BƏB dərinləşməkdə davam edir. XX əsrin ikinci yarısında dünya təsərrüfatında, ətrafında sürətli iqtisadi inkişaf zonalarının formalaşdığı lider-dövlətlər meydana gəlmişdir. Bunlara elm tutumlu məhsulları istehsal və ixrac edən Avropa Ittifaqını, ABŞ, Yaponiya və b. misal göstər-mək olar. Çin və Cənub-şərqi Asiyanın yeni sənaye ölkələri (Cənubi Koreya, Tayvan, Sinqapur, Tailand, Malayziya, Indoneziya) elektron texnikasının istehsalını mənimsəmiş və indi onun ixrac edilməsi ilə fəal məşğul olurlar. Yüksək dərəcədə inkişaf etmiş kənd təsərrüfatına malik olan və ixrac üçün məhsul istehsalı sahəsində ixtisaslaşmış ölkələr qrupu vardır. Bunlara Yeni Zelandiyanı, Yunanıstanı, Hollandiyanı, Braziliyanı, Finlandiyanı misal göstərmək olar. Kənd təsərrüfatı məhsullarının ixracı ilə ABŞ və Böyük Britaniya kimi yüksək dərəcədə inkişaf etmiş ölkələr də məşğul olurlar. Bəzi ölkələr (məsələn, OPEK ölkələri) neft istehsalı və ixracı sahəsində ixtisaslaşmışlar.
Bunlarla yanaşı, hələlik ayrı-ayrı ölkələrin xammal kimi bir və ya iki növ ixrac məhsulunun istehsalı sahəsində ixtisaslaşmaları ənənəsi də qalmaqdadır. Bu, Afrikanın əksər, Latın Amerikasının isə bir sıra ölkələri üçün səciy-yəvidir.
Dostları ilə paylaş: |