Fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası (hissə 1)


I fəsil Bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən fəhlə peşələri



Yüklə 1,08 Mb.
səhifə4/25
tarix20.10.2017
ölçüsü1,08 Mb.
#6929
1   2   3   4   5   6   7   8   9   ...   25


I fəsil

Bütün sahələr üçün ümumi olan, əməyin ixtisas dərəcələri üzrə tarifləşdirilməyən fəhlə peşələri

Tarif-ixtisas xüsusiyyətləri

1. Abadlaşdırılma üzrə fəhlə

İşin xüsusiyyəti.

4-cü dərəcə

Natəmizliyin və bərk çöküntülərin əl ilə və ya çömçə ilə qazılmış çaladan və kanalizasiya quyularından çıxarılması. Şəhər zibilliklərinin, atılıb çürümüş bərk zibillərin üstünə torpaq qatı tökməklə zərərləşdirilməsi. Xəstəlik yaradan mikrobların məhvini təmin edən və milçəklərin artmasının qarşısını alan şəraitin yaradılması. Zibilliyə kəsəyənlərin gəlməsinin mümkünlüyünün məhdudlaşdırılması və xoşa gəlməz qoxuların qarşısının alınması. Heyvan cəsədlərinin və zibilin yandırılması. Zibil çalalarının və kanalizasiya quyularının qapağının açılması və bağlanması. Zibil çalalarının, zibilliyin və çirkab qəbulu stansiyası yerləşən binaların (məntəqənin) dezinfeksiya edilməsi.



Bilməlidir: natəmizliyin yığışdırılması üzrə sanitar qaydalarını, zibilliyin və zibil çalalarının dezinfeksiyasına, heyvan cəsədlərinin məhv olmasına baytar-sanitariya nəzarəti qaydasını, yanğından mühafizə qaydalarını.

2. Abadlaşdırılma üzrə fəhlə

İşin xüsusiyyəti.

5-ci dərəcə

Qəbul stansiyalarında (məntəqədə) tökülməni müşahidə etməklə assenizasiya maşınlarının və arabaların qəbulu. Qarın boşaldılması yerini göstərməklə qar atılan və əridilən yerlərdə qarla dolu maşınların qəbulu. Gətirilən qarın və ya maye natəmizliyin miqdarının uçotu və nəzarəti. Yol sənədlərinin tərtibi.



Bilməlidir: qar atılan və qar əridilən yerlərin qurulması və istismarı üzrə sanitar qaydasını, yol sənədlərinin tərtibi, bərk zibillərin zərərsizləşdirmə metodlarını, yanğından mühafizə qaydalarını.

3. Avtomobil sürücüsü

İşin xüsusiyyəti.

4-cü dərəcə

Yük götürmə qabiliyyəti 3-dən 5 tona qədər yük maşınlarının, bütün növdən olan minik avtomobillərinin və qabarit uzunluğu 7 m-ə qədər avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Avtomobillərin yanacaqla, sürtkü materialları və soyuducu mayelərlə doldurulması. Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan əvvəl qəbulu, avtotəsərrüfata qayıtdıqdan sonra maşının təhvil verilməsi və ona ayrılmış yerə qoyulması. Avtomobillərin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib-boşaldılmasına, yükün yerləşdirililə kuzovda bağlanmasına nəzarət, iş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması. Avtobuslarda radio qurğudan istifadə etməklə gedişin ödəmə qaydasının, dayanacaq məntəqələrinin elan edilməsi. Yol sənədlərinin rəsmiləşdirilməsi.



Bilməlidir: xidmət edilən avtomobillərin dəzgah, mexanizm və cihazlarının təyinatı, quruluşu, işləmə prinsipini, avtomobillərin yol hərəkəti və texniki istismarı qaydasını, hərəkətin təhlükəsizliyinin əsaslarını, avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edililə düzəldilməsi üsullarını; texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda,. açıq dayanacaqlarda mühafizəsi qaydalarını; akkumulyator batareyalarının və avtoşinlərin istismarı qaydasını; təzə və kapital təmirdən çıxmış avtomobillərin sürülüb yoxlanılması, tez korlanan və təhlükəli yüklərin daşınması qaydasını; avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını (imkanlarını), radio qurğularının quruluşunu, sərnişinlərin minməsi və düşməsi üçün avtobusun dayanacağa yanalma qaydasını və bu qaydanın yerinə yetirilməsinə nəzarəti; yol-nəqliyyat hadisələri zamanı sərnişinlərin təcili surətdə avtobuslardan boşaldılması qaydasını, avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını.

3-cü dərəcə: yükqaldırma qabiliyyəti üç tona qədər, bütün tip və markalardan olan yük avtomobillərinin idarə olunmasında.



4. Avtomobil sürücüsü

İşin xüsusiyyəti.

5-ci dərəcə

Təcili yardım və xüsusi səs və işıq siqnalları ilə təchiz olunmuş əməliyyat avtomobillərinin, 1 milyondan çox əhalisi olan şəhərlərdə taksilərin, yükgötürmə qabiliyyəti 5 tondan 7 tona qədər olan bütün növ yük avtomobillərinin (avto-qatarların), uzunluğu 7 metrdən 9 metrə qədər olan avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması. Xidmət edilən avtomobilin iş zamanı qarşıya çıxan və sökülməsi tələb edilən istismar nasazlığın düzəldilməsi. İş şəraitində texniki yardım olmadıqda nizamlama işlərinin yerinə yetirilməsi.



Bilməlidir: xidmət olunan avtomobillərin, aqreqat, mexanizm və cihazlarının təyinatını, quruluşunu, işləmə prinsipi və xidmət göstərilməsini nasazlıqların əlamətləri və səbəblərinin müəyyən edilməsi və aradan qaldırılması üsullarını.

5. Avtomobil sürücüsü

İşin xüsusiyyəti.

6-cı dərəcə

Yükgötürmə qabiliyyəti 7-10 ton olan bütün növ yük avtomobillərinin (avto-qatarların) və qabarit uzunluğu 9-11 metr olan avtobusların idarə olunması. Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtokranın kran qurğusunun, avtoçənlərin nasos qurğusunun, refrijeratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması.



Bilməlidir: avtoqatarların quruluşu və texniki xidmət qaydalarını və yeni buraxılmış avtomobillərə texniki xidmət qaydalarını, avtomobil işinin ayrı-ayrı istismar göstəricilərinin yükdaşımanın maya dəyərinə təsirini, hərəkət vasitələrindən məhsuldar və səmərəli istifadə üsullarını, hərəkət dəstələrinin əsas texniki-istismar keyfiyyətlərini və onların təhlükəsiz hərəkətə təsirini, avtomobil nəzəriyyəsi elementlərini, avtonəqliyyat təsərrüfatının təhlükəsiz hərəkət xidmətinin əsas müddəalarını.

7-ci dərəcə: yükgötürmə qabiliyyəti 10-15 ton olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 11-12 metr olan avtobusların idarə olunması.

8-ci dərəcə: yükgötürmə qabiliyyəti 15 tondan çox olan bütün növ yük avtomobillərinin (avtoqatarların) və qabarit uzunluğu 12 metrdən çox olan avtobusların idarə olunması.

6. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətçi

İşin xüsusiyyəti.

4-cü dərəcə

Avtomobillərin, qoşquların, motosikletlərin, motonartın, aeroxizəyin, traktor bazasında quraşdırılmış mexanizmlərin, xətdən dayanacaqlara qayıdan, eləcə də təmirdən və texniki xidmətdən sonra yol maşınlarının texniki vəziyyətinə nəzarət və yoxlama.

Müvafiq qeydə alınmaqla avtonəqliyyat vasitələri zədələndikdə texniki və normativ sənədlərin, təmir və ya nasazlıqların düzəldilməsi üçün sifarişlərin rəsmiləşdirilməsi.

Texniki tələblərdə nəzərdə tutulmuş bütün işləri görməklə təmirdən və son quraşdırmadan sonra avtonəqliyyat vasitələrinin qovşaq və aqreqatlarının qəbulu və nəzarəti.



Bilməlidir: avtomobillərin, qoşquların, motosikletlərin, motorollerlərin, motonartın, aeroxizəklərin, traktor bazasında quraşdırılmış mexanizmlərin və yol maşınlarının quruluşunu; xətdən qayıdan və onların aqreqat və qovşaqlarının təmirini apardıqdan sonra bu nəqliyyat vasitələrinin qəbuluna qoyulan texniki tələbləri və qaydanı; nəqliyyat vasitələrinə texniki xidmətin keyfiyyətinə, aqreqatların və qovşaqların təmirinə gələn reklamasiya sənədlərinin tərtilə olunmasını.

5-ci dərəcə: avtomobillərin texniki vəziyyətinin yoxlanılması işini yerinə yetirdikdə.



7. Ayaqqabı təmizləyən

İşin xüsusiyyəti.

1-ci dərəcə

Müştərinin iştirakı ilə ayaqqabının təmizlənməsi, ayaqqabıya içlik qoyulması, ayaqqabının çirkdən təmizlənməsi, ayaqqabıların üzərinə bərabər qalınlıqda xüsusi şotka ilə krem çəkilməsi, çəkmələrin üzünü yumşaq şotka və məxmər ilə parıldayana qədər silinməsi. Ustadan ayaqqabıların təmiri üçün furnitur və ona qulluq etmək üçün başqa əşyaların alınması və müştərilərə satılması. Görülən işlər üçün pulun alınıb müəssisənin kassirinə təhvil verilməsi, köşkün yığışdırılması.



Bilməlidir: ayaqqabının təmizlənmə üsul və qaydalarını, xırda təmir növlərini, ayaqqabı çeşidlərini, işin qiymətlərini, sanitariya və gigiyena qaydasını, furnitur və ayaqqabının xırda təmiri üçün əşyaların çeşidini.

2-ci dərəcə: ayaqqabının xırda təmir işlərini yerinə yetirdikdə.



8. Anbardar

İşin xüsusiyyəti.

3-cü dərəcə

Yanacağın, xammalın, yarım fabrikatın, hazır məhsulun, hissələrin, alətlərin, əşyaların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılması. Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunun yoxlanılması. Materialların mühafizə olunduğu yerə aparılması (əl ilə və ya ştampellərin və başqa mexanizmlərin köməyi ilə) və eyni zamanda görünüşünə, keyfiyyətinə, təyinatına və başqa əlamətlərinə görə çeşidlərə ayrılması. Materialın və məhsulun xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsinin təşkili və təmin olunması.



Bilməlidir: mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazların və s. quruluşunu və onların işə yararlığının yoxlanılması üsullarını, əşyaların, məhsulun və xammalın boşaldılması, yüklənməsi və anbarda saxlanılması zamanı qorunma üsullarını, materialların və xidməti sahələrin yanğından mühafizə qaydalarını, zəhərləyici maddələrin yerdəyişmə və mühafizə qaydalarını, tez alışan və partlayıcı materialların qorunma, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarını.

9. Anbardar

İşin xüsusiyyəti.

4-cü dərəcə

Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik. Müştərilərin sifarişlərinə görə materialların dəstlərə komplektləşdirilməsi, əhalinin şəxsi avtonəqliyyatını müvəqqəti saxlamaq üçün lazım olan sənədlərin rəsmiləşdirilə qəbul edilməsi. Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərinin və onların uçotunun aparılması. İnventarlaşdırmanın aparılmasında iştirak.



Bilməlidir: anbar təsərrüfatının aparılma qaydasını, anbarda materialların hərəkəti, mühafizəsi, uçotu qaydasını və onları müşayiət edən sənədlərin rəsmiləşdirilmə qaydasını, texnoloji sənədlər ilə müxtəlif materiallar partiyasının komplektləşdirmə qaydasını, anbarda ölçü vasitələrinin, alət və mexanizmlərin tətbiqi qaydasını, onların işə yararlı olmasının yoxlama üsullarını, avtodayanacaqlarda avtonəqliyyatın saxlanılma qaydasını. Mühafizə olunan materialların yerlərinin dəyişdirilməsi və xidməti sahələrin saxlanılması zamanı təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

10. Arabaçı

İşin xüsusiyyəti.

1-ci dərəcə

Müxtəlif yüklərin, natəmiz zibillərin və başqa yüklərin at, öküz, qatır və başqa işlək heyvanların vasitəsilə və ya arabaya qoşmaqla və iş zamanı heyvanlara qulluq etməklə daşınması. Əl ilə və ya nasos və başqa xüsusi təyinatlı mexanizmlərin köməyi ilə qazılmış çalanın, zibil qutularının, kanalizasiya quyularının təmizlənməsi. Qazılmış çalaların və zibil qutularının dezinfeksiyası, inventarın yağlanması. Zibilin yüklənməsi, bağlanması, boşaldılması və yükü daşıdıqda onun yolda qorunmasına (tökülüb-dağılmamasına) nəzarət. Natəmizliyin və zibilin ayrılmış yerlərə aparılması. Yol sənədlərinin rəsmiləşdirilməsi.



Bilməlidir: at və başqa işlək heyvanlara qulluq qaydasını, daşınan yükün ən yüksək ağırlıq həddini, natəmizliyin yığılmasında və daşınmasındakı sanitariya qaydalarını və qazılmış çalaların və zibil qutularının dezinfeksiya olunma qaydasını, nəqliyyat və başqa inventarlardan istifadə qaydasını, küçə hərəkəti qaydasını, yükün qəbulunda və təhvil verilməsində yol sənədlərinin rəsmiləşdirilməsi qaydasını, qazılmış çalaların, kanalizasiya quyularının və zibilliyin yerləşdiyi yeri.

2-ci dərəcə: nəqliyyat vasitələrinin xırda təmiri və zibil yeşiklərinin dezinfeksiyası daxil edilərkən.



11. Bağban

İşin xüsusiyyəti.

2-ci dərəcə

Tinglərin, qələmlərin, ağacların, kolların, gül bitkilərinin əkilməsi. Dibin boşaldılması, mineral gübrələrin verilməsi və bitkilərə qulluq edilməsi. Bitkilərin tozlandırılması və dezinfeksiya vasitələri ilə çilənməsi. Çalaların qazılması və bitkini əkdikdən sonra doldurulması. Əkilənlərin dibinin boşaldılması və sulanması. Paya hazırlanması, basdırılması, bitkinin ona bağlanması. Qurumuş ağac və kolların dibinin boşaldılması və kökündən çıxarılması. Qazonlarda otun biçilməsi, bağ yolları boyunca ağac və kol budaqlarının kəsilməsi, torpağın döyəcləyilə bərkidilməsi. Yaşıllaşdırılmış sahələrin yarpaqdan, biçilmiş otdan və zibildən təmizlənməsi.

Zibilin yandırılması, Çim hazırlanması və ağacın qopmuş səthinə çəkilməsi.

Bilməlidir: ağac, kol və başqa bitki növlərini, onların xassə və xüsusiyyətlərini, toxumun səpilmə və şitilin əkilmə üsulunu, bitkilərin sulanma vaxtını və normasını, bitkiləri əkmək, köçürmək və calamaq üsullarını, çeşidlərin, peyinin və dezinfeksiya məhsulları növlərinin xüsusiyyətini, onların tətbiq üsullarını, bağ-bostan alət və inventarlarından istifadə qaydasını.

12. Bağban

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müəssisə və təşkilatların yaşıllaşdırılacaq sahələrində rəsm və eskizlər üzrə qazonların, klumb və sahələrin bədii tərtibatı. Əkiləcək materialların hazırlanması. Xalçaya oxşar qazonların, çiçəkliklərin forma ilə kəsilməsi, ağac çətirlərinin və kolluqların biçilməsi. Ağacların soyuqdan qorunması, əhəng məhlulunun çəkilməsi, calaqların və ağacların qopmuş yerlərinin bağ palçığı ilə malalanması. Toxum və şitil yığılması və növlərə ayrılması. Oranjereya və parnik təsərrüfatının təşkili və aparılması. Parnik və oranjereyanın havasının dəyişdirilməsi, qızdırılması, səpin və bitkinin üstünün örtülməsi. Yeşiklərin, dibçəklərin, rəflərin hazırlanması və onlara toxum əkilməsi. Cərgələrin qurulması, düzəldilməsi və boşaldılması.



Bilməlidir: aqrotexnikanın və botanikanın əsaslarını, bitkilərə aqrotexniki qulluq qaydalarını, ağac və kolların budama üsullarını, torpağın becərilmə qaydasını və bitkiləri əkmək üçün hazırlıq işinin yerinə yetirilməsini, parnik, oranjereyanın və istilikxanaların istilik rejimini, bitkilərin xəstəliyi ilə mübarizə üsulları və onların qarşısını almaq tədbirlərini.

13. Bilet satıcısı

İşin xüsusiyyəti.

3-cü dərəcə

Müxtəlif nəqliyyat (hava, dəniz, çay, dəmir yolu, avtomobil, şəhər elektrik nəqliyyatı və s.) üçün biletlərin, abunə biletlərinin, minik talonlarının, jetonların, başqa sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi və satılması, teatrlara, kinoteatrlara, sirkə, klublara, parklara, stadiona və başqa tamaşa yerlərinə əl ilə və bilet çap edən maşın və avtomatlardan, satışın avtomatlaşdırılmış sisteminin terminal aparatlarından istifadə etməklə biletlərin satılması və yerlərin qabaqcadan saxlanılması. Kassada satılmış biletlər, abunə biletləri və minik talonları barədə və başqa sərnişin və daşınma sənədlərinin qalığı haqqında məlumat verilməsi. Bilet çap edən, bilet satan və pul xırdalayan avtomatlara xidmət və sərnişinlərin bilet çap edən avtomatlardan istifadə etməsi üçün pulun xırdalanması. Biletlərin (abunə biletlərinin) qabaqcadan sifariş ilə satışının, başqa sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi. Pul vəsaitlərinin, sənəd blanklarının və başqa maddi sərvətlərin alınması, mühafizəsi və təhvilinin müvafiq qayda ilə aparılması. Vətəndaşlar səfərdən, uçuşdan və s. imtina etdiyi hallarda biletlərin geri alınması və bilet pulunun onlara qaytarılması.



Bilməlidir: sərnişin və baqajların müvafiq nəqliyyat növü ilə daşınması qaydasını, təyin edilmiş ödəmə və yığımların və tariflərin tətbiq edilməsi, nəqliyyatın bir növündən başqasına keçdikdə səfər haqqının təzədən hesablanması qaydasını, səfər sənədlərinin formasını, biletlərin güzəştlə satılması qaydasını; vaqonda, gəmidə, avtobusda tamaşa zallarında və s. oturacaq yerlərin sxemini, nəqliyyat qovşaqlarının uyğun sxemlərini; nəqliyyat hərəkət cədvəlini və onun hərəkətinin əsas marşrutlarını, pul vəsaitlərinin, sənəd blanklarının və başqa maddi sərvətlərin alınması, mühafizəsi və təhvil verilməsinə aid təlimatları.

14. Bilet satıcısı

İşin xüsusiyyəti.

4-cü dərəcə

Beynəlxalq, qarışıq, düz (kabotajlı), yerli və şəhərətrafı daşınmalarda nəqliyyatın növləri üzrə sərnişin və daşınma sənədlərinin rəsmiləşdirilməsi və satılması, ekskursiya səfərlərinə və turist reyslərinə, kruiz reyslərinə əvvəlcədən verilmiş sifarişlə kollektiv ərizələrə əsasən «qatarla» gediş-gəliş sənədlərinin tərtilə edilməsi və satışı. Teatrların, kinoteatrların, sirkin, klubların, parkların, stadionların və başqa tamaşa idarələrinin kassaları (kassirləri) arasında bilet və abunə biletlərinin bölüşdürülməsi. Biletlərin satılması haqqındakı kassa hesabatının qəbul olunmuş ardıcıllığa uyğun tərtilə edilməsi. İstifadə olunan avadanlığın qurulması, təmiri və ona xidmət.



Bilməlidir: uçot və hesabatın aparılması üzrə kassa və bank əməliyyatlarının aparılması qaydasını; beynəlxalq və daxili daşınmada nəqliyyat sənədlərinin formasını; xüsusi zonaya səfər üçün biletlərin satışı və rəsmiləşdirilməsi qaydasını; istifadə olunan avadanlığın təyinatını, quruluşunu və xidmət qaydasını; qatarda, avtobusda, təyyarədə, gəmidə boş qalmış yerlər haqqında məlumat verilməsi qaydasını.

5-ci dərəcə: kassalar arasında yerlərin və biletlərin paylanılması və nəqliyyat yola düşdükdən sonra boş yerlər haqqında məlumat verdikdə.

6-cı dərəcə: xarici valyuta ilə işlədikdə.

15. Binalara, avadanlıq və qurğulara xidmət və onların cari təmiri üzrə fəhlə

İşin xüsusiyyəti.

3-cü dərəcə

Binaların, qurğu və avadanlıqların vaxtından əvvəl xarab olub sıradan çıxmasının qarşısını alan işləri görür, zədə və nasazlıqları aradan götürür. Müayinə siyahısı əsasında tərtilə edilmiş cədvəl üzrə vaxtaşırı il ərzində bina və qurğuların profilaktik və cari təmirini həyata keçirir.



Bilməlidir: xidmət etdiyi qurğu və avadanlığın konstruktiv xüsusiyyətlərini və iş rejimini, təhlükəsizlik və yanğından mühafizə tədbir və qaydalarını təmin edən təlimatları.

4-cü dərəcə: bir qədər mürəkkəb texnikanın, qurğu və avadanlığın təmiri, tənzimlənməsi və saxlanılması işlərini gördükdə.



16. Buraxılış-yoxlama məntəqəsinin növbətçisi

İşin xüsusiyyəti.

2-ci dərəcə

Müəssisənin, idarə və təşkilatın sahəsinə daxil olmaq üçün, müəyyən olunmuş qaydaya uğun olaraq daimi, müvəqqəti və bir dəfəlik icazə vərəqələrinin və yaxud buraxılış sənədlərinin yazılması, rəsmiləşdirilməsi və verilməsi işlərini yerinə yetirir. Jurnalda və yaxud başqa ilkin sənədlərdə verilmiş, geri qaytarılmış buraxılış sənədlərinin, doldurulmamış blankların uçotunu aparır. Müxtəlif növ buraxılış sənədlərinin verilməsi və geri qaytarılması haqqında illik hesabat, buraxılış sənədlərinin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq müvafiq arayış hazırlayır.



Bilməlidir: müəssisə, idarə və təşkilatlarda nizama salınmış buraxılış qaydasını, nizamnamələri, tövsiyələri və başqa rəhbər sənədləri, normativ materialları, icazə vərəqələrinin və yaxud başqa buraxılış sənədlərinin verilməsi qaydasını, geri qaytarılmış icazə vərəqələrinin, blankların alınması, hesabı və saxlanılması qaydasını, əməyin təşkilinin əsasını, daxili nizam-intizam qaydasını; təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarını.

17. Vaqon və konteynerləri plomblayan

İşin xüsusiyyəti.

2-ci dərəcə

Vaqon və konteynerlərin plomblanması işlərinin yerinə yetirilməsi. Plombun açılması və plombun üzərinə möhür vurulması. Əşyaya plombu bağlayarkən məftillə burub bərkidilməsi və yaxud əşyanı plombsuz apararkən xüsusi bağlayıcı alətlərlə bağlanılması. Plombun hər iki tərəfindən möhürün aydın vurulmasının və bağlanılmış məftilin möhkəmliyinin yoxlanılması. Məntəqədə plombun, plomb məngənəsinin və məftilin mühafizə olunması. Məngənənin yağlanması və ona qulluq olunması. Ploblama kitabının tərtibi və s.



Bilməlidir: plomblama və məftilin burulub bağlanılması qaydasını, plombun növünü, bağlanma üsullarını, plombun vurulmasında istifadə olunan alət və avadanlıqları; plomb kitabının və məngənənin mühafizə qaydasını; plomb disklərində nəzarət nişanlarının dəyişdirilməsini; yükün növünü, uçotun aparılması qaydasını, təhlükəsizlik texnikası qaydalarını.

18. Qapıçı

İşin xüsusiyyəti.

1-ci dərəcə

Mehmanxanalarda, çoxmərtəbəli binalarda, kinoteatrlarda, sirklərdə, yeyinti, ticarət və s. yerlərdə qapıların açılıb-örtülməsi, müştərilərin (gəlib-gedənlərin) qəbul edilməsi, onların istənilən yerə (nömrəyə, otağa, zala, şöbəyə və s.) getməsinin istiqamətləndirilməsi, gələnlərin binaya daxil olmaq üçün hüququ olub-olmamasının yoxlanılması, baqajın daşınmasına kömək göstərilməsi, binaya daxil olanlara lazımi məlumatların verilməsi, hüququ olmayanların binaya daxil olmasının və digər xoşagəlməz təsadüfi halların qarşısının alınması. Daxil olanlardan biletlərin toplanılması, ictimai yerlərin qarderob və yaxud tualetlərə nəzarət edilməsi. Sifarişlə taksi çağırılması, giriş qapılarının təmiz və saz vəziyyətdə olmasına nəzarət edilməsi. Nasazlıqlar barədə rəhbərliyə məlumat verilməsi. Siqnalizasiya sisteminin, işıq reklamların saz işləməsinin yoxlanılması və onların yandırılıb söndürülməsi.

Maşın dayanacağına nəzarət. Digər fəhlələrin işinə göz yetirmək.

Bilməlidir: müştərilərə xidmət qaydasını, şöbələrin, seksiyaların, ticarət zallarının yerləşməsini, taksi sifariş etmək, təcili yardım maşını, yanğın komandasını çağırmaq üçün telefon nömrələrini, yaxınlıqda yerləşən yeməkxana, ticarət, kommunal təsərrüfat və s. müəssisələrin ünvanlarını, yanğından mühafizə və siqnalizasiya vasitələrinin yerləşməsini və onlardan istifadə qaydasını, gigiyena qaydalarını.

2-ci dərəcə: böyük mehmanxanalarda qapıçı işlədikdə.



19. Qarderobçu

İşin xüsusiyyəti.

2-ci dərəcə

Üst paltarın, papaqların və başqa şəxsi əşyaların müəssisə (idarə) işçilərindən və ya müştərilərdən qəbulu və təhvil verilən əşyaların qorunmasının təmin edilməsi. İşçilərin və ya müştərilərə əşyaların mühafizə yerinin nömrəsini göstərən jetonun verilməsi və jeton təqdim olunduqda mühafizə üçün verilən əşyaların geri qaytarılması. Qarderob ərazisinin səliqəli və təmiz saxlanılmasının təmin edilməsi.

Əlillərə və qocalara soyunub geyinməkdə yardım göstərilməsi.

Bilməlidir: şəxsi əşyaların mühafizə və qəbulu qaydasını, jeton itdiyi halda sənədlərin rəsmiləşdirmə qaydasını, müəssisənin (idarənin) iş rejimini.

20. Qiymətli metal və xammal qəbulçusu

İşin xüsusiyyəti.

3-cü dərəcə

Qızıldan olan köhnə diş protezlərinin, sikkə və qırıntıların qiymətli metallar zavoduna yola salınması. Tərkibində qiymətli metal olan tullantıların Dövlət Fonduna təhvil verilməsi. Qızıldan və başqa bahalı metaldan olan diş protezlərinin hazırlanma prosesində (tibbi qeyd şöbəsindən və anbarlardan diş texniki laboratoriyasına, kabinetlərə keçməsi və geri qayıtması) iştirak etmək. Hazır məhsulun çəkilməsi, ona məzənnə qoyulması və sifarişçinin iştirakı ilə çəkisinin yoxlanılması.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin