94) Rektal süni qidalanma nə vaxt əks-göstəriş sayılır?
A) Orqanizm çox su itirdikdə
B) Anusda çatlar olduqda
C) Qida borusunun tam keçməməzliyində
D) Mədədə aparılan operasiyadan sonra
E) Massiv yanıqlar zamanı
Ədəbiyyat: N.R Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.130 “ Çıraq ” 2008.
95) Xəstənin dərmana həsaslığını yoxlamaq üçün iynə hansı nahiyəyə vurulur?
A) Əzələ daxilinə
B) Dəri içinə
C) Göstərilən bütün nahiyələrə vurmaq olar
D) Vena daxilinə
E) Dəri altına
Ədəbiyyat: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh.48 “ Çıraq”2008.
96) Dərialtı inyeksiyadan sonra inyeksiya yeri bərkidikdə aşağıda sadalanan tədbirlərdən hansı əks- göstəriş sayılır?
A) Bərkiyən nahiyəyə yod sürtmək
B) Bərkiyən nahiyəyə isti kompres qoymaq
C) Bərkiyən nahiyəyə 40 %-li spirtlə isidici kompres qoymaq
D) Bərkiyən nahiyəyə isitqac qoymaq
E) Bərkiyən nahiyəyə buz qovuğu qoymaq
Ədəbiyyat:: N.R.Paleyevin redaktəsi ilə “ Tibb bacısının məlumat kitabı ”. Səh. 48 “ Çıraq ”2008.
97) Qıcolma sindromu zamanı hansı dərman preparatının istifadəsi daha məqsədəuyğundur?
A) Kalium-yodid
B) Vikasol
C) Kamfora
D) Kordiamin
E) Seduksen, relanium
Ədəbiyyat:: М.Д.Машковский. «Лекарственные средства». Част I. Москва «Медицина» 1986. Стр. 69-70
Dostları ilə paylaş: |