İş nümunələri.
1. Səs generatoru - dəqiq tezlik ölçənlə yoxlama və qurulması.
2. Şlifləyici pnevmatik əl maşını - titrəyişin ölçülməsi və təhlili, normalarla müqayisəsi və rəy verilməsi.
3. Ölçü traktına çıxış vaxtı faydalı siqnalın olmamasının - sxemin birləşmə və elementləri üzrə yoxlanılması.
4. Gəmi havasının kondisionerləşməsi sistemi - kayutalarda səsin səviyyəsi və spektrinin ölçülməsi.
15. Akustik təcrübələr operatoru
İşin xüsusiyyəti.
6-cı dərəcə
Bütün növ səs və titrəyiş mənbələrinin, impulsu da daxil olmaqla akustik təcrübələrinin həm stasionar, həm də səyyar obyektlərdə aparılması. Su altı səsin, səs izolə edilməsinin, titrəyiş izolə edilməsinin, səs udulmasının ölçülməsi. Ölçülmənin nəticələrinin işlənilməsi və tərtilə edilməsi, tanış metodikalara əsasən sadə hesabların aparılması, təcrübənin iş planlarının işlənilə hazırlanması. Ölçü traktlarının blok sxeminin tərtilə edilməsi, onların montajı və sazlanması. Ölçü, təhvil və qeydiyyat aparatlarına texniki xidmət, yüksək dəqiqlik cihazları ilə iş. Cihazların yoxlanılması və təmiri.
Bilməlidir: səslə mübarizə metodu və vasitələrini, səs və titrəyişin nəzarəti və normalaşdırılması qaydasını, onların reqlamentləşdirilməsi sənədlərini, akustik ölçü qurğularını və sxemini; səsin yazılması və səsləndirilməsini; akustikanın, hidroakustikanın, elektrotexnika və sənaye elektrotexnikasının əsaslarını; işdə istifadə edilən cihazların kalibrləşməsi, sazlanması və təmiri qaydalarını.
Orta ixtisas təhsili tələb olunur.
İş nümunələri.
1. Titrəyişi izoləedən boru generatorunun asılması - lamla və bünövrədə titrəyişin səviyyə və spektrlərinin ölçülməsi, amortizatorların səmərəliliyinin müəyyənləşdirilməsi.
2. Gəmi dizelinin işlənmiş qazının sistemi - sistemlə müəyyənləşdirilmiş hərəkət körpüsü qanadlarında səsin səviyyəsinin ölçülməsi və təhlili.
3. Ölçü gücləndirici - nasazlığın aşkar edilməsi, təmir, sazlama, tezlik xüsusiyyətlərinin çıxarılması.
4. Oktavlı filtrlər - tezlik xüsusiyyətlərinin çıxarılması, onların element sxemlərinin sazlanması və tənzimlənməsi.
16. Asetilen qurğusunun generatorçusu
İşin xüsusiyyəti
2-ci dərəcə
Asetilen qazgeneratorlarının, 15 kub m. s-dək məhsuldarlığı olan qurğu və ya stansiyaların təmiri və onlara xidmət. Kalsium karbidi ilə qazgeneratorlarının və təmizləyici kütlə ilə təmizləyicilərin doldurulması.
Kalsium karbidli barabanların açılması, cəftələrdə su səviyyəsinin yoxlanılması. Şlanqların və tıxac ventillərin qoşulması. Borularda və su təmizləyicilərində kondensasiya edən suyun boşaldılması. Qazgeneratorların işinin və qazın keyfiyyətinin müşahidə olunması. Balonların tərəzidə çəkilməsi. Balonların qazla dozalaşdırılması. Təmir zamanı qazgeneratorların açılıb yığılması.
Bilməlidir: qazlar haqqında fizika və kimyadan elementar məlumatları; kalsium karbidindən asetilenin alınması prinsiplərini; asetilen qazgeneratorlarının, tənzimləyicilərin və hidrocəftələrin quruluşunu; asetilen qurğularından istifadə qaydalarını; kalsium karbidin xassələrini və saxlanma qaydalarını; qazholderin quruluşunu, həcmliyini və maksimum qalxma hündürlüyünü; təmizləyicilərin yenidən doldurma müddətlərini; xidmət olunan sahədə nəzarət-ölçü cihazlarının təyinatı və tətbiqi qaydalarını; kalsium karbidi olan barabanların açılma qaydalarını.
17. Asetilen qurğusunun generatorçusu
İşin xüsusiyyəti.
3-cü dərəcə
Asetilen qazgeneratorlarının məhsuldarlığı 15-dən artıq 50 kub m. s-dək olan qurğu və stansiyaların, naviqasiya avadanlığı üçün məhsuldarlıqdan asılı olmayan işıqlandırıcı asetilen qazı hasil edən qazgeneratorların və qurğuların təmiri və onlara xidmət. Quruducuların, yuyucuların, təmizləyicilərin və əridicilərin yenidən doldurulması. Asetilendə qatışıqların-ftorlu hidrogenin, hidrogen sulfidin, havanın və s. asetilen qurğusunun, yaxud stansiyanın işlədiyi şəraitdə mövcudluğunun müəyyən edilməsi. Asetilen kompressoruna xidmət və onun işindəki nasazlıqların aradan qaldırılması. Boruların balon ventillərinə birləşdirilməsi və onların dolması üzərində müşahidə. Qapaqların, araqatların və digər armaturanın, yaxud hissələrin dəyişdirilməsi.
Bilməlidir: asetilendə qatışıqların müəyyən edilməsi üsullarını; müxtəlif asetilen qazgeneratorlarının, təmizləyicilərin, quruducuların və hidrocəftələrin quruluşunu; asetilen alınması üzrə texnoloji prosesi və onun təmizlənmə və qurudulma qaydalarını; asetilen qurğusunun, yaxud stansiyanın kommunikasiya sxemini, ventil, qapaqların və digər armaturanın yerləşməsini; balonların asetilenlə doldurulma qaydasını; nəzarət-ölçü cihazlarının quruluşunu.
18. Asetilen qurğusunun generatorçusu
İşin xüsusiyyəti
4-cü dərəcə
Asetilen qazgeneratorların məhsuldarlığı 50 kub m. s-dən yuxarı olan qurğuların, yaxud stansiyaların təmiri və onlara xidmət. Qazaoxşar asetilenin alınması və təmizlənməsi üzrə texnoloji prosesin parametrlərinin təmizlənməsi. Kalsium karbidi dolduran mexanikləşdirilmiş xəttin, karbid bunkerlərini nəql edən xəttin, qazgenerator ötürücülərinin, dövriyyə su təchizatının vəziyyətinin və tənzim olunmasının, nəzarət-ölçü aparatlarının və siqnalizasiyanın idarə olunması və onların işləməsinə nəzarət. Təmirdən çıxan avadanlığın qəbulu və buraxılış-saxlama işlərinin aparılması.
Bilməlidir: qazaoxşar asetilenin istehsalı üçün texnoloji prosesi; müxtəlif sistemli asetilen qurğularının konstruksiyasını; nəzarət-ölçü aparatlarının tənzimlənmə üsullarını; lazımi texnoloji sənədlərin tərtibi və aparılma qaydalarını.
19. Balon qəbulçusu
İşin xüsusiyyəti
2-ci dərəcə
Boş balonların qəbulu, uçotu və xarici baxışı. Boş balonların növbəti doldurulmaya yararlığının müəyyən edilməsi. Balonların təmir üçün seçilməsi. Təmirə və hidravlik sınağa göndərilən balonlar üçün sənədlər tərtilə edilməsi. Tədarükçülərə verilən balonların və xarab balonların uçotunun aparılması.
Bilməlidir: müxtəlif tipli balonların quruluşu və xarakteristikasını; maye və sıxılmış qazlar üçün təyin olunmuş balonlara qoyulan tələbləri; balonlarda buxarlanmayıb qalan qazların miqdarının müəyyənləşdirmə üsullarını; balonların maye və sıxılmış qazla doldurulma normasını; tərəzilərin quruluşunu və onların yoxlanılması və tənzimlənməsi üsullarını; balonların nasazlığının müəyyən edilməsi üsullarını balonların sınaq müddətini; balonların nəql etdirilməsi qaydasını; balonların uçotu formalarını.
20. Balon qəbulçusu
İşin xüsusiyyəti.
3-cü dərəcə
Doldurulmuş balonların qəbulu, uçotu və xarici baxışı. Doldurulmanın germetikliyinin və ventillərin doldurulmadan sonrakı işinin yoxlanılması. Özübağlanılan klapanların vəziyyətinin yoxlanılması. Boş və qazla doldurulmuş balonların nəzarət üçün çəkilməsi. Balonların doldurulması jurnalında qeydiyyatın aparılması. Avtomatik cihazların vəziyyəti və işi barədə jurnalda qeydlərin aparılması.
Bilməlidir: balonların sıxılmış və durulaşdırılmış qazla doldurulması üzrə avtomatik cihazların və özübağlanılan klapanların quruluşunu; balonlardan buxarlanmayıb qalan durulaşdırılmış qaz qalıqlarının boşaldılması üsullarının; boş və doldurulmuş balonların çəkilməsi qaydasını.
21. Balonları dolduran
İşin xüsusiyyəti
2-ci dərəcə
Doldurucu rampalarda balonların təzyiq altında qaz və kimyəvi maddələrlə doldurulması. Kommunikasiya və rampa armaturuna xidmət. Balonları doldurmaq üçün doldurucu rampaya verilməsi. Balonların sıxılmış və mayeləşdirilmiş qazlarla doldurulması üzrə avtomat cihazlarının işinin tənzimlənməsi. Özübağlayıcı klapanların vəziyyətinin öyrənilməsi. Boru kəmərləri avadanlığının, oksigenli armaturların və doldurucu qurğuların cari təmirində iştirak etmək. Doldurulmuş balonların rampadan nəql etdirilməsi və anbarlaşdırılması. Qazların və kimyəvi maddələrin təsnifatından asılı olaraq balonların rənglənməsi və möhürlənməsi. Balonların doldurulması üzrə sənədlərin aparılması. Balonlar üzrə pasportların doldurulması.
Bilməlidir: təzyiq altında qaz və kimyəvi maddələrin alınmasının texnoloji prosesləri haqqında məlumatları; doldurucu rampanın iş prinsipini; qapayıcı-tənzimləyici armaturun, qoruyucu qurğuların və boru kəmərlərinin yerləşmə sxemini; qazın və kimyəvi maddələrin tərkibindən asılı olaraq balonların boyanmalı olan rənglərini; qaz sızılmasının aşkar edilməsi və boru kəmərlərində su olmasının müəyyənləşdirilməsi və aradan qaldırılmasını; təzyiq altında olan balonlarla davranmaq qaydalarını; nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini.
22. Balonları dolduran
İşin xüsusiyyəti:
3-cü dərəcə
Stansiya və xüsusi qurğularda balonların oksigen və digər qazlarla doldurulması. Balonların maye xlor, ftorlu hidrogen və freonla doldurulması, stansiyaya verilməsi və doldurulma üçün qoyulması. Balonların doldurulma səviyyəsinə nəzarət. Stansiya və qurğularda balonların doldurulması üzrə avtomatik cihazların iş rejiminin tənzimlənməsi. Oksigenin boru kəmərləri ilə ötürülməsi. Doldurucu rampanın, boru kəmərlərinin, armatur və balonların cari təmiri.
23. Balonları dolduran
İşin xüsusiyyəti.
4-cü dərəcə
Avtomobil balonlarının qazdoldurucu kompressor stansiyalarının qazdoldurucu kalonkalarında sıxılmış təbii qazla doldurulması. Qaz balonlarına baxış qaz doldurucu kalonların boru kəmərlərinin, şlanqların, qapayıcı və qoruyucu armaturun birləşmə germetikliyinin yoxlanılması və brakın ayrılması. Avtomobil balonlarının qazın təzyiqi üzrə qazdoldurma kalonlarında və avtomobil balonlarında doldurma səviyyəsinə nəzarət. Nəzarət-ölçü cihazların və siqnalizasiya vasitələrinin avtomobil balonlarının sıxılmış qazla doldurulması işində yoxlanılması. Avtomobil balonlarında olan qazın təzyiqi və temperaturu barədə dispetçerə məlumatların verilməsi. Qazdolduran kalonların və avtomobillərin qoruyucu klapanlarının sazlığının yoxlanılması. Qazdolduran kalonların cari təmirində iştirak etmək.
Bilməlidir: qazdoldurucu kalonların quruluşunu; avtomobil qazdoldurucu kompressor stansiyasında sıxılmış təbii qazın istehsalının texnologiyasını; təbii qazın fiziki-kimyəvi xüsusiyyətlərini; müxtəlif tipli avtomobil balonlarının quruluşunu və xarakteristikasını; avtomobil balonlarının sıxılmış qazla doldurulması qaydasını və normalarını; buraxılmış qazın uçotunun forması və qaydasını; xidmət olunan avtomobillərin qeyd edilmə qaydalarını; nəzarət-ölçü cihazları və avtomatlarının quruluşunu və tətbiqi qaydalarını; xidmət olunan avadanlığın təhlükəsiz istismarı qaydalarını.
24. Balon sınaqçısı
İşin xüsusiyyəti.
3-cü dərəcə
Balonların 15 MPa (150 kqs\kv.sm)-dək olan təzyiq altında sınaqdan keçirilməsi. Balonların sınağa hazırlanması: baxmaq, yararlığını müəyyən etmək, ərzaq qalıqlarından içini və üstünü təmizləmək, buxara vermək, yumaq, qurutmaq və çəkmək. Balonların həcminin yoxlanılması. Sınaq prosesində aşkar olunmuş defektlərin aradan götürülməsi. Balonların üzərinə sınağın göstəricilərini: nömrə, tarix, həcm və kütləsinin basılması. Balonların pasport üzrə qeydə alınması. Ventili yoxlayıb balona keçirilməsi. Balonların sıra ilə yığılması.
Bilməlidir: xidmət etdiyi avadanlığın quruluşu və konstruksiyasını; balonların təsnifatını, balonların sınağı üzrə qazanxana nəzarət qaydalarını; texniki şərtlərə müvafiq olaraq balonların sınaq və damğa vurma qaydalarını; sınaq prosesində aşkarlanmış defektlərin aradan qaldırılma metodlarını.
4-cü dərəcə: balonlar 15-30 MPa (150-300 kqs\kv.sm-dən yuxarı) olan təzyiq altında sınaqdan keçirildikdə.
5-ci dərəcə: balonlar 30 MPa-dan (300 kqs\kv.sm-dən) yuxarı olan təzyiq altında sınaqdan keçirildikdə.
25. Bucurqadçı
İşin xüsusiyyəti.
2-ci dərəcə
100 kVt-dək gücündə elektrik mühərriklərindən ötürücüsü olan yükgötürmə mexanizmlər tətbiq etməklə yüklərin yerdəyişməsi üzrə barabanlı bucurqadların idarə olunması və xidmət göstərilməsi. Kanatların, trosların hərəkət sürətinin tənzimlənməsi. Tormozların, şkivlərin və barabanların yoxlanılması. Xəbərdarlıq siqnallarının verilməsi. Trosların və stropların birləşdirilməsi və müxtəlif düyünlərlə bağlanılması. Mexanizmlərin yağlanması və cari təmirinin yerinə yetirilməsi.
Bilməlidir: barabanlı bucurqadın quruluşunu; yüklərin yerləşdirilməsi üçün tətbiq olunan mexanizmlərin və götürmə qurğularının tiplərini; şərti siqnallaşdırmanı; bucurqadın işindəki nasazlıqları müəyyən etmə üsullarını və onların aradan qaldırılmasını.
26. Bucurqadçı
İşin xüsusiyyəti.
3-cü dərəcə
100 kVt-dan yuxarı gücündə elektrik mühərriklərindən, daxili yanma mühərriklərindən, yüklərin yerdəyişməsi üçün xüsusi meşəyükləmə oxlarla təchiz olunmuş səyyar qurğulardan ötürücüsü olan barabanlı bucurqadların yükgötürmə mexanizmləri tətbiq etməklə idarə olunması və xidmət göstərilməsi. Kömür və şist şaxtalarında və kəsiklərdə asma-kanat bucurqadlarının idarə olunması və xidmət göstərilməsi. Kanatların, trosların və stropların hərəkət sürətinin tənzimlənməsi. Tormozların, şkivlərin və barabanların yoxlanılması. Barabanlı bucurqadların sazlanması.
Bilməlidir: müxtəlif tipli bucurqadın quruluşunu; yüklərin yerləşdirilməsi üçün tətbiq olunan mexanizmlərin və götürmə qurğularının tiplərini; bucurqadın işindəki nasazlıqları müəyyən etmə üsullarını və onların aradan qaldırılmasını.
27. Bunkerçi
İşin xüsusiyyəti.
2-ci dərəcə
Daha yüksək ixtisaslı bunkerçinin rəhbərliyi altında elevator, konveyer, skip qaldırıcıların, boşaldıcı kuzovu olan vaqonların, başqa qaldırıcı-nəqliyyat mexanizmlərin vasitəsi ilə bunkerlərin tikə və ya dənəvari materiallarla doldurulması. Materialların dəmir yolu vaqonlarına, avtoboşaldıcılara, doğrayıb-xırdalayan qurğulara, transportyorlara verilməsinin müşahidə edilməsi. Cəftələrin və qidalandırıcı qurğuların idarə olunması. Konveyerlərin işə salınması və dayandırılması. Materialların qəbuledici qablara və transportyorlara bərabər daxil olub yerləşməsinin tənzimlənməsi. Ocaq qəfəsi aralarında lazımi məsafənin saxlanılması və bunkerlərin dolmasının müşahidə edilməsi. Materialın (dağ kütləsinin, aqlomeratın və başqa materialların) qatışdırılması. Havadan asılmaların, qalaqlaşmaların, tıxacların ləğv edilməsi. Qeyri-qabaritli tikələrin sındırılması, iri tikələrin buraxılış bunkerlərin torunda xırdalanması. Kənar əşyaların uzaqlaşdırılması. Vaqonların gətirilməsi, qurulması və doldurulması. Doldurulmuş vaqonların qoşulması, açılması və daşınması. Xidmət olunan bunkerin (lyukun) və iş yerinədək uzanan yolun təmizlənməsi. Bunker cəftələrinin cari təmiri. Vaqonları boşaltmağa qoymaq üçün konduktora siqnalın verilməsi.
Bilməlidir: bunkerin işə salma aparatının, səs və görmə siqnalizasiya sisteminin quruluşunu; cəftələrin və daşıma yollarının, konveyer xəttində ötürücü və dartıcı stansiyaların nəqliyyat mexanizmlərinin quruluşunu, bunkerin həcmini, qəbuledici qabların yük götürmə qabiliyyətini, transportyor lentinə yol verilən yüklənməni; boşaldılan materiala tələb olunan texniki şərtləri, qeyri-qabaritli tikələrin xırdalanma və materialın yaprıxlanmadan qabağının alınması üsullarını; bunkerlərin təmizlənməsi qaydalarını, qoşquların konstruksiyalarını; doldurulmuş vaqonetlərin və dumpkarların açılma və daşınma qaydalarını; səs və görmə siqnallarının verilmə və qəbuletmə qaydalarını; nəqliyyat vasitələrinin boşaldılması qaydalarını.
28. Bunkerçi
İşin xüsusiyyəti.
3-cü dərəcə
Elevator, konveyer, skip qaldırıcıları, boşaldıcı kuzovu olan vaqonetlər və digər qaldırıcı-nəqliyyat mexanizmləri sistemi, avtomatik idarəetmə ilə təchiz olunmuş pnevmatik nəqliyyatın köməyi ilə bunkerin tikə və ya dənəvər materiallarla doldurulması. Mexanizmlərin, pnevmonəqliyyat sistemlərinin, havasorucu qurğuların fasiləsiz işinin müşahidə edilməsi. Xidmət olunan mexanizmlərin işə salınması və dayandırılması. Elektron göstəricilərinin köməyi ilə bunkerlərdə materialların səviyyəsinə nəzarət. Maqnit qurğu vasitəsilə metal qırıntılarının ayrılması. Zəruri hallarda mexanizmlərin əl ilə idarə olunması. Qəbuledici qurğulara xidmət.
Bilməlidir: qaldırıcı-nəqliyyat mexanizmlərinin, pnevmonəqliyyat, avtomatik idarəetmə, nəzarət-ölçü aparatları, havasorucu və maqnit qurğuları sistemlərinin quruluşunu və iş prinsipini; mexanizmlərin, cəftələrin və yanacaq verən qurğuların əl ilə idarə olunmasını; materialların (dənəvərmetrli tərkibin, rütubətin, lazımsız qatışıqların) xassələrini və onlara qoyulan tələbləri; bunkerlərin müxtəlif materiallara doldurulma və onların bunkerlərdən boşaldılma qaydalarını.
29. Bunkerçi
İşin xüsusiyyəti.
4-cü dərəcə
Germetik konveyerin köməyi ilə bunkerin məsaməli dəmirlə doldurulma prosesinin aparılması. Məsaməli dəmirin təsirsiz qazlar atmosferində saxlanma və aktivsizləşdirmə prosesinin aparılması. Şlüz yükləmə qurğularının və boşaldılma cəftələrinin işinə nəzarət. Bunkerdə təsirsiz qazların təzyiqinin tənzimlənməsi. Havadəyişdirici sistemdə hidrogenin və bunkerdə oksigenin müşahidə olunması. Aktivsizləşdirmə prosesinə nəzarət etmək üçün müxtəlif səviyyələrdə məsaməli dəmirin temperaturunun ölçülməsi.
Bilməlidir: şlüz yükləmə qurğularının və boşaldılma cəftələrinin quruluşunu; məsaməli dəmirin nəql etdirilməsi və saxlanılmasının texnoloji prosesini; təsirsiz qazın təzyiq və istifadə normalarının tənzimlənmə üsullarını; qazverici və qazötürücü armaturanın kommunikasiyalarını; qaz rejiminin tənzimlənməsi və temperaturun ölçülməsi metodikasını; məsaməli dəmirin fiziki və kimyəvi xassələrini; partlayıcı maddələrin yol verilən son qatılıq dərəcəsini.
30. Buxar maşını və lokomobilin maşinisti
İşin xüsusiyyəti.
3-cü dərəcə
Gücü 30 kVt-a qədər olan buxar maşını və lokomobilə xidmət, maşının işlənilə hazırlanmasında sürətinin tənzimlənməsi, işə salınması və dayandırılması. Qazan odluğunun yandırılması və istiliyin yanma prosesinin tənzimlənməsi. Qazanın su ilə qidalandırılması. Nəzarət-ölçü cihazlarına əsasən lokomobilin qazanında təzyiqə nəzarət. Qazanın təmizlənməsi, maşın və köməkçi mexanizmlərin hissələrinin təmizlənməsi. Buxar maşının və lokomobilin işində olan nasazlıqları aşkar etmək və aradan qaldırmaq.
Bilməlidir: buxar maşını, lokomobil və köməkçi avadanlığın quruluşunu və hərəkət prinsipini; istilik texnikası haqqında əsas məlumatları; buxar maşınının və lokomobilin işə salınması və dayandırılması qaydalarını; qazanların armaturunu və boru kəmərlərinin sxemini; buxar qazanlarına xidmət üzrə qazan nəzarəti qaydalarını; buxar qazanlarının təmizlənmə üsulunu; avadanlığın işində ortaya çıxan nasazlıqları və onların aradan qaldırılması üsullarını; nəzarət-ölçü cihazlarının quruluşunu.
4-cü dərəcə: gücü 30 kVt-dan yuxarı olan buxar maşını və lokomobilə xidmət zamanı.
31. Vaqonboşaldıcının maşinisti
İşin xüsusiyyəti.
2-ci dərəcə
Vaqonların verilməsi və vaqonboşaldıcısının qurulmasında vaqonitələyicilərin və elektrik bucurqadların idarə olunması və boşaltdıqdan sonra onların yığışdırılması. Avtoqarmaqların pazlanması. Sıxıcı qarmaqların yerində oturması üzərində müşayiət. Vaqonun boşaltmaya hazır olduğu haqda maşinistə siqnal verilməsi. Vaqonun qalan yükdən təmizlənməsi. Vaqonboşaldıcıya giriş zamanı işıqforların arxasınca qapıların və lyukların bağlanılması. Mexanizmlərin təmizlənməsi və yağlanması. Kanatların dəyişdirilməsində və təmir işlərinin aparılmasında iştirak.
Bilməlidir: vaqonitələyənlərin və elektrik bucurqadların işləmə prinsipini; yerli siqnalizasiyanı; vaqonların qoyulma qaydalarını; sürtkü materiallarının növlərini; dəmir yollarında siqnalizasiya üzrə təlimatı.
32. Vaqonboşaldıcının maşinisti
İşin xüsusiyyəti.
3-cü dərəcə
Vaqonların yüklənməsi və həddindən artıq yüklənməsi zamanı vaqonboşaldıcıların idarə olunması. Vaqonboşaldıcının işə salınması və dayandırılması. Vaqonetkaların, tormozların vəziyyəti və trosların bərkidilməsi üzərində müşayiət. Vaqonboşaldıcının işi ilə bağlı siqnalların qəbulu və verilməsi. Vaqonboşaldıcının yağlanması, təmizlənməsi və yığışdırılması. Xidmət olunan avadanlığın işindəki xırda nasazlıqların aradan qaldırılması.
Bilməlidir: vaqonboşaldıcının quruluşunu; vaqonboşaldıcının iş qaydalarını; yerli siqnalizasiyanı; işlədilən sürtkü materiallarının növlərini və xassələrini; vaqonboşaldıcının işində nasazlıqların aşkar olunma və aradan qaldırılma üsullarını.
33. Vaqonboşaldıcının maşinisti
İşin xüsusiyyəti.
4-cü dərəcə
Vaqonların boşaldılmasında bütün sistemdən olan vaqonboşaldıcının idarə olunması. Vaqonların vəziyyətinin, trosların bağlanılmasının və tormozların yoxlanılması. Vaqonboşaldıcının işi ilə bağlı siqnalların qəbulu və verilməsi. Kanatların və sıxıcı mexanizmlərin dəyişdirilməsi. Mexanizmlərə xidmət göstərilməsi və yağlanması. Aqreqatın cari təmirinin aparılması. Daha yüksək ixtisaslı maşinistin rəhbərliyi ilə vaqonların boşaltma pultundan vaqonboşaldıcıların, vaqonitələyicilərin və vaqonların qurulmasının, yaxud vaqonboşaldıcının, vaqonitələyicinin və ya vaqonboşaldıcının və vaqonların qurulmasının eyni vaxtda idarə olunması.
Bilməlidir: xidmət olunan avadanlığın və mexanizmlərin elektrik sxemlərini, dəmir yollarında siqnalizasiya üzrə təlimatı; işlədilən sürtkü materiallarının növləri və xassələrini; xidmət olunan mexanizmlərin texniki xassələrini; avtomatika və bloklamanın idarə olunma üsullarını və iş prinsipini; dəmiryol nəqliyyatında hərəkət və siqnalizasiya qaydalarını; cari təmirin aparılma qaydalarını.
34. Vaqonboşaldıcının maşinisti
İşin xüsusiyyəti.
5-ci dərəcə
Vaqonları boşaltma pultundan vaqon-boşaldıcının, vaqonitələyicinin və vaqonların qurulmasının, yaxud vaqonboşaldıcının və vaqonitələyicinin və ya vaqonların qurulmasının eyni vaxtda idarə olunması. Vaqonların, tormozların vəziyyətinin və trosların bərkidilməsinin yoxlanılması. Siqnal qurğuların göstəriciləri üzrə mexanizmlərin verilmiş iş rejiminə gətirilməsi. Mexanizmlərə xidmət və yağlanması. Avadanlığın orta və əsaslı təmirində iştirak. Vaqonların ayrılması, birləşdirilməsi, tormozlanması və bərkidilməsi üzrə işlərə rəhbərlik. İşin davamiyyətinin və boşaldılmış vaqonların sayının uçota alınması.
Bilməlidir: xidmət olunan avadanlığın, mexanizmlərin və buraxılış aparaturasının kinematik sxemlərini; elektrotexnikanın əsaslarını; nəzarət-ölçü cihazlarından və idarəetmə pultundakı siqnalizasiyadan istifadə qaydalarını; sürtkü materiallarının növlərini; aqreqatlarının işinin və sürtkü materialları sərfinin uçot qaydasını; avadanlığın orta və əsaslı təmirində iştirak etmə qaydasını.
35. Ventilyasiya və aspirasiya qurğularının maşinisti
İşin xüsusiyyəti:
2-ci dərəcə
100 kVt-dək gücündə elektrik mühərrikinin havadəyişdirici və havasorucu qurğularına, süzgəclərə, siklonlara və tüstüsoranlara xidmət. Avadanlığın işə salınması, yağlanması, profilaktik baxışın keçirilməsi. Aspirasiya borularının və siklonların müntəzəm tənzimlənməsi. Qurğunun yeni yerə nəqli. Yastıqları soyudan suyun dövr etməsi, tozlanan yerlərin germetik olması və havasorucu qurğuları üzərində, nəzarət-ölçü cihazlarının və buraxılış qurğularının üzərində müşahidə. Xidmət olunan avadanlığın təmirində iştirak. Xidmət olunan avadanlığın təmizlənməsi, yağlanması və sazlanması.
Dostları ilə paylaş: |