316) Göstərilənlərdən hansı öd durğunluğuna səbəb olmur?
A) Hamiləlik
B) Az hərəkətli həyat tərzi
C) İdmanla müntəzəm məşgul olmaq
D) Qida qəbulunun seyrək olması
E) Piylənmə
Ədəbiyyat: : Daxili xəstəliklər. F.İ.Komarov ; V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 439. Bakı. “ Təbib “ 1998
317) Xoranın hansı ağırlaşması penetrasiya adlanır?
A) Çapıqlaşması
B) Deşilməsi
C) Qanaxma verməsi
D) Xərçəngə çevrilməsi
E) Qonşu orqana keçməsi
Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes ; A.S.Smetnyovun redaktəsi ilə. Səh. 326. Bakı.“Təbib“1998
318) 42 yaşlı kişi feldşerə müraciət edib. Obyektiv müayinə zamanı bədən temperaturu 37,3 dərəcə , ümumi vəziyyəti qənaətbəxşdir.Skleralar və yumşaq damaq subikterikdir( zəif sarılıq). Dilin üzəri sarıyaçalan ərplə örtülüdür.Palpasiyada qarnı yumşaq , sağ qabırğaaltı zəif ağrılıdır. Qaraciyər sağ qabırğaaltından 3 sm çıxıb. Dalaq əllənmir.Anamnezə görə 10 il əvvəl kəskin viruslu hepatit keçirib. Xəstəyə ilk olaraq hansı diaqnozu qoymaq olar?
A) Qaraciyər sirrozu
B) Mədə xərçəngi
C) Kəskin pankreatit
D) Kəskinləşmə mərhələsində olan xroniki hepatit.
E) Kəskin qastrit
Ədəbiyyat: : Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 408. Bakı.“Təbib“1998
319) Feldşer 66 yaşlı xəstə qadına baxmaq üçün evə çağırılıb.Xəstə sağ qabırğaaltında olan , sağ çiyinə , sağ kürəyə vuran güclü ağrıdan , ürəkbulanma və qusmadan şikayət edir. Ağrılar gecə ,qəflətən başlayıb . Axşamüstü yağlı ət yeyib.Belə ağrılar ilk dəfədir baş verir. Palpasiyada sağqabırğaaltı bərk ağrılıdır və həmin nahiyədə əzələlər gərilib.Xəstəyə hansı diaqnozu qoymaq olar?
A) Qaraciyər çatmamazlığı
B) Böyrək daşı xəstəliyi , böyrək sancısı
C) Qaraciyər sirrozu
D) Kəskin pankreatit
E) Öd daşı xəstəliyi, qaraciyər sancısı.
Ədəbiyyat:Ədəbiyyat:Daxili xəstəliklər.F.İ.Komarov;V.Q.Kukes ;A.S.Smetnyovun redaktəsi ilə. Səh. 445. Bakı. “Təbib“1998
Dostları ilə paylaş: |