FəNN: ekologiya mövzu 1: ekologiyanin əsas anlayişlari və SİstemliLİYİ


Ekologiyanın müasir bölmələri və əsas problemləri, digər elmlərlə qarşılıqlı əlaqəsi. Ekologiyanın təcrübi əhəmiyyəti



Yüklə 84,08 Kb.
səhifə3/31
tarix01.01.2022
ölçüsü84,08 Kb.
#104983
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   31
Ekologiyanın müasir bölmələri və əsas problemləri, digər elmlərlə qarşılıqlı əlaqəsi. Ekologiyanın təcrübi əhəmiyyəti. Hazırda elmi-texniki tərəqqinin sürətlə inkişafı ilə əlaqədar təbii ehtiyatların mühafizəsi məsələlərinin həlli müasir ekologiyaya olan maraq dairəsini daha da artırmışdır. Bununla əlaqədar ekologiya elminin xüsusi sahələri meydana gələrək sürətlə inkişaf etməkdədir: bitkilərin ekologiyası, torpağın ekologiyası, coğrafi ekologiya, heyvan ekologiyası, mikroorqanizmlərin ekologiyası, suların, dənizlərin ekologiyası, atmosferin, hidrosferin ekologiyası, kənd təsərrüfatının, sənayenin, nəqliyyatın, şəhərlərin ekologiyası, ekoloji biologiya, geokimyəvi ekologiya, mədəniyət ekologiyası, sosial ekologiya və onun qolu olan insan ekologiyası, kosmik ekologiya və s. Bu göstərilən ekoloji sahələr ümumi ekologiyanın müstəqil bölmələri olub nəzəri və tətbiqi ekologiyaya bölünür. Bioloji elm kimi ekologiyanın əsas, ənənəvi hissəsi bioloji varlıq kimi insan da daxil olmaqla bütün canlı orqanizmlərin mühitlə qarşılıqlı əlaqələrini öyrənən ümumi ekologiyadır. Həyatın təşkil səviyyəsinə görə ümumi ekologiyanın tərkibində aşağıdakı bölmələri ayırmaq olar:

  • ayrılıqda götürülmüş orqanizmin (növün,fərdin) ətraf mühitlə fərdi əlaqələrini tədqiq edən AUTEKOLOGIYA;

  • əsas vəzifəsi ayrı-ayrı növlərin populyasiyalarının struktur və dinamikasını öyrənməkdən ibarət olan populyasiya ekologiyası (DEMOEKOLOGIYA);

  • populyasiyaların, birliklərin və ekosistemlərin ətraf mühitlə qarşılıqlı əlaqələrini tədqiq edən sinekologiya (BIOSENOLOGIYA).

Əgər ayrılıqda bir orqanizm onun mühitlə fərdi əlaqəsi, davranışı tədqiq olunursa, deməli o sistemin digər komponentlərindın təcrid olunur və sistemdən kənarda (aut-kənar) baxılır ki, bununla da autekologiya məşğul olur. Yəni, autekologiya fərdin mühitlə qarşılıqlı əlaqələrini öyrənir.

Müasir dövrdə elmi və texniki tərəqqinin inkişafı ekologiyanın insan həyatının hərtərəfli öyrənilməsində mühüm əhəmiyyət kəsb etməsinə səbəb olur. Ekologiya elmi öz xüsusiyyətlərinə görə bütün sahələrdə: təbii ehtiyatların qorunub saxlanılmasında, insan sağlamlığının ətraf mühitlə qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsində əsas mənbədir. Ekologiya sayəsində kənd təsərrüfatında və təbii sərvətlərdə (meşə, səhra, çəmən) olan ziyanvericilərə qarşı mübarizə sistemini təkmilləşdirməklə, bioloji, aqrotexniki və kimyəvi üsullardan istifadə etməklə biogeosenozda müəyyən növlərin miqdarı artırılır. Təbii bitkiliyin və heyvanat aləminin artırılmasında ekologiyanın müvafiq təcrübi tədbirlərinin hazırlanması böyük əhəmiyyət kəsb edir.




Yüklə 84,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin