Fənn: Fəlakət hallarında humanitar logistika və nəqliyyat servisləri Mövzu Humanitar yardım təşkilatları


Afrika-Asiya ölkələrinin xalq təsərrüfatının strukturu



Yüklə 28,34 Kb.
səhifə3/6
tarix05.01.2022
ölçüsü28,34 Kb.
#111075
1   2   3   4   5   6
Afrika-Asiya ölkələrinin xalq təsərrüfatının strukturu. Zəif inkişaf etmiş ölkələrin əksəriyyətində başlıca sahə kənd təsərrüfatıdır. Lakin son vaxtlara qədər Afrika-Asiya ölkələri dünya bazarında uyğun məhsulun (yəni kənd təsərrüfatı məhsulunun) göndəricisi kimi deyil, əksinə istehlakçısı kimi çıxış edirlər. Bu ölkələr daima ərzaq defisiti ilə üzləşirlər ki. Bu da təbii olaraq  onların importuna səbəb yaradır. Çay, qənd və digər qida məhsullarına təlabat onların xaricdən gətirilməsinə əsas yaradır. Maldarlıq yerli əhəmiyyət kəsb edir, yerli qoyunçuluğun inkişafı və yun istehsalı yalnız XX əsrdə aktiv şəkil almışdır.
Regionun iqtisadi geriliyi ümumdaxili məhsulun strukturunda da özünü büruzə verir. Region üzrə orta hesabla ümumdaxili məhsulun yalniz 27%-i sənayedə istehsal olunur, kənd təsərrüfatının payına isə 32% düşür. Emal sənayesinin payı ümumdaxili məhsul istehsalında cəmi 11% təşkil edir. Yeri gəlmişkən, böyük bir qrup ölkələrində bu göstərici daha azdır. Məsələn: Cibutidə 1.8% , Əlcəzairdə  2.1% Tanzaniyada 3.5%  və s. Regionda xidmət sferası böyük yer tutur (UDM-nun 38% -i qədər ). Lakin, elm, təhsil, səhiyyənin rolu o qədər də nəzərə çarpmır.       
Aşağı həyat tərzi və sosial sfera zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatının xarakterik cizgisidir. Bu qəbildən olan ölkələrin əksəriyyəti “aşağı gəlirli ölkələr” kateqoriyasına daxildir. Orta ömür müddəti ”ən az inkişaf etmiş” kateqoriyaya daxil olan tropik Afrikanın 26 dövlətində (Birləşmiş Millətlər Teşkilatının metodologiyası üzrə müəyyən edilib) 50 ildən azdır. İqtisadiyyatın struktur nöqteyi-nəzərincə əksər ölkələr üçün hasilat sənayesinin kend təsərrüfatının əhəmiyyətli rolu xarakterikdir. Bəziləri təbii coğrafi resursların yoxluğu üzündən inkişafın monokultur (dar ixtisaslaşma) xarakterinə malikdirlər.

Bütövlükdə inkişaf etməkdə olan dünya ölkələrində vəziyyət birmənalı deyildir. İnkişaf etmiş ölkələr keçmiş SSRİ-nin bəzi respublikalarına böyük yardım göstərmək məcburiyyətində oldular. Bu isə şübhəsiz olaraq “rəqabət” yaradır. Yəni, əksər zəif inkişaf etmiş ölkələrin vəziyyəti isə acınacaqlı hal alır. Ərzaq təminatı və yığım problemi ciddi sürətdə qarşıya çıxmaqla zəif inkişaf etmiş ölkələri inkişaf etmiş ölkələrdən böyük asılılıqda saxlayır. Xarici ticarət dövriyyəsinin strukturunda xammal məhsulları üstünlük təşkil edir. Neft, qaz, kakao, kofe, daha doğrusu,dünya bazarının konyukturasından daha çox asılı olan məhsullar xarici iqtisadi fəaliyyət Afrika-Asiya ölkələrinin qorunmayan iqtisadiyyatlarını çətin şəraitə salır. Afrika ölkələrinin dünya ticarətində olan payı o qədər də əhəmiyyətli deyildir (təxminən 5%-ə yaxın təşkil edir). Bu hal Afrika daxili ticarətə də şamil edilir. Belə ki, inkişaf yetərincə zəifdir, bu isə qitədə inteqrasiya proseslərinin lazımi səviyyədə inkişaf etməsinə işarə edir.




Yüklə 28,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin