı Ehtiyatları üzr
ə Komissiya) təsdiq olunan faydalı qazıntı yataqlarının ehtiyatları;
[2]
2.4.2. müv
əqqəti kondisiya tələblərinə uyğun hesablanmış və müvafiq qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının
ehtiyatları;
2.4.3.
əvvəllər kəşfiyyatı aparılmış və sənaye ehtiyatları mövcud qaydada təsdiq edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları;
2.4.4. faydalı qazıntı yataqlarının istismarı zamanı texniki s
əbəblərdən yer təkində saxlanılan və gələcəkdə istismarı mümkün
ola bil
ən qalıq ehtiyatları;
2.4.5. istismar i
şləri aparılan faydalı qazıntı yataqlarının ehtiyatları.
2.5. Geoloji v
ə texniki-iqtisadi göstəriciləri müvafiq mineral-xammal üçün təsdiq edilmiş kondisiya tələblərinə (müvafiq
standartlara, texniki
şərtlərə) cavab verməyən, lakin gələcəkdə sənaye istismarına cəlb oluna biləcək faydalı qazıntı ehtiyatları
balansdank
ənar ehtiyatlar hesab olunur. Balansdankənar ehtiyatlara aiddir:
2.5.1. Faydalı Qazıntı Ehtiyatları üzr
ə Komissiya tərəfindən balansdan kənar ehtiyatlar kimi təsdiq edilmiş faydalı qazıntı
ehtiyatları;
2.5.2. qüvv
ədə olan kondisiya tələblərinə (müvafiq standartlara, texniki şərtlərə) cavab verən, lakin mürəkkəb dağ-texniki
şəraitdə yerləşdiyinə görə, mövcud texnika və texnologiyanın tətbiqi ilə istismarı iqtisadi cəhətdən səmərəsiz hesab olunan faydalı
qazıntı ehtiyatları.
Dostları ilə paylaş: |