Iqtisadi inteqrasiya qarşılıqlı əlaqədə olan tərəflər üçün bir sıra əlverişli şərait yaradır.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, inteqrasiya əlaqələri təsərrüfatçılıq edən subyektlər (firmalar) üçün maddi, əmək və maliyyə ehtiyatlarından, ən yeni texnika və mütərəqqi texnologiyadan istifadə olunmasına, yüksək key-fiyyətli məhsullar hazırlanmasına imkan verir.
Ikincisi, region ölkələrinin iqtisadi cəhətdən bir-biri-lərinə yaxınlaşmaları və iştirakçı ölkələrin firmaları üçün imtiyazlı şərait yaradır, onları başqa ölkələrin firmalarının rəqabətindən müəyyən dərəcədə qoruyur.
Üçüncüsü, inteqrasiya əlaqələri onun iştirakçılarına daha kəskin sosial problemləri (məsələn, ayrı-ayrı rayonla-rın inkişaf şəraitinin bir-birinə yaxınlaşması və son nəticədə bərabərləşməsi, əmək bazarında vəziyyətin "yumşaldılması", əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi, səhiyyə sisteminin, əmək mühafizəsi və sosial təminatın daha da inkişaf etdirilməsi və s.) birlikdə həll etməyə imkan verir.
Lakin milli təsərrüfatlar arasındakı qarşılıqlı əlaqələr müxtəlif miqyasda və intensivlikdə inkişaf edir. Odur ki, bu prosesi müəyyən edən obyektiv amilləri nəzərdən keçirmək lazımdır. Başqa sözlə, inteqrasiya prosesi bir sıra amillərlə müəyyən edilir ki, bunların içərisində də əsas yeri aşağıda-kılar tutur: 1) Təsərrüfat həyatının qloballaşması; 2) Beynəl-xalq əmək bölgüsünün dərinləşməsi; 3) Elmi-texniki inqila-bın xarakteri; 4) Açıq milli iqtisadiyyata geniş yer verilməsi.
Bu amillər bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır. Belə ki, müasir dövrdə BƏB əsasında ölkələr, xüsusilə də onların firmaları arasında sabit iqtisadi əlaqələrin inkişafı qlobal xarakter almışdır. Milli iqtisadiyyatların daha çox açıq xarakter daşıması, transmilli korporasiyaların fəaliy-yətlərinin, ETI-nin, beynəlxalq ticarətin, kapitalın hərəkə-tinin, müasir nəqliyyat, rabitə və informasiya sistemlərinin geniş miqyas alması təsərrüfat həyatının beynəlmiləlləşmə-sinin elə bir səviyyəyə gəlib çıxmasına səbəb olmuşdur ki, bu, bir çox ölkələrin firmaları arasındakı qarşılıqlı əlaqə-lərin qlobal şəbəkəsinin yaranmasını təmin etmişdir.
Dostları ilə paylaş: |