Dolayı investisiya nəzəriyyələri də vardır. Bu nəzə-riyyələrə görə investorları xaricdə üç məqam maraqlandırır. Bunlardan biri xarici qiymətli kağızların gəlirlilik səviyyəsi, ikincisi, bu qoyuluşlar üzrə risketmə dərəcəsi, üçüncüsü isə – xarici qiymətli kağızlar hesabına özlərinin qiymətli kağız-larının yayılması istəyinin olmasıdır. Bu, üç məqamın çulğalaşması ona gətirib çıxarır ki, dolayı investisiyalar iqtisadi və siyasi vəziyyətin dəyişməsinə daha çox məruz qalır.
Kapital axını nəzəriyyəsi hələlik bir o qədər mükəm-məl işlənməmişdir.Bunu ondan görmək olar ki, kapital axını termininin özü müxtəlif cür izah edilir. Bu isə istər-istəməz onun nəticələrinin qiymətləndirilməsinə təsir edir. Belə ki, D.Kaddinqton kapital axınını, onun qısa müddətə idxal və ixrac olunması ilə izah edir. Lakin tədqiqatçıların əksəriyyəti ölkədən kapital axınını onun mənafeyinə zidd olan hadisə kimi qiymətləndirir və bunu ölkədə sahibkarlıq üçün əlverişli investisiya mühitinin yaradılmaması ilə izah edirlər. Bəziləri isə belə hesab edirlər ki, kapital ona görə "qaçır" ki, o, bir çox hallarda qeyri-qanuni yolla əldə edilir və "yuyulma" tələb edir.