FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ


Ekoloji amillərin (faktorların) təsnifatı: biotik və abiotik və antropogen amillər



Yüklə 84,08 Kb.
səhifə9/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
Ekoloji amillərin (faktorların) təsnifatı: biotik və abiotik və antropogen amillər. Ətraf mühitin vəziyyətinə və canlı orqanizmlərə müxtəlif ekoloji faktorlar güclü təsir göstərirlər. Canlı orqanizmlərə bilavasitə və ya bilvasitə təsir edən hər hansı bir mühit ekoloji faktor adlandırılır. Ekoloji faktorları üç kateqoriyaya bölürlər: 1) Cansız təbiət faktoru — abiotik faktor; 2) Canlı təbiət faktoru — biotik faktor; 3) İnsan fəaliyyəti faktoru - antropogen faktor. Orqanizmlərin bu və ya digər faktor təsirinə uyğunlaşması həmin təsirin (faktorun) dövrülüyündən asılı olur. Birinci dövrü faktora yerin fırlanması, ilin fəsillərinin dəyişməsi, gündəlik işıq dəyişməsi və s. aid edilir. Bu faktorlar hələ həyatın yaranması vaxtından əvvəl mövcud olmuşdur. Yaranan orqanizmlər bu şəraitə uyğunlaşmaq məcburiyyətində qalaraq onlara uyğunlaşmışlar. İkinci dövrü faktora, ətraf mühitin temperaturu, nəmliyi, atmosfer çöküntüləri və s. aid edilir. Dövrü olmayan faktorlara təbii fəlakətlər və texnogen xarakterli faktorlar aid edilir.

Yer üzərindəki abiotik faktorlar:

- İşıq. Günəşdən gələn şüanın 47%-ni görünən spektr təşkil edir. Bu spektrdə dalğaların uzunluğu 380-750 nm-ə bərabərdir. 45% günəş şüası narıncı, qırmızı şüalardır ki, bunlar fotosintez üçün böyük rol oynayır. Dalğasının uzunluğu 750 nm-dən çox olmayan infraqırmızı şüalar heyvan və bitkilər tərəfindən hiss olunmamasına baxmayaraq əsas istilik enerji mənbəyi sayılır. Günəş enerjisinin 7%-i ultrabənövşəyi şüaların hesabına düşür ki, bu spektrda dalğanın uzunluğu 400 nm-dən çox olur.

- İonlaşdırıcı şüalar. Bu şüalar yüksək enerjiyə malikdir. Onlar bir elementin atomundan onun elektronunu çıxarıb başqa bir elementə birləşdirərək mənfi və müsbət ionlardan ibarət cüt yaradırlar. İonlaşdırıcı şüaların mənbəyi radioaktiv maddələr və kosmik şüalardır. Yer üzərinə çatan günəş radiasiyası atmosferin yuxarı sərhəddinə nisbətən az olur. Şüanın udulma dozası “ber” ilə ölçülür. Ber-rentgenin bioloji ekvivalentidir. 1 ber 0,01 Coul/kq-a bərabərdir. İnsan il ərzində orta hesabla 0,1 ber şüaya məruz qalır.

- Atmosfer havasının nəmliyi. Ekoloji baxımdan ətraf mühitdə mövcud olan su məhdudlaşdırıcı fiziki faktordur. Su heyvanat və bitki aləminin əsas kütləsini təşkil edir. Canlı orqanizmlərin 50-80%-i sudan ibarətdir. Bəzi heyvanlarda bu rəqəm hətta 95%-ə çatır. Atmosfer havasında nəmlik dedikdə onun su buxarı ilə doyma dərəcəsi başa düşülür. İnsan həyatı üçün havadakı su buxarının miqdarı 40-60% normal sayılır. Səhralarda bitkilər nəmliyin qənaətlə işlədilməsinə adət edirlər. Onların kökləri uzun, yarpaqları isə xırda olur. Səhra heyvanları su hövzəsinə çatmaq üçün uzun məsafəyə sürətlə qaçmalı olurlar. Onlarda olan piy qatı daxili su mənbəyi rolunu oynayır. Adətən 100 qr piy oksidləşdikdə ondan 100 qr su ayrılır.

- Atmosfer çöküntüləri. Çöküntülər su buxarının kondensasiyası nəticəsində yaranır. Bu çöküntülər yer üzərində suyun dövretməsində böyük rol oynayırlar. Çöküntülərin miqdarından asılı olaraq yer üzərini iki zonaya bölürlər - humid (nəm) və arid (quraqlıq) zonaları.

- Atmosfer havası. Canlı və cansız aləmin mövcudluğunu təmin edən oksigen və karbon qazının havadakı miqdarı müvafiq olaraq 21 və 0,3 % təşkil edir. Bu baxımdan yerüstü ekosistemdə havanın tərkibi (atmosfer havası) nisbətən sabit qalır. Havaya oksigen yaşıl bitkilərdən daxil olur. CO2 günəş və yer üzərində gedən şüalanma proseslərindən yaranır. Atmosferin ozon qatı Yer kürəsini günəş spektrinin ultrabənövşəyi şüalarından mühafizə edir.

- Ətraf mühitin temperaturu. Yer üzərində temperatur əsasən atmosferin istilik rejimi və günəş şüalan ilə yaranır. Temperatur mühitin məhdudlaşdırıcı faktorlarından biridir. Müxtəlif növlərin yer üzərində yerləşməsi (yayılması) və populyasiyalarm sayı temperatur faktorundan köklü surətdə asılıdır. Yer üzərində bitki və heyvanların yerləşdiyi mühitin optimal temperaturu 15-30° C həddində olur. Bəzi bakteriya, su bitkiləri qaynar mühitdə, yəni 70-90°C temperatur mühitində yaşayırlar. Sərt soyuq şəraiti bir çox cücülərin, balıqların və dəniz otlarının həyatlarının dayanmasına səbəb olur (anabioz). Lakin yaz vaxtı don açılanda onlar öz əvvəlki həyat tərzlərini davam etdirirlər. Canlıların öz bədənlərinin temperaturu isə sabit qalır. Bunun üçün onlarda xarici mühitə alışma qabiliyyəti mövcuddur.

- Su hövzələrinin abiotik faktoru. Yer kürəsi səthinin 71%-i okeanların payına düşür. Suyun sıxlığı havanın sıxlığından 800 dəfə, özlülüyü isə 55 dəfə çoxdur. Su hövzəsi axarlığı, şəffaflığı, duzluluğu, temperatur tutumluğu ilə başqa sahələrdən seçilir. Bu xüsusiyyət bakteriyaların, planktonların fotosintez proseslərinə böyük təsir edir.

Ətraf mühitin biotik faktoru. Biotik faktor dedikdə bir orqanizmin digərlərinin həyat fəaliyyətinə təsirləri başa düşülür. Biotik faktorlar əsasən üç istiqamətdə inkişaf edir:



  • Qida əlaqəsilə;

  • Sahə əlaqəsilə;

  • Nəslvermə əlaqəsilə.

Canlılar arasında ən əsas əlaqə qida əlaqəsi sayılır. Bu əlaqə təbii olaraq elə yaradılmışdır ki, eyni ərazidə eyni vaxtda yaşayan heyvanlar bir-birinə qarşı olmur. Qida rəqabəti təbiət tərəfindən tənzim olunur. Məsələn, heyvanlar təbii olaraq gecə və gündüz qruplarına bölünmüş və bununla da qida barəsində bir-birinə mane olmamışlar. Canlıların sahə əlaqələri müxtəlif olur. Onlar növ daxilində güclü, növlərarasında isə zəif olur. Eyni bir sahədə növün fərdləri çoxaldıqda onlar arasında rəqabət artır, yaşayış səviyyəsi aşağı düşür. Müxtəlif növlərin yaşadığı sahədə hər kəsin öz yeni növü olduğu üçün onlar bir-birinə rəqib olmurlar. Nəsilvermə, yəni reproduktiv əlaqə əsasən növ daxilindəki fərdlər arasında gedir. Süni olaraq eyni növ daxilində müxtəlif fərdlər cütləşərək reproduktiv əlaqə yarada bilərlər. Lakin hər bir heyvan özünün irsi nəslini saxlamağa çalışır.

Antropogen faktor dedikdə insanların istehsalat və məişət fəaliyyəti nəticəsində ətraf mühitə edilən təsiri nəzərdə tutulur. İstehsalat fəaliyyəti dedikdə sənayedə, kənd təsərrüfatında, neft-qazçıxarma, dağ-mədən işlərində və s. göstərilən fəaliyyət nəzərdə tutulur.




Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin