FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ


Azərbaycanda ekologiya elminin inkişaf tarixi



Yüklə 84,08 Kb.
səhifə5/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31
Azərbaycanda ekologiya elminin inkişaf tarixi Müasir dövrdə canlı aləmlərin yaşayışını ekologiyasız təsəvvür etmək qeyri-mümkündür. Respublikamızda ekologiya elminin əsas inkişafı keçmiş Sovetlər dövrünə təsadüf edir. Burada ekologiya elminin müxtəlif sahələri rus alimləri və keçmiş Sovetlər ölkəsinin digər respublikalarının alimlərinin tədqiqatları ilə qarşılıqlı əlaqə formasında inkişaf etmişdir. Bundan başqa dünyanın müxtəlif ölkələrindən bir sıra alimlər Qafqazda, o cümlədən Azərbaycanda olduqları zaman respublikanın mövcud ekoloji durumu və elmini az da olsa öyrənmiş və inkişaf etdirmişlər. Onlar ilk növbədə respublikanın faunasını, florasını və təbiətinin digər sahələrini öyrənmişlər. Qafqazın cənub-şərqində bir neçə təbii ərazilərə məxsus olan Azərbaycanın özünəməxsus heyvanlar aləmi var. Heyvanlar aləmi təkamül prosesində mürəkkəb geoloji hadisələrlə zəngin olan uzun dövr ərzində formalaşmışdır. Yerli ərazinin relyefinə, iqlim şəraitinə, torpaq və bitki örtüyünün rəngarəngliyinə uyğun müstəsna zənginliyə malik heyvan aləmi formalaşmışdır. Azərbaycanda ekologiya elminin tarixi inkişafının yazılması prosesində AMEA-nın Botanika, Zoologiya, Coğrafiya, Torpaqşünaslıq və digər institutlarının məlumatlarından da istifadə edilmişdir. Respublikamızın faunası dünyanın bir çox təbiətşünas səyyahlarının diqqətini cəlb etmişdir. Hələ eramızdan əvvəl IV-III əsrlərdə Qobustanda yaşayan ibtidai insanlar qayalar üzərindəki şəkillərdə öküz, maral, at və s. təsvir etmişdilər. Ölkəmizin heyvanlar aləmi haqqında ilk məlumatlara qədim yunan və Roma səyyahlarının (Heradot, Klavdi Elian), coğrafiyaşünasların (Əl İstəhri, Rubrik, Tavernye X-XIl əsrlər), diplomatların (Oleari və s.) əsərlərində, şairlərimizin poemalarında {Nizami, XII əsr; Fizuli XVI əsr) və sairo do rast gəlinir. Ədəbiyyat məlumatlarından görünür ki, respublikamızda heyvanat aləminin öyrənilməsinin başlanğıcını S.Q.Qmelin 1770 vo 1773-cii illərdə qoymuşdur. Bundan başqa respublikamızda olmuş görkəmli təbiətşünaslar {Menetrie, Qoqenaker, Radde, Ber, Orimm, Kessler və başqaları) tədqiqatlar aparmışlar. Tiflisdə 1867-ci ildə Qafqaz muzeyi təşkil olunmuş, onun işçiləri respublikamızın faunasını tədqiq etmişlər. Azərbaycanda heyvanlar aləmini XX əsrin əvvəllərinə qədər xarici alimlər öyrənmişlər. Respublikamızda ilk dəfə 1902-ci ildə Gəncə şəhərinin yaxınlığında Zumabatda taunla mübarizə stansiyası, 1912-ci ildə Bakı ixtioloji stansiya, 1909-cu ildə Yelizavctpol-Zaqatala müvəqqəti cntomoloji kabinet, 1916-cı ildə Bakı-Dağıstan bitki mühafizəsi bürosu təşkil edilib. SSRİ EA Zaqafqaziya filialının Azərbaycan şöbəsi 1932-ci ildə yaradılır və burada əvvəlcə quru faunası, sonra isə ev heyvanlarının öyrənilməsi seksiyaları fəaliyyət göstərir. Azərbaycanda heyvanlar aləminin elmi cəhətdən öyrənilməsinə 200 il öncə, planlı və sistemli tədqiqi isə 1920-ci ildən onun ərazisində zooloji 23 profilli müvafiq elmi qurumların yaradılmasından sonra geniş miqyasda tədqiq edilməklə başlanılmışdır. Heyvanlara olan ıııaraq hələ ilk insanın onları ovladığı dövrdən başlanmışdı. insanlar bu zaman vəhşi heyvanları ovlamaqla onların yaxşı-pis əlamətlərini, harada məskunlaşdıqlarını və onların davranış xüsusiyyətlərini öyrənmişlər. Onların həyat tərzi, davranışı, çoxalması kimi biliklərə yiyələnən ilk insanlar heyvanları daha asan yolla ovlamaq imkanına malik olmuşlar. Sonralar vəhşi heyvanların əhliləşdirilməsi istiqamətində aparılmış ilk şüurlu əməli tədbirlər bu sahənin inkişafına təkan vermişdir. Respublikamızda Elmlər Akademiyasının nəzdində Zoologiya İnstitutunun yaradılması nəticəsində, onun elmi əməkdaşları faunamızın öyrənilməsində müstəsna rol oynamışlar. Onlardan M.Ə.Musayev, T.K.Mikayılov, Y.Y.Yolçiev, S.V.Əliyev, S.R.İbrahimov tərəfindən respublikanın müxtəlif bölgələrində protozooloji və parazitaloji tədqiqatlar, S.P.Tarbinski, N.H.Səmədov, S.V.Əliyev, A.Ə.Abdinbəyova, F.Q.Ağamalıyev, Ş.M.Cəfərov, R.M.Əffəndi, L.M.Rzayeva, R.L.Sultanov və başqaları tərəfindən entimoloji tədqiqatlar, K.İ.Skryabin, P.P.Popov, S.M.Əsədov, H.Ə.Qasımov, İ.Ə.Sadıqov tərəfindən helmintoloji və Q.Ə.Qasımova tərəfindən fıtohelmintoloji tədqiqatlar aparılmışdır. Professor R.L.Sultanov 1970-ci illərdən bu günə qədər respublikamızda arıçılıq sahəsi üzrə fundamental tədqiqat işləri aparmışdır. O, respublikamızda arıçılıq sahəsi üzrə ilk və yeganə chıılər doktoru olmaqla, dünya miqyasında Qafqaz bal arılarının biologiyasının öyrənilməsi sahəsində görkəmli xidmətləri olan, bu sahəni qiymətli tədqiqatları ilə zənginləşdirən alimlərimizdəndir. Azərbaycanın zəngin faunasının öyrənilməsində və 29 minə yaxın heyvan növünün müəyyənləşdirilməsində MEA-nın Zoologiya İnstitutunun əməkdaşlarının, digər ali məktəb və tədqiqat müəssisələrinin alimlərinin müstəsna rolu olmuşdur. Biologiya elmləri doktoru, professor Q.T.Mustafayev biockologiyanın inkişafında müstəsna xidmətləri olan təcrübəli alimlərdəndir. Apardığı elmi tədqiqatlarda o, ekologiya elminin digər elmlərlə, o cümlədən zoologiya ilə inteqrasiyası məsələlərinə xüsusi diqqət yetirmişdir. Onun müəllifi olduğu «Təbiətin qorunması», «Ekologiya sxemlərdə», «İnsanın ekologiyası», «Ekoloji hüquq», «Ekologiya», «Ümumi ekologiya», «İnsanın uğurları və problemləri» və s. bu kimi əsərlər müasir ekologiya elmini öyrənənlər və ekologiyanın qorunmasına təşəbbüs göstərənlər üçün dəyərli mənbədir. Ekoloq kadrların yetişdirilməsində də onun xidmətləri əvəzsizdir. Biologiya elmləri doktoru N.A.Sadıqovanm respublikamızın omitologiyaya dair ekoloji elmin inkişafında rolu əvəzsizdir. Apardığı ardıcıl tədqiqatlar nəticəsində N.A.Sadıqova «Omitofaunanın çoxparametrli ekoloji qiymətləndirilməsinə dair konsepsiya hazırlamışdır. Bioloji müxtəlifliyin və onun genetik fondunun qorunması məqsədilə son 10 ildə təbii sərvətlərin ekoloji qiymətləndirilməsi aparılır, ekoloji qanunçuluq və onun icra mexanizmi yaradılıb inkişaf etdirilir, xüsusi rejimlə qorunan ərazilərin reprezentativliyi təmin olunur. Faktlar göstərir ki, quşların qorunmasına və səmərəli istifadəsinə dair əsas tədbirlər ornitocoğrafi rayonların konkret tələbatından irəli gəlməlidir. B.c.d. N.A.Sadıqovanm «Azərbaycanda antropogen faktorların quşlara təsirinin kompleks ekoloji qiymətləndirilməsi» mövzusunda doktorluq dissertasiyasında bu sahədə aparılan clıni-tədqiqat işləri xüsusi yer tutur. N.A.Sadıqova ilk dəfə olaraq antropogen faktorların heyvanlara təsirinin kompleks ekoloji qiymətləndirilməsinin aparılmasını məqsədəuyğun hesab edərək onun həyata keçirilməsinin metodikasını hazırlamışdır. Sovet dövründə aparılan tədqiqat işlərinin iqtisadi səmərəliliyi hesablanırdı. Amma bu səmərəliliyi bioloji yönümlü tədqiqatlara aid etmək mümkün deyildi. N.A.Sadıqovanm irəli sürdüyü «Kompleks ekoloji qiymətləndirilmə» metodikası bu çatışmazlığı aradan qaldırır. Respublikanın florası. Bitkilər və bitki örtüklərilə xarici miihit amillərinin və canlıların qarşılıqlı əlaqəsini öyrənən elmə bitki ekologiyası deyilir. 25 Qədim dövrlərdən insanlar yabanı bitkilərin toplanması, istifadə edilməsi və becərilməsi zamanı bitkilərin mühitə münasibətlərini, müəyyən yaşayış şəraitinə uyğunlaşmalarını öz təcrübələrində əldə etmişlər. Onlar ilkin mərhələlərdə nəinki müşahidələr aparmışlar, hətta özlərinə məxsus ekoloji təsnifatın başlanğıcını vermişlər. Bitkiləri rütubətli, qurşaq, dağ, düzən və s. bitki qruplarına bölmüşlər. Orta əsrlərin başlanğıcında bitki aləmi haqqında çox az məlumatlar olmuşdur, insanlar onları yemək və dərman məqsədilə toplamış və becərməyə meyl göstərmişlər. Əhalinin sürətli artımı və texnikanın inkişafı mövcud təbii sərvətlərdən geniş və səmərəli istifadə etməyi qarşıya məqsəd qoyur. Bu hadisə təbiətdən düzgün istifadə etməyi tələb edir. Bitki ekologiyası insanlara tobiotdən və onun sərvətlərindən düzgün və səmərəli istifadə etməyin əhəmiyyətini göstərir. Mütəxəssislər göstərirlər ki, dünyanın ekoloji böhranı hazırda kəskin vəziyyət almışdır. Respublikamızda da meşələr məhv edilir, əkinə yararlı torpaqlar sıradan çıxarılır, torpaqların səhralaşması prosesi gedir və nəticədə mövcud bitki növləri məhv edilir. Botanika təbiət elmlərindən biri olub, floranın öyrənib dərk edilməsinə xidmət edir. Cəmiyyətinin formalaşdığı ilk dövrlərdən insanlar bitkilərlə daima təmasda olmuş, onları formasına, dadına, zəhərli olub olmamasına, yeyilməsinin mümkün olmasına və müalicəvi məqsədinə görə müxtəlif qruplara ayırmışlar. Beləliklə, bitkilər insanları ilk növbədə praktik əhəmiyyətinə görə özünə cəlb etmiş və bundan sonra onları öyrənməyə başlamışlar. Botanika elmi Hollandiya alimləri Harts və Zoxuriya Jansenlər (1590) optik linzalan, Robert Нik isə (1665) hüceyrəni ilk dəfə kəşf etdiyi vaxtdan bugünkü günə qədər böyük inkişaf dövrü keçmişdir. Bitki aləminin öyrənilməsinə respublikamızda XVIII əsrin sonunda başlanılmışdır.


Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin