Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri Mövzu Humanitar yardım təşkilatları



Yüklə 28,34 Kb.
səhifə2/6
tarix05.01.2022
ölçüsü28,34 Kb.
#111075
1   2   3   4   5   6
İnkişaf etməkdə olan ölkələr qısaca İEOÖ— bu ölkələrə Asiya, Afrika, Latın Amerikasında yerləşən 150-yə qədər ölkə aid edilir. Bu ölkələrin əksəriyyəti tarixən müstəmləkə olmuşlar. Onların əksəriyyəti hazırda da iqtisadi cəhətdən asılı vəziyyətdədir. İEOÖ iqtisadi və sosial inkişaf səviyyələrinə görə çox geri qalırlar. İqtisadiyyatın mineral-xammal və aqrar-xammal istiqaməti bu ölkələr üçün səciyyəvidir. İEOÖ-də urbanizasiyanın səviyyəsi əsasən aşağı olur, əhalinin təbii artımı yüksəkdir, həyat səviyyəsi aşağıdır.

İEOÖ-in təsərrüfatında faydalı qazıntıların hasilatı və satışı mühüm yer tutur. Bu qrup ölkələrə mineral-xammal ölkələri deyilir. İEOÖ-in əksəriyyəti üçün kənd təsərrüfatı məhsullarının Honqkonq şəhəri hazırda dünyanın əsas iqtisadi mərkəzlərindən biridir becərilməsi, onların xammal kimi ixracı da aiddir. Belə ölkələr aqrar-xammal ölkələri adlanır.

İEOÖ arasında böyük fərqlər olduğuna görə onları aşağıdakı kimi qruplaşdırırlar:


  • Əsas ölkələr (Braziliya, Meksika, Hindistan və Çin) güclü potensiala malikdir, ÜDM-in miqdarına görə dünyada ilk 20 ölkə sırasına daxildir, hər nəfərə düşən ÜDM-ə görə isə İEOÖ-lərlə eyni sırada dururlar. Bəzi emal sənayesi sahələri yüksək texnologiyaya əsaslanan məhsullar istehsal edir.

  • Neft ixrac edən ölkələrdə onun satışından əldə edilən gəlirlər hesabına hər nəfərə düşən ÜDM 10-15 min dollardan çoxdur. Onlara Səudiyyə Ərəbistanı, Küveyt, BƏƏ, Qətər, Oman və Bəhreyn aiddir.

  • Yeni sənaye ölkələri (YSÖ) güclü emal sənayesi sahələrinə malikdirlər və nisbətən yüksək iqtisadi inkişaf səviyyəsinə görə fərqlənirlər. XX əsrin 70-80-ci illərində əsasən Asiyada yerləşən ölkələr sosial-iqtisadi inkişaf tempinə görə qabaqcıl yer tutmuşlar. YSÖ xarici investisiya, idxal edilən texnologiya, nisbətən ucuz və ixtisaslı işçi qüvvəsi hesabına son vaxtlarda elmtutumlu sənaye məhsulları istehsal edirlər. Yeni sənaye ölkələrinə İndoneziya, Tailand, Malayziya, Filippin, Uruqvay, Çili, Argentina və s. aiddir.

Keçid dövründə olan ölkələrin bir hissəsi son vaxtlarda müstəqillik əldə etmiş, digərlərində siyasi sistem dəyişmişdir. Bu qrupa Şərqi Avropanın, Asiyanın keçmiş və hazırkı sosialist ölkələri aiddir.

Hal-hazırda dünyanın 37 ölkəsi, o cümlədən 28 Afrika dövləti, ilk növbədə, El-Niyo iqlim fenomeninin səbəb olduğu quraqlığın uzun sürən nəticələri kimi xaricdən gələn qida yardımına ehtiyac duyurlar.

Afrika qitəsində ən çətin vəziyyətdə olan ölkələr aşağıdakılardılar;

Somali, Nigeriya, Liviya, Keniya, Cibuti, Burundi, Mərkəzi Afrika Respublikası, Çad və Cənubi Sudan

Müstəqillik əldə etdikdən sonra Afrika ölkələrinin iqtisadi inkişafı üçün rahat şərait yarandı. Müasir dövrdə Afrika müxtəlif dövlət hakimiyyəti forması və müxtəlif iqtisadi səviyyə ilə müstəqil ölkələrin konqlomeratını özündə əks etdirir. Bu ərazidə mineral və təbii ehtiyatlar coğrafi cəhətdən son dərəcə qeyri-bərabər bölünüb. Qara metal, enerji (yanacaq), o qədər də çox olmayan neft ehtiyatlarına yalnız Misir, Liviya, Əlcəzair, Nigeriya, Kamerun, Konqo, Anqola kimi ölkələr malikdir.Burada hidroenerji (dünya ehtiyatlarının təxminən 44 %) ehtiyatları həmçinin əlvan metallar-sink, qalay, qızıl, gümüş,almaz, ehtiyatları ilə zəngindir. Qızılın çıxarılması dünya üzrə 55 % , almazın çıxarılması 95 %-dən çoxdur.Zəif inkişaf etmiş ölkələrin  mineral xammal bazarları qiymətləri böyük enib-qalxması nəticəsində (bu zaman tələb gölənilmədən artır və ya azalır) depresiya vəziyyətindədir. Nəticədə konvertləşən valyutaların alınma ( daxilolma) mənbələrinin qeyri sabitliyi yaranır.İnkişaf etməkdə olan ölkələrin iqtisadi asılılığı iqtisadi gerililiyi konkret öxünə məxsus faktlara əsaslanır.Bunlar əsasən aşağıdakılardır:


  1. Azad olan gənc dövlətlər öz məhsullarının dünya bazarında reallaşdırılmasından (satışından) bilavasitə asılılıqda olurlar. Həm də bu məhsullar qərbin inkişaf etmiş sənaye ölkələrinin  tələbindən asılıdır.

  2. Bu ölkələrinin  əksəriyyətinin iqtisadiyyatında xarici kapital vacib mövqe tutur.İqtisadı asılıq və iqtisadi gerililik-postmüstəmləkə dövründə inkişaf etməkdə olan ölkələrin dünya təsərüfatının əmək bölgüsü sisteminə qoşulcağında mürəkkəb maneədir.

Bu ölkələrə nəzəri konsepsiyalar, o cümlədən neoliberal (neoklassik) konservatik ideyalarla təsir göstərilir. Qərb ölkələri zəif inkişaf etmiş ölkələri dövlət sektorunu azaltmaq və özəl sahibkarlığı inkişaf etdirmək üçün həvəsləndirmək (denosionalizasiya) yolundadırlar. Lakin bu yol da hələlik elə bir səmərə vermir. Eyni zamanda borclar artır, qərb bankları isə dahada varlanırlar. 

Afrika ölkələri üçün bir neçə Afrika dövlətinə məxsus müştərək firmaların böyük sayda mövcudluğu xarakterikdir. Bu firmaların subregional və ya ikitərəfli əsaslarla yaradılır. Bu cür firmalara maliyyə-bank sistemində, nəqliyyat və rabitə sahələrində, eləcədə bir sıra digər sənaye sahələrində rast gəlmək olar.


Zəif inkişaf etmiş ölkələrdə təkrar istehsal prosesi kredit, borc və digər subsidiyalar şəkilində olan xarici mənbələr hesabına baş verir. Bu təsir xarici texnika və texnologiyanın importunda hiss olunur ki, təbii olaraq bo ölkələri inkişaf etmiç ölkələrdən texnoloji asılıqda saxlayır. Eyni zamanda dünya iqtisadi mərkəzləri üçün vacib əmək resursları olaraq zəif inkişaf etmiş ölkələrin işçi qüvvəsinən istifadə olunur.Bu ölkələrdən çıxanlardan qeyri ixtisaslı işçilər və fəhlələr  kimi  istifadə olunur.
İnkişaf etməkdə olan ölkələrə inkişaf etmiş ölkələrin dərinləşən problemlərin həllini və ziddiyyəti ötürmək tendensiyası parlaq şəkildə müşahidə olunur. Əsasən xammal sahəsində, enrgetika, ətraf mühitin qorunması, məşğulluq, valyuta münasibətləri sahələrində daha çox müşahidə olunur. Sənaye istehsalı qeyri bərabər inkişaf edir. Hasilat sənayesində artım tempi daha sabitdir.Bu sahələr sənaye istehsalının ümumi həcmində böyük yer tutur və inkişaf əsasən eksporta orentasiya edir. Emal sənayesi ayrı-ayrı qabaqcıl ölkələrdə daha uğurla inkişaf edir (Əlcəzair, Misir, Mərakeş və başqaları). Digər ölkəlrdə isə bu proses ləng gedir. Afrika və Asiya ölkələrinin sənayesinin inkişafını xarakterizə edəndə onu da qeyd etmək lazımdır ki, ölkədə hər şeyə daxili bazarın məhdudluğu (və yaxud darlığı) və sənaye strategiyası üzrə ölkələr arası kordinasiyanın yoxluğu təsir göstərir.


Yüklə 28,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin